az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Yaradıcılıq və sərt iş cədvəli bir yerə sığmaz

13.03.2014 | Ləman Namazova

Elbəy Qasımzadə, memar-dizayn bürosunun rəhbəri, Azərbaycan Memarlar İttifaqının sədri, 65 yaş.

Artıq 43 ildirki memaram. Demək olar ki, anadangəlmə memaram, çünki memar ailəsində göz açmışam. Atam memar olub, böyük bacım da memardır, o, bütün ömrünü təhsilə həsr edib.

Karyeramın bütün mərhələləri yalnız memarlıqla bağlıdır. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişəm. Sonra Bakı Baş Memarlıq İdarəsində işləmişəm. Oradan Dövlət Layihələndirmə İnstitutuna keçmişəm və 15 il burada çalışmışam. Qrup rəhbərindən institutun baş memarı, direktor müavini vəzifəsinədək bir yol keçmişəm. 1989-cu ildə Bakının baş memarı vəzifəsinə dəvət etdilər. 12 il bu vəzifədə çalışdıqdan sonra istefa verdim və yalnız yaradıcı işlə məşğul olmağa başladım.

Şəxsi firma yaratmaq fikri gözlənilmədən gəldi. 1998-ci ildə ayağım zədələnmişdi və mən gipsdə evdə yatırdım. Qəzetlərin birində təsadüfən bir elan oxudum. Yazılmışdı ki, münasib bir məbləğə kommersiya firmasını qeydiyyatdan keçirə bilərlər. Mən göstərilən nömrəyə zəng açdım, bundan sonra yanıma iki gənc gəldi. Biz özəl firmanın açılması barədə razılığa gəldik və bir neçə gündən sonra onlar qeydiyyat üçün lazımı sənədləri mənə gətirdilər. Şirkətin adını dərhal, elə oradaca tapdım – “El&EN” (EL – Elbəy, EN – Ənvər, oğlunun adıdır – redaksiyanın qeydi). Belə alındı ki, “El&EN” şirkətinin 16 illik fəaliyyəti dövründə biz məşhur və istedadlı memarların böyük bir nəslini yetişdirdik.

Ölkəmizdə memarların xidmətinə tələbat kifayət qədər yüksəkdir. Bugün memarın iştirakı olmadan heç nə tikilmir. Əgər əvvəllər insanlar evlərini özləri tikirdisə, indi fərdi evlər belə memarın köməyi olmadan inşa olunmur. Bizim zəmanəmizdə bu peşə lazımlıdır və ona tələbat ancaq arta bilər.

Memarlarımız Qərb həmkarları ilə rəqabət apara bilərlər. Ötən ilin noyabr ayında Azərbaycan Memarlar İttifaqı, Mədəniyyət və turizm nazirliyilə birlikdə birinci Bakı Beynəlxalq memarlıq müsabiqəsini keçirdi. Burada dünyanın 29 ölkəsindən təxminən 300 memar iştirak etdi. İştirakçılar arasında Asiya, Avropa, Şimali və Cənubi Amerika , Avstraliya, Şimali Afrikadan olan mütəxəssislər vardı. 21 mükafatdan 8-ni Azərbaycan memarları qazandı. Kimsə düşünə bilər ki, mükafatlar obyektiv verilməyib. Ancaq mən xüsusi olaraq qeyd etməliyəm ki, müsabiqənin münsifləri beynəlxalq tərkibə malik idi. Ona Beynəlxalq Memarlar İttifaqının Baş katibi Mişel Barmaki başçılıq edirdi. Memarlıqda böyük təcrübəyə malik olan münsiflərin qərarına təsir etmək sadəcə mümkün deyildi.

Niyə Azərbaycanda dünya miqyasında məşhur olan memar yoxdur? Yəqin ona görə ki, memarlarımız buna etinasız yanaşırlar. Tez-tez internetdə beynəlxalq müsabiqələrin keçirildiyi haqda elanlar çıxır. Bizim mütəxəssislərdən çox az bir qismi öz işlərini sərgiləyir. MDB ölkələri memarlar ittifaqlarının Beynəlxalq Asossiasiyası ildə bir dəfə ən yaxşı layihə müsabiqəsi təşkil edir. Hər dəfə müsabiqə ərəfəsində həmkarlarıma bunları deyirəm – səndən heç nə tələb olunmur, sadəcə öz işlərini gətir ki, aparıb müsabiqədə göstərə bilim. Buna baxmayaraq, onların əksəriyyəti bu işi könülsüz edir.

