az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Kreditləşmənin sürətlə artmasının həm müsbət, həm də mənfi cəhətləri var

08.11.2013 | Ləman Namazova

David Kiquradze, qeyri-bank kredit təşkilatının direktoru, 32 yaş.

Həmişə menecment sferasında təhsil almaq istəyirdim. 2002-ci ildə Gürcüstanda “European School of Management”i başa vurduqdan sonra, MBA dərəcəsini almaq üçün Sloveniyadakı  “IEDC Bled School of Management” Slavyan məktəbinə getdim.

Karyeramı sığorta sahəsində başladım. Universitetdə oxuyarkən paralel olaraq işləyirdim. İlk peşəkar fəaliyyətimə “GPI Holding” sığorta şirkətində “anderrayter” vəzifəsində başladım və şöbə müdiri vəzifəsinə kimi yüksəldim. Daha sonra “IEDC Bled School of Management” məktəbinə  daxil oldum. Təhsilimi uğurla başa çatdırdıqdan sonra Gürcüstanın aparıcı bankı olan “TBC Bank”dan təklif aldım.

Beş il ərzində xəzinə müdiri vəzifəsində işlədim. Keçən ilin sonunda yaşamaq və işləmək üçün Azərbaycana köçdüm. Hazırda “TBC Kredit”də  direktor vəzifəsində çalışıram. Əlbəttə, hazırkı işimin xüsusiyyətləri əvvəlkindən tamamilə fərqlidir. Üstəlik, yeni ölkə, yeni insanlar, adət və ənənələr. Uyğunlaşmaq lazım gəldi, axı mən təkcə öz işim üçün deyil, həm də bütövlükdə təşkilatın işi üçün cavabdehlik daşıyıram.

Bazarda yüksək likvidlik, üstəlik mikrobiznes layihələrinin maliyyələşdirilməsinin artımı belə kreditlər üzrə daha aşağı faiz dərəcələrinə səbəb olur. Hal-hazırda Azərbaycanda banklarla yanaşı yüzdən artıq qeyri-bank kredit təşkilatları (QBKT) və ittifaqları var. Onların arasında kiçik və orta biznes müəssisələrini və təsərrüfatları maliyyələşdirən, bazarın əsas oyunçuları da var.

Ölkənin maliyyə sektorunda QBKT-nın payı 3 %-dir. QBKT paytaxtdan kənarda öz fəaliyyətini genişləndirir, regionlarda daha çox filiallar açaraq kənd təsərrüfatının  maliyyələşdirilməsində aktivlik göstərir. Qeyri-bank kredit təşkilatları, əsasən, böyük bankların  filialları olmayan regionlarda təmsil olunurlar. Belə rayonlarda əhali QBKT sayəsində pul əldə edə bilir. Onlar mikro-biznes layihələrinə və bütövlükdə kənd təsərrüfatının inkişafına kömək edirlər. Eyni zamanda, kiçik sahibkarlıq tədricən böyüməklə öz növbəsində işsizlik probleminin həllində əhəmiyyətli rol oynayır.

Bank sektorunun inkişafı sayəsində tədricən rəqabət artmağa başlayır. Sahibkarların əlavə maliyyə imkanlarının yaranması biznesin inkişafına kömək edir, bu isə rəqabəti artırır. Bütün bunlar öz növbəsində, sağlam bazar şəraitinin yaxşı göstəricisidir. Bundan başqa, əvvəlki illərlə müqayisədə indi verilən kreditlərin məbləği artırılır, onlar daha aşağı faiz dərəcələri ilə verilir və borcalanlara tələblər getdikcə azalır. Əgər əvvəllər əsas tələblərdən biri girov idisə, indi ya girov ümumiyyətlə tələb edilmir, ya da yalnız böyük məbləğlərin verilməsi zamanı tələb edilir.

Şirkətimizin bir çox müştəriləri var ki, onlar fəaliyyətə kiçik bizneslə başlayıblar, sonra isə "orta səviyyəli uğurlu sahibkarlara” çevriliblər. Yaxşı nəticələr əldə etmiş müştəriləri gördükdə, həqiqətən, sevinirik. Biz müştərilərimizlə birlikdə inkişaf edir və böyüyürük.

Kredit problemlər yaratmamalı, həyat səviyyəsini yüksəltməlidir. İstehlakçıların çox kiçik hissəsi bilir ki, kredit banklar / QBKT üçün həm də müəyyən risklər yaradır.  Biz təcrübədə tez-tez müxtəlif maliyyə idarələrindən bir-iki deyil, üç və daha çox krediti olan müştərilərlə rastlaşırıq.  Bu səbəbdən kreditləşdirmə məsələsinə hər iki tərəfin (həm təşkilatın, həm də borcalanın) bütün risklərini qiymətləndirərək, məsuliyyətlə yanaşmaq lazımdır. 

Əgər ölkədə kredit portfeli çox böyük sürətlə böyüyərsə və əhali daha çox borc pul alarsa, o zaman bütün bunlar bu sektorda ciddi problemlər yaradacaq. Bir çox institutlar likvidlik problemi ilə üzləşəcəklər, çünki onların özlərinin də cəlb etdikləri vəsaitlər var və onlara görə cavabdehlik daşıyırlar.

Universal QBKT-lar kredit sferasında banklarla layiqli rəqabət aparır. İndi kreditə tələbat kifayət qədər böyükdür, xüsusən də, istehlak kreditlərinin dövriyyəsi sürətlə artır. Mobil telefondan başlayaraq, daşınmaz əmlaka qədər hər şeyi kreditlə almaq olar. Son illərdə mövcud olan tələbata görə getdikcə daha çox kredit təşkilatları əhaliyə müxtəlif növ istehlak kreditləri təklif edirlər. İstehlak krediti sferasında banklarla layiqli rəqabət aparan universal QBKT-lar mövcuddur.

Uğurlarımın böyük hissəsi ailəm və məni əhatə edən insanların sayəsində əldə edilib. Əgər insanın ailəsində hər şey qaydasındadırsa, onda onun bütün işləri uğurla inkişaf edəcək. Mənim çox yaxşı ailəm var. İki qızım və gözəl həyat yoldaşım Gürcüstanda yaşayırlar və mən onlar üçün çox darıxıram.

Dostluğu və biznesi bir-birindən dəqiq ayırmaq lazımdır. Mənim “TBC Kredit” ilə rəqabətdə olan müxtəlif kredit təşkilatlarında işləyən çox yaxşı tanışlarım var. İş vaxtı biz rəqabət apara, işdən sonra isə görüşüb bir yerdə vaxt keçirə bilərik. Biznes – biznesdir, şəxsi münasibətlər isə – şəxsi münasibətlər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.