az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Dəb dalınca qaçan insanlar mobil telefonlarını əlcək kimi dəyişməyə hazırdırlar

11.10.2013 | Ləman Namazova

Məişət texnikası və elektronika satışı üzrə mağazalar şəbəkəsinin PR və reklam şöbəsinin müdiri Şirəli Ələkbərov, 37 yaş.

Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və beynəlxalq münasibətlər fakültəsində alıb. Daha sonra təhsilini İstanbul universitetində davam etdirərək, “İdarəetmə və marketinq” ixtisası üzrə magistr dərəcəsi qazanıb.

Universitet illərində ticarətlə məşğul olmağa başlayıb. 18 yaşında öz ərzaq minimarketini açaraq, orda müxtəlif mallar satıb. Daha sonra Türkiyəyə getməyə qərar verib və buna görə öz biznesini bağlayıb.

Türk restoranları şəbəkəsində marketinq üzrə menecer vəzifəsində işləmək karyeramın sonrakı inkişafına güclü təkan verdi. Biz restoranlarımızda kofeşop konsepsiyasını tətbiq etdik. Starbucks və Gloria Jean’s kimi markalar türk bazarına hələ təzə-təzə daxil olurdular. Bu sferada işləmək çox maraqlı idi, mən orada böyük təcrübə qazandım. Daha sonra bizim şirkətin françayzing strategiyasının inkişafı üçün işləməyə başladım.

Azərbaycanda karyeramı qurmağa məşhur beynəlxalq markanın brend meneceri vəzifəsi ilə başladım. 2007-ci ildə mən vətənə qayıtdım. Burda Baku Electronics şirkətində işə düzəldim. Əvvəlcə Siemens markasının brend meneceri oldum. Daha sonra Baku Electronics həm də Bosch markasının məhsullarını satmağa başladı. Təxminən bir il əvvəl məni reklam və PR şöbəsinin rəhbəri təyin etdilər. Mənim vəzifə öhdəliklərimə reklam strategiyalarının və reklam kampaniyalarının konsepsiyalarının hazırlanması, şirkətin korporativ imicinin formalaşdırılması və inkişaf etdirilməsi, müştərilərə xidmətin keyfiyyətin artırılması və CRM strategiyalarının inkişaf etdirilməsi daxildir.

Məişət texnikasının satış bazarı gündən-günə böyüyür. Alıcılar tərəfindən böyük tələbat olan mallar var, bunlara kompüterlər, telefonlar və televizorlar aiddir. İstehsalçılar daima bu məhsulların istehsal sferasında yenilikləri tətbiq edir və alıcılara müxtəlif innovasion həll yolları təklif edirlər.

Azərbaycanda məişət texnikasının pərakəndə satışı yerli şirkətlər tərəfindən həyata keçirilir. Bizim bazar hələ ki Техносила, Media Markt , Electro World və başqaları kimi dünya nəhəngləri üçün cəlbedici deyil. Amma düşünürəm ki, Rusiya və Türkiyədə elektron texnikanın satışı üzrə fəaliyyət göstərən iri mağazalar bir neçə ildən sonra Azərbaycan bazarına da daxil olacaqlar. 

Məişət mallarına və elektronikaya tələbatı dəb diktə edir. Ölkəmizdə əhali arasında ən böyük populyarlığa mobil telefonlar malikdirlər. Eyni vaxtda iki və ya daha çox telefondan istifadə edən insanlar var. Onlar həmin telefonları dəbə uyğun olaraq tez-tez dəyişirlər. Yəni, telefonun fiziki istismar müddəti hələ bitməmiş onlar yenisini alırlar. Eləcə də əhəmiyyətli dərəcədə az satılan mallar da var, məsələn, qabyuyan maşınlar. Onlardan əhalinin maksimum 10%-i istifadə edir.

İnternet mağazalar hələ ki real mağazalarla ciddi rəqabətə girə bilmirlər. Əhali onlayn alış-verişlə hələ təzə-təzə tanış olur. Real mağazalardan mal alarkən müştəri bahalı malı kreditlə almaq imkanına malikdir. Hazırda onlayn alış-veriş zamanı belə imkanlar təqdim edilmir. Lakin, mənə məlumdur ki, bəzi banklar bu problemin aradan qaldırılması üzərində işləyirlər. Ona görə də, yaxın iki-üç ildə internet ticarəti dinamik inkişaf edəcək.

Ölkəmizdəki texnikanın 90 %-dən çoxu idxal edilir. Azərbaycanda texnika istehsalı ilə məşğul olan şirkətlər, əsasən, hissələri xaricdən alır və onları burada yığırlar. Yerli bazar üçün bu iqtisadi cəhətdən sərfəli deyil. Bundan əlavə, həmvətənlərimiz Azərbaycanda istehsal edilən mallara, xüsusən də texnikaya çox böyük şübhə ilə yanaşırlar. İnsanlar qlobal brendlərə üstünlük verirlər.

Telefon seçimində Azərbaycanda bir nömrəli marka SAMSUNG-dur. Yəqin ki, bu, istehsalçının təklif etdiyi geniş çeşid və seçim imkanları ilə əlaqəlidir. A kateqoriyasından olan alıcılar üçün nəzərdə tutulmuş APPLE şirkətinin məhsullarından fərqli olaraq, SAMSUNG məhsulları müxtəlif seqmentlərə ünvanlanıb. Ümumiyyətlə, hər bir məhsul kateqoriyasında elə brendlər mövcuddur ki, onlara digərlərinə nisbətən daha çox tələbat var. Məsələn, Azərbaycanda ən çox satılan qabyuyan maşın markası SIEMENS-dir.

Bir neçə ildən sonra elektronika satışı bazarında yeni oyunçular meydana çıxacaq. Əvvəl də dediyim kimi, bazar sürətlə böyüyür. Mütənasib olaraq rəqabət də artır. Əgər bu bazarda üç-beş il əvvəl cəmi iki-üç oyunçu var idisə, indi onlar onlarladır. Daha üç-beş il sonra bu göstərici dəfələrlə artacaq. Bunlar, əsasən, yerli şirkətlər olacaq.

Mən texnika və yeniliklərin aludəçisi deyiləm. Əgər telefonumda və ya hansısa məişət texnikamda nəsə məni qane etmirsə, mən onu dəyişə bilərəm. Amma dəb dalınca qaçmaq mənə görə deyil.

Gələcəkdə özümü konsaltinq şirkətinin rəhbəri kimi görürəm. Mənə elə gəlir ki, öz biliklərimi digər şirkətlərə inkişaf etməkdə və daha səmərəli işləməkdə kömək etmək üçün istifadə bilərəm.

İnsanın həmişə məsləhətçiyə ehtiyacı var. Bəzən düzgün məsləhət insanın bütün həyatını dəyişə bilər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.