az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Aktual rəy

A.Axundov: “CRYSTAL MOTORS” – Azərbaycanda lüks seqment üzrə uğurlu avtodiler!

12.11.2014

Məlumdur ki, avtomobil bazarında “Range Rover”, “Jaguar” və “Maserati” lüks sinif brendlər hesab olunurlar. Dünyada tanınan bu avtomobil brendlərinin Azərbaycan üzrə təmsilçisi “Crystal Motors” şirkətidir. Avtodiler işinin spesefik xüsusiyyətləri və yaxın gələcək üçün planları haqqında “Biznesinfo”nun  suallarını şirkətin direktor-müavini Adil Axundov səmiyyətlə cavablandırdı.

- Adil salam, gəlin müsahibəmizi belə bir sualla başlayaq. Rəsmi avtodilerdən avtomobil almaq hansı üstünlüklərə malikdir?

- Bütün hallarda müştəri bizdən avtomobil alırsa, deyək ki, “Jaguar” markalı avtomobili, standart üç illik zəmanətdən əlavə, o həm də 3 illik pulsuz servis imkanı qazanır. Bu xidmətə yalnız ümumi qəbul olunmuş yağ və filtr dəyişmə ilə yanaşı, əyləc yastıqları və başqa detalların dəyişdirilməsi də daxildir. Bu gün “Crystal Motors”, Azərbaycanda öz alıcılarına bu növ xidmətlər göstərən yeganə şirkətdir. Yerigəlmişkən qeyd edim ki, 2013-cü ildə Yaxın Şərq regionu və Mərkəzi Asiyada  “Jaguar” və “Land Rover” brendlərinin “İlin ən yaxşı servis aksiyası” nominasiyasında məhz biz xüsusi mükafata layiq görülmüşük. 

Bundan başqa, şübhəsiz ki, rəsmi dilerdən avtomobil almağın üstünlükləri arasında müştəriyə məsləhət xidmətləri göstərən və onun avtomobilinin servisini həyata keçirən mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksək olmasını xüsusi qeyd etmək lazımdır. Bizim bütün əməkdaşlarımız Birləşmiş Ərəb Əmirliklərində ixtisaslaşmış terninqlər keçirlər və sonda isə mütləq qaydada İngiltərədə imtahan verirlər. Üstəlik, onların müştəri ilə iş bacarıqları üzrə peşəkar səviyyələri  4 imkandan minimum 3-nü əhatə edir. Bununla bərabər, treninqlər dayandırılmır, buna sübut kimi təqdim etdiyimiz avtomobil brendləri tərəfindən bu yaxınlarda “Crystal Motors”un satış menecerlərindən birinin bacarıq və biliklər üzrə 4-cü dərəcə almasını qeyd edə bilərəm.

- “Crystal Motors” üçün ötən 3 rübün nəticələrini necə qiymətləndirisiniz? Arzuladığınız göstəricilərə nail ola bildinizmi?

- Bilirsiniz ki, bizim müştərilərimizin əksəriyyəti imkanlı şəxslərdir, onlar avtomobili tam dəyərində ödəyib alırlar. Əlbəttə, dəyəri 50 min AZN-ə qədər olan “Jaguar” və “Land Rover” avtomobillərini kreditlə alan orta seqment də mövcuddur. Ancaq zavod qarşısındakı bütün öhdəliklərimizi yerinə yetirmişik, çünki “Crystal Motors” satışları ciddi və biznes-plana uyğun şəkildə həyata keçirir. Bir nüasna diqqət yerin ki, “Jaguar” markalı avtomobillərin bu yaxınlarda rəsmi satışına başlayadığımız vaxtla indini müqayisə etsək, artıq onlar əvvəlki kimi Bakı küçələri üçün nadir hal daşımır.

- Biz avropa bazarına nəzər saldıq, hazırda bəzi modellər sərfəli  endirimlərlə təqdim olunur. Bu ona gətirib çıxartdı ki,  ölkəmizdə “boz diler”lər bu avtomobilləri dempinq qiymətlərinə Avropadan gətirməyi təklif edirlər. Belə bir halda hər-hansı xüsusi təkliflər etməyi palnlaşdırısınızmı?

- Sözsüz ki, “boz diler”lər hələ də bizim rəsmən təqdim etdiyimiz avtomobil brendlərini Azərbaycana gətirməkdə davam edirlər. Ancaq bu bizim satışın həcminə heç bir təsir göstərmir, çünki «Crystal Motors»un müştəriləri onlara təqdim etdiyimiz şərtlər və zəmanəti yüksək qiymətləndirirlər. Nümunə üçün, bizdən alınmış avtomobildə hər hansı sınma baş verdikdə müştəri servis xidmətinə müraciət edə, “boz diler”in heç vaxt etməyəcəyi istənilən zəmanətli və ya zəmanətsiz problemin həllinə nail ola bilər.

