az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Tam araşdırılmış marketinq uğurun təməl prinsipidir

22.08.2014 | İlhama Abdullayeva

Elnur Səmədov, “Merac Group” MMC-nin təsisçisi və baş direktoru, 31 yaş

Əvvəllər dövlət qulluğunda sektor müdiri, şöbə rəisisnin müavini kimi vəzifələrdə çalışmışam. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi almışam. 2007-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi və sektor müdiri, sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində şöbə müdirinin müavini olmuşam. Nazirlikdə işləyərkən kurasiyam əsasən ərzaq sektoru ilə bağlı olduğu üçün bu sahədəki boşluğu, dünya təcrübəsini araşdırdım. Türkiyədə gördüklərim isə mənim fərdi sahibkar kimi öz biznesimi qurmağıma bir təkan oldu. Azərbaycanın real imkanlarını və seçdiyim sahənin gələcək potensialını təhlil edərək, qərar verdim və 2011-ci ildə “Merac Group” MMC-ni təsis etdim. “Regional inkişaf və iqtisadi artım” mövzusunda keçirilən elmi konfransında müəllifi olduğum “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji əsasları” məqaləsi birinci yerə layiq görülüb. Həmçinin investisiya və iqtisadiyyatın tənzimlənməsinə mövzusunda bir neçə elmi məqalənin, “Birbaşa xarici investisiya qoyuluşları və təşviq siyasəti” , “Qloballaşma” kitablarının müəllifiyəm.

Azərbaycanda ət satışını qəssabxanalardan supermarketlərə istiqamətləndirdik. Bu sahəyə yenilik gətirdik, zavod inşa etdik və ət satışını müasir, daha gigiyenik, dünya tələblərinə cavab verən bir müstəviyə keçirdik. Daxili bazarda ətin marketlərdə çeşidlənib satılmasını ilk dəfə olaraq biz təklif etdik. Heyvanın müəyyən hissələrini ayrıca qablaşdırdıq. Nəticədə rəqibsiz bir formada öz biznesimizi qurduq. Düzdür, ötən müddətdə bazarda rəqiblərimiz meydana çıxıb. Sonra özümüzün ət marketlərimizi açmağa başladıq. Hədəfimiz ilin sonuna qədər “Merac” brendi altında 40-a yaxın ixtisaslaşmış ət satışı məntəqəsini xalqımızın ixtiyarına verməkdir. Hazırda isə Bakıda 4 belə satış məntəqəmiz fəaliyyət göstərir. Uğurlarımız az deyil və perspektiv planlarımızı bugünkü nailiyyətlərimiz üzərində qurmuşuq.

Sahibkar olmaq üçün ilk növbədə riskə getmək bacarığı olmalıdır. Bəlkə kimlərsə mənimlə razılaşmaya bilər və təcrübəni, maliyyə vəsaiti amilini önə çəkər, ancaq bu, şəxsi qənaətimdir. Yetərincə maliyyə vəsaiti olan şəxslər var ki, öz bizneslərini qura bilmirlər. Təcrübəli şəxs də ya vəsait çatışmazlığından öz işini yarada bilmir, ya da təcrübəsi riskə getməsinə əngəl olur. Hesab edirəm ki, biznesin 60-70 faizi riskdən ibarətdir. Mən risk etmişəm və bundan da ehtiyatlanmamışam. Çünki dünya praktikasında bu fəaliyyət özünü doğruldubsa, Azərbaycanda da realizəsi mümkün idi.

Uğurumuzun sirrini daha çox dünya təcrübəsinin düzgün tətbiqində, Azərbaycan bazarını real dəyərləndirməyimizdə görürəm. Bu sahədə bir neçə xarici ölkənin təcrübəsini öyrəndik, xüsusən də Türkiyə təcrübəsinin ölkəmizdə realizəsi rahat oldu. Çünki xalqlarımız bir-birinə yaxın olduğundan qida məhsullarına qarşı tələbləri də eynidir. Uğurumuzda xüsusən də supermarketlərin rolunu xüsusi vurğulamaq istərdim. İlk müştərilərimiz “Araz”, “Neftun”, “Favorit”, “Rahat” marketlər oldu. 

İstehlakçı ilə təchizatçı kimi aramızda supermarketlər dayanır. İstehlakçı tələblərini məhz supermarketlər vasitəsilə öyrənir və müştərilərin istəyini qarşılamağa çalışırıq. İlk vaxtlarda bu, bir qədər çətin idi və supermarketlərin üzərinə böyük iş düşürdü. Ancaq zaman keçdikcə bu mexanizm sistemləşdi və mən verdikləri dəstək üçün supermarketlərə təşəkkür edirəm. “Rahat” market bizə böyük dayaq oldu. Onların da hədəfi böyüməkdir və birgə əməkdaşlığımız uğurlu alındı. Marketlər alıcıların daha çox hansı çeşidləri soruşduqlarını, istəklərini çatdırdılar və bunun əsasında da biz öz inkişaf strategiyamızı qurduq.

Ətin kəsimi, çatdırılması mexanizmi tam olaraq müasir standartlar əsasında qurulub. Xüsusiləşmiş avtomobil parkımız var. Hər gecə zavodlarımızda ət kəsimi aparılır ki, səhər-səhər istehlakçıya təzə ət təqdim edək. Hansı marketə nə qədər ət lazım olduğunu dəqiqləşdiririk və soyuducu sisteminə malik avtromobillərimizlə ünvanlara çatdırırıq. Səhər mağaza açılmamış biz məhsulu supermarketlərə təhvil veririk və müştərilərə “Merac Gruop”un əməkdaşları xidmət edirlər. Qəssablarımız arasında türk ustaları da çoxdur, onların rəhbərliyilə bu funksiyanı uğurla yerinə yetiririk.

