az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Azərbaycansayağı şərabçılığın xüsusiyyətləri

11.02.2014 | Ləman Namazova

Şərabçı – ilk növbədə hərtərəfli inkişaf etmiş şəx olmalıdır. Məsələn, mən bir-biri ilə əlaqəsi olmayan ixtisaslar üzrə 3 ali məktəb bitirmişəm. İqtisadiyyat və maliyyə, hüquq və satınalmalar üzrə menecment sahələrində diplomlarım olsa da, hər gün nə isə öyrənməyə davam edirəm.

Kuryerlikdən kommersiya direktorluğuna qədər 20 illik yol keçmişəm. Mənim üçün “nüfuzlu” və ya “nüfuzsuz” peşə anlamı yoxdur. 20 yaşında karyerama bir holdinqdə kuryer kimi başladım və həmin vaxtdan bəri müxtəlif vəzifələrdə çalışmışam. Bugün “ASPİ AGRO” şirkətinin kommersiya direktoru vəzifəsində işləyirəm.

Əvvəlcə sadəcə söz vardı, daha dəqiq desəm, ideya! Şirkət olaraq, şərab biznesinə lap əvvəldən, 2006-cı ildə bir neçə hektarda üzüm əkərək başladıq. İlk şərabı şüşələrə yalnız 2010-cu ildə süzə bildik. Həmin o beş il ərzində çox şeyləri öyrənə bildim. Ümumiyyətlə də şərabçılıq, demək olar ki, daimi yeni biliklər əldə etmək prosesidir.

Sovet dövründə Azərbaycan şərab istehsalına görə, keçmiş sovet respublikaları arasında lider idi. Sovet dövründə ölkəmiz çox böyük həcmlərdə şərab istehsal edirdi. 1982-ci ildə ölkə büdcəsinə daxilolmaların 45%-i məhz şərabçılıq sahəsinin payına düşürdü. Bu neft sektorundan daxilolmalardan belə çoxdur. Üzümçülüyün inkişafında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Təsadüfi deyil ki, 1970-ci ildən 1984-cü ilədək üzüm plantasiyalarının sahələri 2.3 dəfə artıb, məhsuldarlıq isə ən yüksək səviyyəyə çatıb.

Azərbaycanda şərabçılıq dirçəlir. Supermarketlərin piştaxtalarındakı yerli şərabların sayına diqqət yetirin. Son beş-yeddi ildə ölkədə Avropa standartları ilə tikilən zavodlar işə salınıb. Bazara yeni şirkətlər çıxır. Tam əminəm ki, yaxın gələcəkdə Azərbaycan şərabları beynəlxalq bazarlarda da tanınacaq.

Ölkə rəhbərliyi şərablarımızın dünyada tanınmasında maraqlıdır. Hökumətin üzümçülüyün, şərabçılığın inkişafı üzrə xüsusi proqramı var. Bu proqram 2011-ci ildə ölkə prezidentinin sərəncamı ilə qəbul olunub. Aqrar sektorda təmsil olunan şirkətlər vergilərin bir qismindən azaddırlar, avadanlıqların idxalı üçün rüsumlar aşağı salınıb. Dövlət şərabçılığı inkişaf etdirməyə çalışır. Statistika Komitəsinin məlumatlarına əsasən, hazırda Azərbaycanda üzüm plantasiyalarının sahəsi 15 min hektardan çoxdur, istehsalın həcmi isə 130 min tona yaxındır. Azərbaycan şərabının Avropa və ABŞ bazarlarında irəlilədilməsinə xüsusi diqqət yetirilir.

Belə bir steriotip var: Avropa istehsalı olan istənilən şərab keyfiyyətlidir. Avropada keyfiyyətdə yaxşı olan şərabları ilə yanaşı, adi nümunələrə də rast gəlmək olar. Sirr deyil ki, şərabı markasına və ya istehsalçı ölkəyə görə alırlar. Ancaq bir dəfə keyfiyyətsiz şərab alan alıcı ikinci dəfə həmin “brendə” pul xərcləməyəcək.

Şərablarımızın dadını məşhur fransız “Chablis” və italyan “Sere” çaxırlarına bənzədirlər. Şirkətimizin müntəzəm olaraq həyata keçirdiyi belə desək, “kor-koranə” dequstasiyaları zamanı elə bir hal olmayıb ki, istehlakçı şərabın hardan gətirildiyini və ya hansı brendə məxsusluğunu dərhal tapa bilsin.

Yaxşı şərab – bir çox komponentlərin uyğunluğudur və bu sıraya nəzarətimizdən kənarda qalan bir neçə amillər də daxildir. Eyni sortda üzüm eyni mühitdə müxtəlif illərdə müxtəlif cür nəticələr verə bilər. Diqqət yetirin, bahalı şərablar hərraca çıxarılanda mütləq məhsulun ili göstərilir. Bizdə də uğurlu və ya uğursuz məhsul götürdüyümüz vaxtlar olur. 2012-ci ildə satış xəttinə 2010-cu ilin məhsulundan olan çox uğurlu şərablarımız çıxdı. Ötən il isə eyməhsni növdə olan çaxırların hamısını emala göndərməyə məcbur olduq.

Şərab seçdikdə yalnız şəxsi zövqümə güvənirəm. Əvvəlcə hansı şərabı xoşladığınızı müəyyən etməlisiniz: ağ yoxsa qırmızı? Nəyə üstünlük verirsiniz - quru, yoxsa kəmşirin şəraba, bəlkə siz desert şərab xoşlayırsınız? Dadı xoşunuza gələn şərabı seçmək üçün uzümün növlərindən də başınız çıxmalıdır. Bir sözlə, öz şərabınızı tapmaq üçün mütləq bir neçəsinin dadına baxmalısınız.

Şüşənin dibində çöküntü görünürsə, şərab pisdir? Bu doğru fikir deyil. Şərab çöküntü şəklində olan üzvü maddələrə malik bir içkidir. Hətta diqqət yetirsəniz, şüşənin dibinə qıf forması verilir. Bu onun üçün nəzərdə tutulub ki, şərab qədəhə süzülərkən çöküntü ilə süzülməsin. Beləliklə çöküntü – şərabın uzun müddət saxlanılmasının nəticəsidir və daha çox onun keyfiyyətli olduğuna işarədir.

Avropada şərab istehsalı, istehlakı və ixracı düşüb. “Morgan Stanley”in hesabatına əsasən, son beş ildə Avropada şərab istehsalı rekord səviyyəyədək enib. Son üç ildə baş verən iqtisadi böhran və əlverişsiz hava şəraiti nəticəsində şərabçıların bir çoxu öz müəssisələrini bağlayıb, ya da üzüm sahələrini azaltmaq məcburiyyətində qalıblar. Buna baxmayaraq, dünya bazarında rəqabət zəifləmir. Şərab istehlakı üçün perspektivli bazarlar arasında isə Çin və Rusiyanın adını çəkmək istərdim.

Şərab – mənim həyatımdır. Hər bir şərabçının uğur qazanması üçün zəmin onun öz məhsuluna olan sevgisidir. Şərab istehsalına gərək qəlbini və ürəyini qoyasan, əks halda nə qədər keyfiyyətli xammal istifadə etsən də, yaxşı şərab alınmayacaq! Şəxsən mənim üçün, eləcə də bütün bizim komandamız üçün şərab bir ümumi “övladımız” deməkdir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (284)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.