az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Öz biznesini açanlar sanki dünyaya bir uşaq gətirirlər

28.01.2014 | Ləman Namazova

Təhsilimi bizneslə birləşdirirəm. Dövlət İqtisad Universitetində “Biznesin idarəolunması” fakültəsində oxuyuram. Erkən yaşlarımdan gənclərin təşəbbüsü ilə yaradılan ÖZ Klub`un sosial layihələrində iştirak etmişəm. Bu təşkilatda müxtəlif vəzifələrdə çalışaraq, hətta detartament rəhbəri və İcraçı menecerə qədər yüksəlmişəm.

Həmişə sahibkarlıqla məşğul olmaq istəmişəm, biznesdə uğur qazanan tanınmış insanlara həsr edilən kitabları oxumuşam. Bir dəfə dostum nişan mərasimində fotosessiya etmək üçün yaxşı fotoqraf tapmağı xahiş etdi. Onun xahişini yerinə yetirmək üçün xeyli fotoqrafların işləri ilə yaxından tanış oldum. Bu zaman fotobiznes mənə maraqlı göründü və mən onu daha dərindən öyrənməyə başladım. Özəl “Click” fotoagetliyinin yaradılması ideyası məhz belə yarandı. İdeyanı yaxın dostumla bölüşəndə isə, demək olar ki, elə həmin andan özümə sadiq tərəfdaş tapdım. Təbii ki, birgə biznes-plan hazırladıq, bundan sonra layihənin reallaşdırılmasına başladıq. İlkin kapitalı öz gücümüzə topladıq.

Valideynlərimi inandırmaq çətin oldu, çünki mənim şəxsi biznes qurmağa başlamağımdan ehtiyat edirdilər. Evdəkilərə deyəndəki öz fotoagentliyimi açmaq istəyirəm, hamı məni bu fikirdən daşındırmağa çalışdı. Deyirdilər ki, mən hələ çox gəncəm, təcrübəm yoxdur, müflis ola bilərəm və qoyulan vəsaiti də itirərəm. Ancaq mən risk etdim və heç zaman buna heyfislənmədim.

Tərəfdaşla işləmək səmərəlidir, bu tək çalışmaqdan daha yaxşıdır. Mənim biznes tərəfdaşım yaşca məndən böyükdür, müvafiq olaraq onun biznesdə topladığı təcrübə də bir qədər artıqdır. O, HR menecerdir və əməkdaşların idarəedilməsində əla bacarıqlara malikdir. Başqa tərəfdən, mənim biznesə töhfəm daha çox mövcud bazarın öyrənilməsi və marketinq sferasında işgüzar əlaqələrin inkişafı ilə bağlıdır. Biliklərin və təcrübənin bu kombinasiyası isə bizə birgə biznesimizi uğurla inkişaf etdirməyə kömək göstərir.

Biznesdə təcrübə çox vacibdir, nəinki nəzəriyyə. Biznes təhsili mənə çox məsələlərdə kömək edir, ancaq ən effektiv müəllim – təcrübədir. Əminəm ki, biznesdə uğurun təminatı təhsil, hətta təcrübə də deyil, fitri sahibkarlkıq qabilyyəti və güclü motivasiyaya sahib olmaq daha vacibdir. İdeal biznes təhsili alanların hamısı biznesmen olmurlar. Kimsə risk etməyə qorxur, kimsə uğursuzluqla barışa bilmir, kimlərdəsə kifayət qədər güclü istək yoxdur.

İlkin mərhələdə biznesin inkişafında çətinliklər vardı, bu, xüsusən də bizə lazım olan kadrların yığılması ilə bağlı idi. Bəzən bizə işə düzəlmək üçün çox tanınmış fotoqraflar gəlirdi. Biz müqavilə bağlayır, onları işə götürürdük, ancaq müştərilərdən sifarış daxil olanda bu insanlar çox vaxt özlərini məsuliyyətsiz aparırdılar. Təbii ki, onlarla sağollaşmalı olurduq.

