az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Aktual rəy

“AtaBank” orta və kiçik sahibkarlığa dəstəyini əsirgəmir

13.11.2014

1993-cü ildən uğurla fəaliyyət göstərən “AtaBank” ASC-i ölkədə ən böyük kommersiya banklarından biridir. Yüksək texnologiyalı universal bank strategiyası ilə tanınan bu qurum, Azərbaycan biznesinin etibarlı maliyyə tərəfdaşıdır. Bankın ümummilli miqyasda fərdi sahibkarlığın və özəl sektorunun inkişafına verdiyi tövhə və nailiyyətləri barədə “С&B” redaksiyasına “AtaBank” ASC İdarə Heyəti sədrinin müavini Etibar Babaşlı müsahibə verdi.

- Salam, söhbətimizi “AtaBank”-ın biznes sahiblərinə köməyi və bu sahədə əldə etdiyi nailiyyətlər haqqında sualdan başlamaq istərdik. Mümkünsə, ilk əvvəl kredit portfelinizdə biznesin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi barədə məlumat verərdiniz?

- Lap yaxşı ki, söhbətimiz məhz bu rəqəmdən başlayır. Bildiyiniz kimi, bu əmsal birmənalı sürətdə hər bir bankın strategiyasından xəbər verən vacib və çox ciddi bir göstəricidir. Belə ki, yanvar-sentyabr aylarının yekunlarına görə, “AtaBank” öz kredit portfelində hüquqi şəxslərə verilmiş kreditlərin payını 59.2%-ə çatdırmışdır. Bu göstərici kifayət qədər pozitiv bir dinamikanı nümayiş etdirir. Belə ki, 2013-cü ilin sonuna hüquqi şəxslərə ayrılan kreditlərin payı ümumi kredit portfelimizdə 45.9% idi. Cari ilin əvvəlindən portfelin bu hissəsi 29% artmışdır. “AtaBank”-ın özəl biznesə və korporativ sektora ayırdığı kreditlərin ümumi həcmi artıq 200 milyon AZN-i üstələyib, bu da öz növbəsində biznes-kreditləşmənin fəaliyyətimizdə prioritet sahə təşkil etdiyinə dəlalət edir.

- Güman edirik ki, kreditlərin az olmayan bir hissəsi əlverişli və imtiyazlı şərtlərlə ayrılır. Azərbaycan biznesinə təqdim etdiyiniz vəsaitlər üzrə orta illik faiz dərəcəsi bugün nə qədər təşkil edir?

- Doğru qeyd etdiniz. Sahibkarlığın, xüsusi ilə də kiçik və orta biznesin inkişafına dəstək və maliyyə ayırmaqda olan “AtaBank” artıq nümunəvi bir maliyyə qurumu kimi qəbul olunur. Bu sahədəki nailiyyətlərimiz həmçinin İqtisadiyyat və sənaye Nazirliyinin yanında fəaliyyət göstərən Sahibkarlığa kömək Milli Fondunun (SKMF) kreditləri ilə də bağlıdır. Belə ki, SKMF tərəfindən təkrar maliyyələşdirilən imtiyazlı kreditlər 2012-ci ilin sonuna ümumi portfeldə 8.9% təşkil edirdisə, ötən il bu göstərici 13.6% səviyyəsinə çatdırılıb. Cari ilin sentyabr ayının sonuna isə imtiyazlı şərtlərlə verilən bu növ kreditlərin ümumi kredit portfelimizdəki xüsusi çəkisi 15% təşkil edib. Bu da 2012-ci ilin göstəricisindən 68.5% artıqdır. Son iki ildə bankın kreditlər üzrə təklif etdiyi orta faiz dərəcəsi həmin dövrdə 2.6 faiz bəndi qədər azalaraq illik 12.9% təşkil etmişdir.

- Sizcə “AtaBank”-ın biznesin maliyyələşdirilməsinə üstünlük verməsi kredit portfelin sağlamlığına necə təsir göstərir?