Aksiyalara gəlincə, premium-brendlər, bir qayda olaraq, bu cür tədbirlər həyata keçirmirlər, onlar lokal müştərilər arasında qapalı təqdimatlar təşkil edirlər. İstisna təşkil edən yeganə hal kimi bizim may ayında Azərbaycanın müstəqillik gününə həsr olunmuş aksiyamızı xatırlatmaq istərdim. “Crystal Motors”un alıcı loyallığını yüksəldən başqa proqramları da mövcuddur. Məsələn, bu «trade-in» çərçivəsində «Jaguar»ın bəzi modellərini müştəriyə xüsusi qiymətə təqdim etməyə hazır olanda həyata keçirilir.

- “Jaguar” və “Land Rover” pərəstişkarlarını yaxın gələcəkdə nə ilə sevindirəcəksiniz?

- Yaxın gələcəkdə biz «Jaguar» və “Land Rover” modellərinin çeşidlərini artırmağı planlaşdırmışıq. Fevral ayında «Discovery Sport» modelinin təqdimatını keçirməyi nəzərdə tutmuşuq, 2015-ci il, mayın ortalarında isə yeni yığcam sedan  «Jaguar XE» satışa çıxarılacaq. 2016-cı ildə alıcılarımız satışda yeni idman krossoveri «Jaguar»ı görə biləcəklər. Crystal Motors-un bütün brendlər üzrə model çeşidləri genişləndiyindən biz nümayiş salonlarının sahəsini böyütməli olcağıq. Hazırda bu ərazi 1386 kvadrat metr təşkil edir, düşünürəm ki, tezliklə bu kifayət etməyəcək. Ona görə də rəhbərlik qarşıdakı 4 ildə əlavə salonlar açmaq haqqında qərar qəbul edib.

- Əgər mümkündürsə, öz hobbiniz haqqında danışın.

- Mənim hobbim – peşəkar avtoidmandır. Düzünü deyim ki, mənim bu marağım “Şimşəkli günlər” filminin baş qəhrəmanında olduğu kimi başladı (gülür – redaksiyanın qeydi). Mən bu istiqamətdə aldığım dəstəyə görə xüsusən də «Crystal Holding»in rəhbərliyinə təşəkkürümü bildirirəm. Hələ 10 il əvvəl, bir dəfə özümü bizim Bakı kartinqində sınadım, bir neçə dövrə vurandan sonra əla göstərici nümayiş etdirdim. Mənə bu idman növü ilə məşğul olmağı təklif etdilər. İntensiv məşqlər sayəsində nəticələri daha da möhkəmləndirdim, sonra mən Türkiyə və BƏƏ-də keçirilən yarışlara qatıldım. Hələ o zaman yarışın nəticələri mənim ən yaxşı on pilotun sırasına düşməyimə imkan verdi. Son illərdə stabil olaraq ilk üç makafatçıların sırasına düşürəm. 2012-ci ildə, artıq Bakıda kartinq üzrə çempionatda çıxış etdim və birinci yeri tutdum. Bundan başqa, ötən il özümü «24 Hour Kart Fight» yarışlarında da sınadım. Avtomobil brendləri arasında keçən bu 24 saatlıq korporativ yarışma Dubayda baş verdi. Biz müxtəlif ölkələrdən gəlmiş 7 pilot idik və 24 saat ərzində bir-birimizi əvəzləyirdik. Bu il isə xüsusi Drift Akademiyası keçirildi. Təhsilin yekunlarında mən imtan verdim və üçüncü səviyyə aldım, yaxın gələcəkdə isə bunu sürücülükdə ən yüksək - dördüncü səviyyəyə çatdırmaq istəyirəm.

- "V1 Challenge Azerbaijan" yarışlarından az bir vaxt ötür, burada çıxışınız barədə nə deyə bilərsiniz? Ən yaxşı beş pilotun arasında dördüncü yeri tutmaq kimi uğura necə nail oldunuz? Bu zaman hansı hissləri keçirdiniz?

- Mənim "V1 Challenge Azerbaijan" yarışlarında iştirakıma gəlincə, bu təsadüfən baş verdi. Mənə bildirdilər ki, Bakıda "Volkicar" üzrə Azərbaycandan üç iştirakçının qatıldığı böyük bir yarışma olacaq. Bununla yanşı, avtoidmanda xidmətlərimə görə, iltifatla yeddi pilotdan biri kimi test-yarışda iştiraka dəvət etdilər. Yoxlayıcı maşın sürmələr zamanı yaxşı nəticələr göstərməyə nail olduğumdan mən «V1 Challenge Azerbaijan» yarışlarında Azərbaycanı təmsil edəcək üç nümayəndədən biri seçildim. Yarışın nəticələrinə görə, mən dördüncü yeri tutaraq, ilk beşliyə düşdüm. Dünyanın 12 ölkəsindən olan qonkaçıların iştirakı və 10 mindən yuxarı azarkeşin izlədiyi belə bir möhtəşəm yarışı təşkil etdiklərinə və həmçinin mənim üçün yaratdıqları imkana görə Avtomobil Federasiyasının rəhbərliyinə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Mən fəxr edirəm ki, öz ölkəmi layiqincə təmsil etdim, axı, mən avtomobilimdə Azərbaycan bayrağı dalğalanırdı. İnanıram ki, bu idman növü Azərbaycanda inkişaf edəcək, bizim pilotların beynəlxalq yarışlarda iştirakı daha çox qələbələr gətirəcək.

Müsahibəyə görə təşəkkür edirik!

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.