Ət məhsullarına olan ehtiyacımızı daxili bazar və idxal hesabına həyata keçiririk. Ancaq idxal etdiyimiz məhsulu yerli mühitə öyrəşdirmək məqsədilə heyvanları minimum 3-4 ay burada bəsləyirik. Bir misal çəkim, Qırğızıstan Çinlə həmsərhəddir və yalnız qida məhsullarından başqa bütün tələbat mallarını oradan idxal edir. Çünki qırğızlar türk xalqıdır, onların ağız dadı çinlilərin ağız dadı ilə uyğun deyil. Bu səbəbdən də daha ucuz ərzaq təklif edən yaxın qonşusu Çin dura-dura ərzaq məhsullarının əksər hissəsini Türkiyədən idxal edir. Azərbaycan əhalisinin də özünəməxsus ağız dadı var, ona görə də gətirilən heyvanlar burada yerli baxımdan keçirilir, sonra satışa çıxarılır. Bu məqsədlə Bakıda 3 min tutumu olan saxlanc yerlərimiz var. İdxala gəlincə, ətlik cinsləri MDB ölkələrindən – Ukrayna, Rusiya Belorusiyadan alırıq. Həmçinin biz fərqli qiymət strategiyası irəli sürdük. Hazırda “Merac” bredli ət mağazarında ətin kiloqramı 6 manata satılır, halbuki digər ət satışı məntəqələrində 8 AZN-dir. Beləliklə, aşağı qiymətlə, keyfiyyətli məhsulla bazara daxil olduq.

Azərbaycanda biznes açmaq çətin deyil, sadəcə düzgün seçim etmək lazımdır. Tam araşdırılmış marketinq uğurun təməl prinsipidir. Bilinmədən hər hansı işə başlayanda xaos yaranır. Bu zaman biznesmen günahı özündə, işi düzgün qurmamasında deyil, müəyyən başqa yerlərdə axtarır. Müqayisə üçün elə nümunə çəkdiyiniz Türkiyədə biznes qurmaq çox çətindir. Şərtlər ağırdır. Orada dövlət tərəfindən müdaxilə çox olmasa da, vergi yükü ağırdır. Azərbaycanda düzgün marketinq quran biznesmen üçün rəqabət mühiti münbitdir.

Biznes açıb uğur qazanmaq istəyən gənclər ilk növbədə bazarı təhlil etməlidirlər, çünki Azərbaycanda müəyyən qədər rəqabət mühiti formalaşıb. Artıq əksər məhsullar ölkəmizdə istehsal olunur. Ölkəyə gətirilən hər bir məhsul növündən emal və istehsal prosesi yaradılıb. Təklif edərdim ki, boş sahələrin qeydiyyatını aparsınlar, çünki o sahələrə daxil olmaq daha uğurludur. Məlumdur ki, Azərbaycanda heyvandarlıq zəif inkişaf edib. Düzdür, kənd təsərrüfatı riskli sahədir, daha çox qazanmaq da,daha çox uduzmaq da olar. Daxili bazarın hazırki araşdırması göstərir ki, bu sahəyə vəsait yatıran iş adamının qazanmaq şansı çox yüksəkdir.Hollandiyanın,Baltikyanı ölkələrin 90%-i kənd təsərrüfatı ilə məşğuldur. Hollandiya iqtisadiyyatı kənd təsərrüfatının üzərində qurulub. Azərbaycan hökuməti də qeyri-neft sektorunun inkişafı çərçivəsində aqrar sektorun, heyvandarlığın inkişafına böyük dəstək verir.

Vaxtilə Hollandiya dünyada ən böyük qaz istehsalçısı olub və “Holland sindromu” da buradan yaranıb. Yəni, külli miqdarda pul axınının düzgün idarəolunmaması həmin dövrdə ölkə iqtisaiyyatını tənəzzülə uğradıb. Sonradan kənd təsərrüfatı sektoruna diqqətin artması ilə Hollandiya iqtisadiyyatı dirçəlməyə başladı. Biz indi bu tendensiya ilə qeyri-neft sektorunu inkişaf etdirsək, emal, istehsal sahələrini gücləndirsək, bu sindrom Azərbaycanda baş verməyəcək.

İnsanları iki qrupa bölmək olar: idarəedənlər və idarəolunanlar. İşçi verilən ilk tapşırıqdan özünü göstərmək istəyi, fərdi yanaşması, liderçilik xüsusiyyətlərilə ön plana çıxır. Amma insanlar var ki, qərar verə bilmirlər, riskə getmirlər, ancaq yuxarıdan əmr gözləyirlər. İdarəolunan tərəfə dəstək versən belə, özü qərar verə bilmədiyindən onun iş qurması da alınmayacaq.

Qarşıma qoyduğum məqsədlərin yalnız 5 faizini reallaşdırmışam, 95 faizini də reallığa çevirmək üçün daha əzmlə çalışmaq fikrindəyik. Perspektiv üçün heç bir tullantı məhvə getməməlidir prinsipini əsas götürmüşük. Buna görə də ikincili istehsalla bağlı bəzi planlarımız mövcuddur. qaytarmaq lazımdır. Biz ət məhsullarının hissələrinin tullantıya getməsinin qarşısını almaq üçün digər istehsal sahələrinin yaradılmasını planlaşdırırq.

 
Açar sözlər: Merac MMC Elnur Səmədov
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.