az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Əgər insan çətinlikdən qorxursa, onun biznesdə edəcəyi heç bir iş yoxdur

27.09.2013 | Ləman Namazova

Orxan Əhmədov, bonus sistemlərinin həmtəsisçisi, 30 yaş.

Valideynlərim iqtisadçı olmağımı istəyirdilər. Qafqaz univerisitetinin “Bank menecmenti” ixtisası üzrə qurtarmışam, sonra MBA dərəcəsi almışam.

Həmişə istəyirdim, müstəqil işlə məşğul olum. Öz biznesimi qurana kimi bir neçə şirkətdə mühasib işlədim. Lakin, rəqəmlərlə işləmək və hesablamalar aparmaq mənim üçün çox darıxdırıcı oldu.

Sahibkarlıq fəaliyyətinə Robert Kiyosakinin kitabını oxuyandan sonra başladım. 2009-cu ildə “Varlı ata, kasıb ata” kitabını oxudum. Bu mənim şüurumda dönüş yaratdı və mən bütün şübhələri buraxaraq hərəkət etmək qərarına gəldim.

Uğursuzluğa düçar olmaq insanları qorxudur, bu səbəbdən çoxları sahibkar olmaqdan çəkinir. Həyatımız boyu bizi kiməsə işləməyə hazırlayırlar. Bu səbəbdən öz biznesini yaratmaq istəyənlər bir çox psixoloji problemlərlə qarşılaşır: ilkin kapitalı tapa bilməmək, olan-qalan imkanlarını itirmək, iflas olmaq qorxusu yaranır.

Mənim bir neçə internet layihələrim olub. Birinci biznesim onlayn maqazin oldu, hansı ki, Çin mallarının sifarişini alırdım. Daha sonra dostumla daha bir veb layihə yaratdıq, orada onun minimarketinin mallarını satırdıq. Biz burada çox maraqlı sistem tətbiq etdik: adamlar mal aldıqca bonus qazanırdılar və sonra yığılmış bonusları başqa mallara dəyişə bilirdilər. Bu sistem Multibon-un əsasını təşkil etdi. 

Azərbaycanda bonus və güzəştlər sistemləri banklarda tətbiq olunur. Biz Multibon-u kimsənin köməyi olmadan yaratdıq. Bonus kartları ilə başladıq, sonra bunu sosial şəbəkə ilə əlaqələndirdik. Belə ki, siz harasa istirahətə gedərkən bizim kartlardan istifadə edirsiz və avtomatik olaraq bizim sistemdə sizin harada və nə qədər bonus qazandığınız əks olunur. Sizin dostlarınız da bunu görür. Bonus qazanmaqla yanaşı insanlar üçün harada olmaları, nə qədər bonus qazanmaları barədə dostları ilə məlumat mübadiləsi aparmaq, müxtəlif şərhlər yazmaq da maraqlıdır.   

Bir neçə ildən sonra ölkəmizdə bonus sistemlərindən çox aktiv istifadə olunacaq. Hal-hazırda bu sistemi banklar, yerli supermarketlər və mağaza şəbəkələri tətbiq edir. Yaxın gələcəkdə bu sistem yüksələn xətt üzrə inkişaf edəcək. Amerikada insanlar nəğd puldann daha çox kredit və güzəştli kartlarla ödəniş aparırlar. Almaniyada da oxşar sistem var. Bu sistem, demək olar ki, bütün Avropada işləyir. Bu məsələ o qədər populyarlaşıb ki, mağaza və restoranların işçiləri özləri sizə yaxınlaşaraq belə kartınızın olub-olmadığını soruşurlar. Kartınız yoxdursa, bu, onlara çox qəribə gəlir.  

Kupon sisteminin tətbiqi yerli mağazalar üçün sərfəli deyil. Məsələn, Amerikanın alış-veriş zamanı güzəştli kuponlarla cox ciddi qənaət edən adamlar haqqında məşhur veriliş var. İnsanlar maqazində beş min dollara aldıqları mala bir dollar ödəyirlər, çünki, yığdıqları kuponlara görə tədarükçü onlara güzəşt edir. Bizdə belə sistemlər yoxdur və, yəqin ki, olmayacaq. Bizim supermarketlər malı tədarükçüdən alır və öz malı kimi satır, bu səbəbdən də, güzəşt etmək və kupon sisteminə keçmək onlara sərfəli deyil.

İşin başlanğıcında partnyor cəlb etmək çox çətin idi. Ən kiçik kafelər belə bizə “yox” deyirdilər və bunu onunla əsaslandırırdılar ki, onların öz müştəriləri var və bizim xidmətlərimizə ehtiyacları yoxdur. Hal-hazırda isə sistemimizə müxtəlif sektorlardan 200-dən çox şirkət qoşulub.

Qırx yaşıma qədər elə bir biznes qurmaq istəyirəm ki, mənim daimi iştirakım olmadan dəqiq fəaliyyət göstərsin. Bütün vaxtımı isə səyahətə, dünyanı tanımağa, öyrənməyə həsr etmək istəyirəm.

Əgər insan çətnlikdən qorxursa, onun biznesdə edəcəyi heç bir iş yoxdur. Heç nəyə baxmayaraq, edəcəyin işə möhkəm inanmalısan. Əgər sən ideyanın perspektivinə inanırsansa, hərəkət istiqamətini dəqiq müəyyənləşdirmisənsə, nəticədə nə qazanacağını bilirsənsə, onda səni bu işdən heç kim və heç nə saxlaya bilməz.

Bir neçə il əvvəl Azərbaycanda investor tapmaq, demək olar ki, mümkün deyildi. Amma vəziyyət dəyişir. İT sənayesi ildən-ilə investorlar üçün daha cəlbedici olur, dünyanın müxtəlif yerlərində tez-tez keçirilən müxtəlif start-ap konfranslarda, yarışlarda istənilən adam maraqlı ideyaların, layihələrin təqdim etməklə investorlar tapa bilər.

Biz oktyabrda beynəlxalq veb sammitin iştirakısı olacayıq ki, orada, yeddi yüzdən çox start-ap, beş yüzə yaxın investor, riskli layihələrə investisiya qoyan fondlar iştirak edəcək, ümumiyyətlə, iştirakçılarının sayı isə on mindən çox olacaq.

Orada sizin layihəyə investisiya qoyacaq investorların tapılması çox realdır. İnvestorlar gizlənmirlər. Mən evimdən çıxmadan Amerikada, Rusiyada, Türkiyədə investor tapa bilərəm.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.