İri layihələri adətən xarici memarlara verirlər. Səbəbi budur ki, xarici mütəxəssislər müasir texnologiyalara daha yaxşı bələddirlər. Bu amil isə müasir tikinti və memarlıqda mühüm əhəmiyyət kəsb edir. Etiraf etmək lazımdır ki, bizim memarlardan çoxu bu texnologiyaları bilmirlər. Ona görə də sifarişçilər iri layihələri bütün məsələləri kompleks şəkildə həll edən xarici şirkətlərə həvalə edirlər. Əlbəttə ki, bu amil bizi incidir. Belə vəziyyətə düşməmək üçün azərbaycanlı memarlar xarici həmkarlarından örnək götürməlidirlər.

Bazarda çox böyük rəqabət var. Bugün Dövlət şəhərsalma və memarlıq Komitəsi tərəfindən həm şirkətlərə, həmdə fərdi memarlara 230-dan çox lisenziya verilib. Əlbəttə ki, lisenziyasız işləyənlər də az deyil, amma bu artıq qanunsuzdur.

Layihələndirmə işlərin büdcəsi tikinti smetalarında 2.5-4% əhatə edə bilər. Bu qiymətləndirmə Dövlət şəhərsalma və memarlıq Komitəsi tərəfindən təsdiqlənib. Lakin heç kim qiymət razılaşdırılması anlamını istisna etmir. Memarlıq işlərində konkret qiymət onları həyata keçirən memarların peşəkarlıq səviyyəsindən asılıdır. Təbii ki, Zaha Hadidə layihə üçün daha çox pul ödəyəcəklər, nəinki mənə. Və bu məntiqə uyğundur – o çox populyarlaşıb, onu bütün dünyada tanıyırlar.

Dizayner və memarlıq işləri arasında süni sərhədlərə qarşıyam. Yeri gəlmişkən, ilk amerikalı dizaynerlər memar təhsilli olublar. Bugün interyerlə məşğul olanlar da əsasən memar təhsilli mütəxəssislərdir. Əminəm ki, yaxşı memar dizaynla əlaqəli hər bir işi etməyə bacarar.

Yaradıcılıq və sərt iş cədvəli bir yerə sığmaz. Amma istəyəndə edirəm, istəməyəndə yox, demək də olmaz. Sifarişçi qarşısında öhdəliyimiz var və bu səbəbdən layihələri vaxtında başa çatdırmağa çalışmalıyıq. Eyni zamanda, mənim şirkətim milli təhlükəsizliyin keşiyində duran hərbi zavod da deyil. İşçilərimə və onların əməyinə həmişə hörmətlə yanaşıram. Mən onlara nəyisə məsləhət görə bilərəm, peşəkar məsləhəti verərəm, amma heç zaman yaradıcılıq prosesinə müdaxilə etmərəm. Başqa bir halda bu insanlardan gələcəkdə sərbəst memarlar da çıxmaz.

Bəzi tanınmış memarlar həmkarlarının nüfuzuna toxunurlar. Layihə üzərində bütün komanda çalışır, ancaq bir memarın adı göstərilir. Bizim şirkətdə belə hallara rast gəlmək olmaz. Layihədə iştirak edənlərin hamısı müəllif kimi göstərilir.

Övladlarım yolumu davam etdirmədilər. Qızım – neonatoloqdur, oğlum  İngiltərədə beynəlxalq hüquq fakültəsini bitirib. Həmişə bacarıqlarımı kiməsə ötürmək istəmişəm və uşaqlarım yolumu davam etdirmədikləri üçün Azərbaycan Memarlıq–Tikinti Universitetində dərs demək təklifini qəbul etdim. Amma ailəmdə memarlıq ənənələrinin mənimlə bitəcəyi barədə danışmaq hələ tezdir. Ən azı ona görə ki, 12 yaşlı nəvəm Elbəy Ənvər oğlu Qasımzadə peşəmə artıq çox böyük maraq göstərir.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.