- Biznes kreditlərə üstünlük verməyimiz və real sektorun inkişafı üçün maliyyə ayırmağımız bankın kredit portfelinə də müsbət təsir edib. Portfelin artan sağlamlığı haqqında problemli kreditlərin xüsusi çəkisi xəbər verir. Əgər 2012-ci ilin sonuna bu göstərici 6.6% təşkil edirdisə, son iki ildə həmin rəqəm kifayət dərəcədə azalmış və hal-hazırda 5%-ən də aşağıdır.

- Yəqin edirik ki, biznesə verdiyiniz dəstək həmçinin fərdi sahibkarlıqla məsğul olanlara da aiddir?

- Şübhəsiz ki, “AtaBank” ASC-nin dəstəyi təkcə kiçik və orta bizneslə məsğul olan şirkətlərlə məhdudlaşmır. Bu istiqamətdə fəaliyyət göstərən fərdi sahibkarlara da ayrılmış portfel artırılır. 2013-cü ilin sonuna fərdi sahibkarların maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi 4.4 milyon AZN təşkil etmişdirsə, indi bu rəqəm 25.9% artımla 5.6 milyon AZN-ə bərabərdi.

- Bəs Bakıdan kənar bölgələrdə “AtaBank” bu il nə dərəcədə fəaldır?

- Sualınıza cavab verməmişdən əvvəl mütləq vurğulamalıyam ki, Azərbaycan regionlarının inkişafı və bu inkişafa dəstək “AtaBank” üçün təkcə biznes maraqlar demək deyil. Bizim üçün bu daha çox ölkəmizin inkişafına yönəlmiş korporativ məsuliyyətimizin tərkib hissəsidir. Qeyd edim ki, bu günə bölgələrdəki kredit portfelimiz 62 milyon AZN-ə çatıb. Bu rəqəm ötən ilin sonuna olan göstəricidən iki dəfə çoxdur. Son iki ildə isə bu seqmentin artımı 257% təşkil edib! Və bu təsadüfi hal deyil, ən azı ona görə ki, Azərbaycan iqtisadiyyatı son illər ərzində məhz bölgələrin inkişafı hesabına güclənir.

- Müsahibəmizin sonunda bir bank rəhbəri kimi Sizdən soruşmaq istərdik ki, Azərbaycan iqtisadiyyatının hansı sahələri daha perspektivli sayıla bilər?

- Ölkəmizin geostrateji olaraq Qafqazın biznes mərkəzinə çevrilməsi birbaşa ticarət və xidmət sektorunun inkişafı deməkdir. “AtaBank” da bu müstəvidə orta və kiçik sahibkarlıqla məsğul olan bütün şirkətlərdən öz dəstəyini əsirgəmir. Hal-hazırda ticarət və xidmət sektoruna ayrdığımız kreditlər 75 milyon AZN təşkil edir. Cəmi iki il əvvəl bu rəqəm 2.5 dəfə az idi, ümumi kredit portfelimizdə isə bu növ kreditlərin xüsusi çəkisi 2012-ci ilin sonu ilə müqayisədə, demək olar ki, ikiqat artıb - 12.4%-dən 22.3%-ə qədər.

Digər vacib bir sahə kənd təsərrüfatıdır. Qida təhlükəsizliyi müasir dünyamızın ən böyük problemi olaraq hələ də öz aktuallığını qorumaqdadır. Əgər 2012-ci ilin sonuna bankımız tərəfindən kənd təsərrüfatının maliyyələşməsinə 17.3 milyon AZN kredit ayrılmışdırsa, bu ilin sentyabr ayının sonuna həmin rəqəm 61.9 milyon AZN təşkil etmişdir. Kənd təsərrüfatı üzrə kredit portfelimiz iki ildən də az bir müddət ərzində 257% artmışdır. Əminəm ki, “AtaBank” bundan sonra da inkişaf strategiyasına uyğun olaraq orta və kiçik sahibkarlıqla məsğul olan şirkət və fərdi sahibkarlara dəstək olacaq, eləcə də bu sektorun maliyyələşməsi üçün kifayət qədər vəsait ayıracaqdır. Real sektorun inkişafı bankımız üçün prioritet və əsas istqamət olaraq qalmaqdadır.

- Maraqlı və ətraflı müsahibəyə görə təşəkkür edirik.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.