az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Təcrübəniz üzərində öyrənməkdən qorxmayın

31.03.2014 | Ləman Namazova

Rüfət Abbasov, PR-şirkətin sahibi və kinoteatrın həmtəsisçisi, 29 yaş.

12 yaşından işləməyə başlamışam, aya $150 qazanırdım. Məktəb illərində dostlarımla birlikdə skanvordlar hazırlayıb yerli qəzetlərə satırdım. O vaxt üçün hətta pis qazanmırdıq da. Sonra skanvordlarla yanaşı, həmin dövrlərdə populyar olan həftəlik “Otdoxni”, “Sem dney” nəşrlərində rus dilində dərc olunan məqalələri tərcümə etməyə başladım. Tərcümələri yerli nəşrlərə uğurla satırdım.

Jurnalistika ilə çox erkən yaşlarımdan məşğul oldum. Qəzetlərdən biri ştatdankənar-müxbir işi təklif etdi. Dərhal razılaşdım və işləməyə başladım. İlk redaktorumdan çox şey öyrəndim. 14 yaşım tamam olanda məni ştata götürdülər. Orada bir müddət işləyəndən sonra “Reuters”-in təklifini qəbul etdim. Bu ən nəhəng beynəlxalq xəbər agentliyində ən gənc jurnalist idim. “Reuters”-in tələblərinə uyğunlaşmaq çətin oldu, hər şeyi sıfırdan öyrənmək lazım idi.

İnsan kimi – təcrübəçiyəm, hər şeyi məhz belə öyrənirəm və digərlərə də tövsiyə edirəm. Təcrübədə məqalə yazmağı öyrəndim, jurnalist işinin əsaslarını mənimsədim, treninqlərə də getdim ki, nəzəri bazam təcrübə ilə möhkəmlənsin. Eyni zamanda, Avropa təhsili nəzəri bazanın nə qədər vacib olduğunu dərk etməyə kömək etdi. Mənim artıq üç ali təhsilim var. Özəl universitetlərdən birində “Jurnalistika” fakültəsini bitirdim. Sonra İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinə daxil oldum. Bu yaxınlarda İsveçrənin ən yaxşı universitetlərindən birinin magistr diplomunu aldım. Əldə etdiyim uğurlarla heç zaman kifayətlənməmişəm, ona görə də bir ildən sonra “Executive MBA” dərəcəsini almağı planlaşdırıram.

Mənə aparıcı şirkət və təşkilatlarda əsas vəzifələrdə işləmək nəsib olub. 22 yaşımda mən ölkənin mobil rabitə xidməti üzrə qabağcıl operatoru olan şirkətdən mətbuat katibi olmaq təklifini aldım. Bu yeni bir sahə idi, dörd il ərzində müstəqil şəkildə çox şeyi öyrənmək lazım gəldi. Məsələn, mobil texnologiyalar nədir və ya mətbuat katibi necə işləməlidir, ictimai əlaqələr nədir və s. Orada bütün lazımi bilik və bacarıqları əldə etdiyimi anlayanda, ən əsası isə şirkətin inkişafında məndən asılı olan nə varsa etdikdən sonra başqa işə keçməyə qərar verdim. Mərkəzi Bankın Kommunikasiya Departamentinə rəhbərlik etməyi təklif etdilər, orada sıfırdan ştatı yığdım, prosedurları hazırladım və işi qaydasına saldım. Mərkəzi Bankda dörd il çalışdıqdan sonra özəl bizneslə məşğul olmağa qərar verdim.

Karyera inkişafında ən aktiv faza 20 yaşından 40 yaşına qədərdir. Əgər nəyəsə nail olmaq və ya nəyisə çatdırmaq istəyirsinizsə, məhz həmin illərdə özünüzə 100% investisiya yatırın.

Azərbaycanda şəriklə biznes aparmaq asan iş deyil. Bugün mənim bir-birilə əlaqəsi olmayan iki biznesim var – PR şirkət və kinoteatr. Hər iki işi də şəriklərimlə tərafdaşlıqda açmışam. Ölkəmizdə biznes-mədəniyyəti hələki formalaşmayıb, ona görə də çox vaxt biznes-qərarlar şəxsi zəmində verilir. Şükürlər olsun ki, bu vaxta qədər həmtəsisçilərlə qlobal fikir ayrılığımız olmayıb, ancaq kiçik çətinliklər istənilən biznesdə baş verir. Bizneslə bağlı bütün qərarları tərəfdaşlarımla birlikdə qəbul edirəm və fikirlərimizin toqquşduğu məqamlarda kimsə mütləq güzəştə getməli olur.

Ölkəmiz üçün PR yeni biznes sferadır, o hələ axıradək öyrənilməyib. İctimai əlaqələrlə məşqul olan şirkətimi hələ 2007-ci ildə təsis etmişəm. O vaxtlarla müqayisədə PR sahəsində əhəmiyyətli irəliləyişlər baş verib. Miqyaslı layihələrdə iştirak etmiş və yüksək təcrübəyə malik olan peşəkarlarda artıq var. Buna baxmayaraq, Azərbaycanda hələ də PR-kommunikasiyaların əhəmiyyətini anlamayan şirkətlər də var.

İnsanlar hər şeyin hazırına gəlmək istəyirlər. İndiki zamanda yaxşı işçiləri ı tapmaq çox çətindir. Çox vaxt çalışırsan ki, işə cəlb etdiyin insan öz sferasında ən yaxşısı olmaq istəyilə alışıb-yansın. Yadımdadır ki, jurnalist işləyəndə öz işimin doğrudanda vurğunu idim. Onda mənim 18 yaşım vardı. Mən bütün gecəni material hazırlaya bilərdim. «Azercell»-də, Mərkəzi Bankda işləyəndə də belə idim, hətta indi, şəxsi biznesim olduğu zaman, hər gün öyrənməkdə və təkmilləşməkdə davam edirəm. Özünü reallaşdırmaq üçün sərrast cəhdlər edən insanlarla işləmək istərdim. Təəssüf ki, belə əməkdaşlar olduqca azdır.

Əgər istək varsa, istənilən sahədə uğur əldə etmək mümkündür. Tərəfdaşımla birlikdə kinoteatr açmaq barədə qərar verəndə yadınmdadır ki, ona sual verdim: «Biz bunu edə biləcəyikmi?» Cavabında isə qarşılıqlı sualla üzləşdim: «Niyə edə bilmərikki?» Biz bu sferanı dərindən öyrənməyə başladıq, təlimlərə getdik, Avropada, Rusiyada təcrübə keçdik, sərgilərə getdik, bizə hər şeyi öyrədən mütəxəssisləri tapdıq. Bir illik səylərimizin sonunda açılışından bəri biz ölkənin lider kinoteatrı olmağı bacardıq. Bugün isə yeni kinoteatrlar açmaq və regionda şəbəkə yaratmaq planlarımız var. Gələcəkdə istərdim ki, bir neçə bazarda işləyən, o cümlədən xaricdə, çoxprofilli şirkətlərin sahibi olum.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.