az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Bu gün biznesdə uğurun 85%-i sizin faydalı əlaqələrinizdir

13.12.2013

Aleksandr Məhərrəmov, biznes-klubun təsisçisi və rəhbəri, 30 yaş.

Peşəmi elmi fantastikaya olan sevgimə görə seçmişəm. Mənim sevimli müəlliflərimdən biri Ayzek Azimov idi. Onun romanlarının qəhrəmanları həmişə mühəndis-robototexniklər idilər. Mən də bu peşəyə yiyələnmək istədim və Neft Akademiyasını bitirdim. Lakin sonra öyrəndim ki, bu mənə görə deyil və reklam sahəsinə keçdim.

Reklam agenti vəzifəsindən başladım. Bu “Nedelya”, “Komsomolskaya pravda Baku”, “Market”, “Supermarket”, “Svoy dom” və s. qəzetlərin daxil olduğu məşhur nəşrlər qrupu idi. Orada mən reklam və marketinq sferasında yaxşı təcrübə qazandım. Daha sonra reklam şöbəsinə rəhbərlik etməyə başladım və ikinci iş kimi “İz ruk v ruki” qəzetinin baş redaktoru oldum. Bu qəzetdə bir çox proseslər mənimlə bağlı idi. Bu KİV-də ilyarım işləyəndən sonra mən başa düşdüm ki, mənim böyük müştəri bazam var və öz jurnalımı dərc etməyə cəhd edə bilərəm.

Mən öz onlayn-jurnalımı təsis edəndə 26 yaşım vardı. “Biznes Dialoq” jurnalının çap versiyası da var idi. Həmin dövrdə maraqlı analitik informasiya dərc edən nəşrlər, demək olar ki, yox idi. Bizim jurnalımızın xüsusiyyəti insanlara məhz belə resurs vermək idi.

Sərgi təşkil etmək təklifi məndə öz biznes-klubumu yaratmaq fikrini yaratdı. Bir dəfə mənə sərgi təşkil etməyi təklif etdilər. Mən tədbirə öz reklamverən, tərəfdaş və tanışlarımı dəvət etdim. Lakin bəzi səbəblərdən sərgi baş tutmadı. Mən dəvət edilmiş qonaqlar üçün qeyri-rəsmi mühitdə öz aralarında ünsiyyət qura bildikləri bir ziyafət təşkil etməli oldum. İnsanlar belə formatı çox bəyəndilər və mən başa düşdüm ki, bu işi davam etdirmək lazımdır. Beləliklə, “Biznes Dialoq” biznes-klubunun ideyası meydana çıxdı. Ertəsi gün klubda 350-dən artıq adam vardı. Onlar, əsasən, sahibkarlar və kiçik biznes nümayəndələri idilər.

Bizi özünütəhsil formalaşdırır. Bir dəfə Brayan Treysi öz müsahibəsində mənə belə dedi: “Şübhəsiz, formal təhsil vacibdir, o, insana istiqamət verir, amma keyfiyyətli özünütəhsil böyük uğurlara nail olmağa imkan verir”. Bu müddəa bir çox uğurlu insanların təcrübəsində sınaqdan keçmişdir.  

Biznesdə uğurun 85 %-i – sizin faydalı əlaqələrinizdir. Biznesdə “netvörkinq” (şəbəkələşmə - tərc.qeydi) çox vacibdir. Neqativ və pozitiv netvörkinq mövcuddur. Neqativ netvörkinq odur ki, bir insanla tanış olan zaman ondan necə faydalana biləcəyinizi düşünürsünüz. Belə prinsip qısamüddətli perspektivdə işləyir. Pozitiv netvörkinq isə odur ki, siz insanla ünsiyyətdə olan zaman ona necə kömək edə biləcəyinizi düşünürsünüz. Bizim klubun fəlsəfəsi pozitiv netvörkinqə əsaslanıb.

“Faydalı iş müddəti” çox vacibdir. Bu terminlə, nəyisə uzun müddət edib ani nəticə almamağınıza baxmayaraq, başladığınız işlə məşğul olmağa davam etdiyiniz dövr səciyyələndirilir. Nəticədə siz qarşınıza qoyduğunuz məqsədlərə çatırsınız. Məsələn, “Bitlz” qrupu məşhur olmazdan əvvəl 1200 dəfə səhnədə çıxış ediblər! 1201-ci dəfə onlar məşhur olublar. Çoxlu sayda belə misallar göstərmək olar.

Əvvəllər mən öz klubuma hobbi kimi baxırdım, sonra onun üzərində çoxlu sayda insanlara fayda verə biləcək biznes kimi fokuslanmağa qərar verdim. Hazırda klubu böyük potensialı olan kiçik biznes hesab etmək olar.

Azərbaycan sahibkarlarının xaricdə mövcud olmayan çoxlu imkanları var. Qərbdə çox yüksək rəqabət var və yeni başlayan biznesmenə çoxlu tələblər qoyulur: nizamnamə kapitalı, yüksək rüsumlar və s. Orada öz biznesinə başlamaq üçün siz boşluq tapmalısınız. Bizim ölkəmizdə isə tələblər daha yumşaqdır və çoxlu boşluqlar var.

Ölkəmizdə vençur investisiyaları çox zəif inkişaf edib. Qərbdə əgər yaxşı ideyan varsa, maliyyələşmə barədə narahat olmağa dəyməz, pul özü səni tapacaq. Bizdə bu proses hələ dəqiq relsə düşməyib.

Öz bizneslərini yaratmaq istəyən insanlar “mavi” okeanda üzməlidirlər. Biznes dünyasında iki okean var: “qırmızı” və “mavi”. Qırmızı okeanda bir-birini yeyən çoxlu yırtıcılar var, ona görə də tökülən qanlardan onun rəngi qırmızıdır. “Mavi” okeanda balıq azdır və onlar sülh şəraitində yaşayırlar.

Mən MDB ölkələrində analoji klublar açmaq istərdim. Birliyin ölkələrində öz biznes cəmiyyətləri var, lakin onların konsepsiyaları bir az fərqlidir. Orada tədbirlər daha formal və quru keçir. İndi biz digər ölkələrdə klubumuzun nümayəndəliklərini açmaq üçün danışıqlar aparırıq.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.