az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Azərbaycanda tez-tez auditor xidmətlərinin qiyməti ətrafında diskussiyalar baş qaldırır

13.09.2013 | Ləman Namazova

Ziya İbrahimov, auditor şirkətinin idarəedici tərəfdaşı, 34 yaş.

Təhsil karyera nailiyyətlərim üçün yaxşı bünövrə oldu. Qafqaz Universitetini bitirib biznesin idarə olunması üzrə bakalavr dərəcəsi almışam. Bu biznes üçün praktiki həllər təklif edən ilk universitetlərdən biri idi. Sonralar Texasda yerləşən Midvestern Dövlət Universitetində magistr dərəcəsi almışam.

Beynəlxalq auditor şirkətində audit üzrə assistentdən tutmuş menecer vəzifəsinə qədər yol keçmişəm. Universiteti bitirdikdən sonra dünyanın lider audit və konsaltinq şirkətlərindən biri olan PricewaterhouseCoopers şirkətində karyeraya başlamışam. Beş il ərzində həmin şirkətin Azərbaycan, Rusiya, Ukrayna və Kanada ofislərində işləmişəm.

Altı il ərzində idarəedici tərəfdaş vəzifəsinə qədər yüksəlmişəm. 2008-ci ildə Baker Tilly şirkətinin Azərbaycan ofisində audit meneceri vəzifəsinə keçdim. Digər peşəkarlarla birlikdə biz komandanın tərkibini bir neçə nəfərdən 50 nəfərə qədər artıra bildik.

Ölkəmizdə auditor yoxlamasından hüquqi şəxslərin az bir qismi keçir. Bu müəyyən mənada qanunvericilik və maliyyə hesabatlarının verilməsi ənənəsinin olmaması ilə əlaqədardır. Azərbaycan iqtisadiyyatını sektorlara bölsək, görərik ki, auditorların xidmətlərindən əsasən neft-qaz, sığorta şirkətlərində, bank və maliyyə sektorlarında, mobil operatorlar və tikinti şirkətlərində istifadə olunur. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq, praktik olaraq bütün şirkətlərin bizim xidmətlərimizə ehtiyacı olacaq.

Qərbdə şirkətlərin əksəriyyəti hər il auditor yoxlamasından keçirilir, hüquqi şəxslər isə maliyyə hesabatlarını özləri hazırlayırlar. Auditorun vəzifəsi yalnız ondan ibarətdir ki, bu hesabatların beynəlxalq standartlara və prinsiplərə uyğunluğunu təsdiq etsin. Ölkəmizdə auditorlar bu cür sənədlərin tərtib olunmasında birbaşa iştirak edirlər.

Azərbaycanda tez-tez auditor xidmətlərinin qiymətləri ətrafında diskussiyalar baş qaldırır. Qərb ölkələrində biznesin aparılmasının müəyyən formatı var və şirkətlər buna dəqiq riayət edirlər. Bizim ölkəmizdə vəziyyət bir qədər fərqlidir. Məsələn, bu yaxınlarda bizə bir şirkət müraciət edib, onun üçün qiymətdə güzəşt etməyi xahiş etmişdi. Biz onların xahişini Amerikalı həmkarlarımızla müzakirə etdik. Onlar bizi hətta başa düşmədilər və dedilər ki, şirkətin müəyyən tarifləri var və müştərilər həmin tariflərə uyğun olaraq ödəniş etməlidirlər.

Karyeramın bütün mərhələlərində mən insanları hər şeydən yüksək qiymətləndirmişəm. Mənə elə gəlir ki, yüksək nəticələr ayrı-ayrı insanlar tərəfindən deyil, komanda şəklində əldə olunur. İşçilər arasında olan harmoniya şirkətin səmərəliliyini və onun ictimai həyata təsirini artırır. Mən ümumi nəticəyə işləyən insanları görəndə, çox zövq alıram.

Auditor şirkətlərində işçilərə saathesabı ödənilən maaş 50 - 300 AZN arasında dəyişir. Audit  və istənilən digər xidmət növünə görə haqq əməkdaşların yoxlamanı həyata keçirmək üçün vaxt, ondan sonra işçilərin saxlanmasına çəkilən məsrəflər, iş üzrə tərəfdaşların marjası və digər inzibati xərclər nəzərə alınmaqla formalaşır. Yerli auditor şirkətləri ilə qlobal şəbəkələrin göstərdiyi xidmətlərin qiymətindəki fərq xidmət səviyyəsi ilə, habelə göstərilən xidmətin keyfiyyəti ilə şərtlənir.

O təşkilatlar cərimə ödəməyə üstünlük verirlər ki, onlar auditi yalnız qanunvericiliyin tələbi ilə keçirirlər. İqtisadiyyatımız dünya bazarına inteqrasiya etdikdən və biznes beynəlxalq hesabatlılıq formalarına keçdikdən sonra, auditin aparılması hər bir şirkət üçün məcburi olacaq.

Auditor müstəqil və mənəviyyatlı insan olmalıdır. Mən onu əməksevər, nəticəyə istiqamətlənmiş, daim tədqiqatlarla məşğul olan, müxtəlif sənaye sahələrindən baş çıxaran, skeptik, tabeliyində olanları istiqamətləndirə bilən bir insan kimi təsvir edərdim.

Gələcəkdə özümü ölkənin ictimai həyatına fəal cəlb olunmuş şəkildə təsəvvür edirəm. Bu audit və ya hansısa digər bir qarışıq sektor ola bilər. Əlbəttə, öz şirkətimi açmaq istərdim.

Effektiv lider – öz şöbəsinin, bölməsinin və ya firmasının hüdudlarından kənarda tanın bir insandır. O, bütün komanda üçün rahat və məhsuldar olan bir üsulla qarşıda duran məqsədlərə çatan insandır.

İnsan irəli hərəkət edirsə, səhvlərinin olması təbii haldır. Siz nə dərəcədə böyük olursunuzsa, sizin qəbul edilən qərarlar bir o qədər balanslaşdırılmış olur. Müxtəlif qərarlar qəbul edərkən mənim nəzərə aldığım dəyərlər, son nəticəyə müsbət təsir edir.

Texnologiyalar inkişaf etdikcə iş vaxtının konsepsiyası dəyişir. Bizim vaxtımızda ofisdə başlanmır və iş gününün sonunda ofisi tərk edərkən sona çatmır. Müasir texniki ixtiralar sizin harada və kiminlə olmağınızdan asılı olmayaraq işləməyə imkan verir.

Günümüzdə ən böyük dəyər – insanlar arasında qarşılıqlı anlaşmadır. Zaman keçir və insanlar tənhalaşıblar, fikirlərini maddi dəyərlər, əşyalar üzərində cəmləşdirirlər. Düşünürəm ki, bu texnoloji inkişafın mənfi təsiridir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (317)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (207)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (260)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.