Fotoxidmətlər bazarında çoxlu təsadüfi insanlar var. Peşəkarlarla yanaşı, sadəcə fototexnika almış və özünü fotoqraf elan edənlər çoxdur. Onların xidmətləri, peşəkar fotoqrafların xidmətlərilə müqayisədə kifayət qədər ucuzdur. Təəssüf ki, bütün müştərilər keyfiyyətli fotoşəbəkənin nə olduğunu başa düşmür, əksər insanları ilk növbədə qiymət maraqlandırır. Agentliyə zəng vurub bu və ya digər fotosessiyanın neçəyə olduğunu soruşanlar və dərhal qiymətlə bağlı hiddətini bildirənlər az deyil. Peşəkar fotoqrafın və fotoagentliyin keyfiyyətli xidməti ucuz ola bilməz.

Fotoxidmətin qiyməti janrdan asılıdır. Fərdi müştərilər üçün ən yüksək qiymət toy fotosessiyalarına şamil olunur. Belə fotosessiyanın qiyməti 500 AZN-dən başlayır. Sevgililərə şəkillərin dilli ilə öz tanışlıq və münasibətlərinin tarixçəsini danışmağa imkan verən love-story janrı da çox populyardır. Belə fotoların qiyməti müvafiq olaraq 300 AZN-dən başlayır. Qiymətlər müştərinin şəxsi istəyindən asılı olaraq dəyişə bilər. Adətən bir fotoqraf həm toyları, həm avtomobilləri, həm dəb nümayişlərini, hətta reklam layihələrini belə çəkir. Mümkündür ki, hələ cəmiyyətdə fotoqrafiyanın ixtisaslaşmasının vacibliyini dərindən dərk etmirlər. Bu biznesin inkişafı nəticəsində mən əminəm ki, bu tendensiya zərurətə çevriləcək və dəyişəcək də. Bizim fotoagentlikdə fotoqraflardan hər biri konkret sahə üzrə ixtisaslaşır – toy fotoqrafları fashion-çəkilşlər etmirlər, reklam çəkilişləri ilə məşğul olanlar isə heç vaxt love-story janrında çalışmır. 

Əməkdaşlarla dostluq münasibətləri bəzən çox böyük köməyə gəlir, ələlxüsus da işdə. Bizim şirkətdə yaradıcı insanlar çalışırlar, onların müəyyən olunmuş iş cədvəli yoxdur. Əməkdaşlarla dostluq müasibətləri tez-tez peşəkar xarakterli məsələləri həll etməyə kömək edir. Məsələn, mən gecəyarısına yaxın dizaynerə zəng vurub hansısa təcili işi görməyi xahiş edə bilərəm. O, heç vaxt imtina etməz. Öz növbəmdə mən də komandama kömək etməyə, ona dəstək olmağa çalışıram. Bura şəxsi xarakterdə xahiş də daxildir, minimum onları dinləyirəm, məsləhətimlə və ya hansısa hərəkətimlə onlara kömək edirəm.

Gənc sahibkarın üstünlüyü ondadır ki, o, biznesdə uğursuzluğu daha asan qəbul edir. Sənin qarşıda illərin və enerjin varsa, müvəffəqiyyətsizliyə baxmayaraq, irəli getmək asandır. Gənc yaşlarında motivasiya böyükdür, gələcəkdə nəyəsə nail olmaq üçün çox işləmək istəyirsən. Yaşlı insanlarda bu vəziyyət bir qədər başqadır. İnsan biznesə yetkin yaşında başlayanda risk etməyə qorxur, zərərə düşməkdən çəkinir, çox ehtiyatlı olur və uğursuzluqları həssaslıqla qəbul edir.  

Öz biznesini qurmaq dünyaya uşaq gətirmək kimi bir şeydi. Sən onun hər hərəkətini gözdən qoymursan, onun ilk addımlarına, uğurlarına  görə sevinirsən, məğlubiyyətinə görə kədərlənirsən.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.