az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Yaxşı ideya varsa, investor cəlb etmək çox asandır

06.09.2013 | Ləman Namazova

Çingiz  Eyvazov, işədüzəltmə şirkətinin həmtəsisçisi və direktoru

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Tələbəlik illərində paralel olaraq Azercell şirkətində işə düzəldim. Orada müştərilərlə iş üzrə şöbənin əməkdaşı idim. Əvvəlcə fiziki şəxslərlə işləyirdim. Sonradan isə məni korporativ müştərilərlə iş şöbəsinə keçirdilər.

Həmişə öz bilik və qabiliyyətlərimi tam tətbiq edə bilmək üçün öz biznesimi qurmaq arzusunda olmuşam. Mən heç vaxt kiməsə işləyib əməkhaqqı almaq istəməmişəm. Uğurlu insanlar haqqında kitablar, sahibkarlar və şirkət rəhbərləri ilə ünsiyyət məni öz biznesim açmağa sövq etdi.

Bir qəpik pulumuz olmadan şirkət yatardıq. Bizim yalnız ideyamız və iddialı məqsədlərimiz var idi. Biz nə istədiyimizi və hansı istiqamətdə irəliləməli olduğumuzu bilirdik. Nəticədə, öz ideyamızı satıb investorun dəstəyini almağa nail olduq.

Yaxşı ideya varsa, investor cəlb etmək çox asandır. Bunun üçün öz fikrini potensial investor üçün savadlı şəkildə ifadə etməyi bacarmaq lazımdır.

Azərbaycanda işədüzəlmə sahəsində çox çatışmazlıqlar var. Burada praktik olaraq hər hansı yeniliklər tətbiq olunmur. Biz bu sektora yeni nəfəs gətirmək qərarına gəldik və müasir dünya tendensiyalarına uyğun olaraq işləyirik.

Video-xülasə işəgötürənin və işçinin vaxtına qənaət edir. Namizəd bir və ya iki dəqiqə ərzində özünün video formatda təqdim edir. Həmin insanda maraqlı olan şirkətlərin onun audio-vizual göstəriciləri barədə təsəvvür yaratmağa və həmin namizədin nə dərəcədə şirkətə uyğunluğu, müsahibəyə çağırıb çağırmamaq barədə qərar verməyə imkanı olur. Bir çox qlobal şirkətlər hazırda bu servisdən istifadə edirlər.

İnsanları tanışlıqla işə götürüldüyü hallar çox idi. Lakin hazırkı dövrü beş il əvvəlki vaxtla müqayisə etsək, bu prosesdə müsbət dəyişikliklər müşahidə olunur. Əvvəllər rəqabət yox idi. İqtisadiyyatın hər bir sektorunda maksimum bir ya iki şirkət var idi. İndi vəziyyət dəyişib. Rəqabətə tab gətirmək üçün komandada öz işini bilən peşəkarlar olmalıdır.

İşədüzəlmə saytları rekrutinq şirkətlərindən daha populyardırlar. Hazırda rekrutinq şirkətlərinin adının hallandığı bəzi mənfi hallara görə bu şirkətlərə etimad itib. Saytlar isə HR mütəxəssislərin istənilən namizədlə sərbəst şəkildə ünsiyyət qura biləcəkləri onlayn meydançalardır.

Azərbaycanda əmək haqları artır. Şirkətlər başa düşürlər ki, yaxşı mütəxəssislər olmasa, biznesdə sıçrayış etmək çətindir. Peşəkara isə müvafiq maaş vermək lazımdır.

Adətən işçilər işdən ona görə gedirlər ki, inkişaf etmirlər. Şirkət əməkdaşı işə götürür, ona yaxşı pul verir, lakin bununla belə, inkişaf etmir. Həmin şəxs bir il, iki il, üç il işləyir, lakin görür ki, inkişaf yoxdur. Son nəticədə, yüksək əməkhaqqı almasına rəğmən, işdən gedir.

İşçi heyətin seçimi çox subyektiv prosesdir. Bəzən HR mütəxəssisi, öz simpatiyalarından çıxış edərək işçini işə qəbul edə bilər. Nəticədə isə, məlum ola bilər ki, seçilmiş namizəd vəzifənin tələblərinə uyğun gəlmir. Beləliklə, ya işçi özü qaçır, yaxud da onu işdən çıxarırlar. Müsahibə kimi klassik seçim metodları heç də hər zaman səmərəli olmur.

Qərbdə bir çox şirkətlər işə qəbul zamanı gələcək işçinin xarakterinin xüsusiyyətlərini aşkara çıxarmaq, onu necə motivasiya etməyin yollarını bilmək, onunla necə rəftar etmək lazım olduğunu bilmək üçün insanı psixoloji testlərdən keçirirlər. Zənnimcə, bu çox səmərəli üsuldur.

Hazırda informasiya-kommunikasiya texnologiyaları mütəxəssisləri 3 000 - 5 000 AZN arası əməkhaqqı alırlar. Hazırda bu sahə Azərbaycanda sürətli templərlə inkişaf edir. Bu yaxınlarda şirkətimiz bir nəfəri xarici şirkətdə informasiya texnologiyaları mütəxəssisi vəzifəsinə işə düzəltdi. Onun əməkhaqqı 5 000 AZN idi.

Biz öz işçilərimiz üçün elə şərait yaratmağa çalışırıq ki, onlar işə məcburiyyətdən deyil, həvəslə gəlsinlər. Azərbaycandakı klassik şirkətlər səhər saat doqquzdan, axşam saat altıya qədər işdə oturmalı və özlərini elə göstərməlidirlər ki, işləyirlər. Bu cür yerlərdə işçinin psixoloji, şəxsi və peşəkar inkişafı nəzərə alınmır. Bizim şirkətimizdə isə vəziyyət başqa cürdür. Əgər işçi ona tapşırılmış işi yerinə yetiribsə, o evə gedə və ya işdə qalaraq onun üçün maraqlı olan məqaləni oxuya və ya hansısa filmə baxa bilər.

İri şirkət və korporasiyalar Azərbaycanda korporativ universitetlər yaradırlar. Onların məqsədi işçilərin peşəkar inkişafı üçün şəraiti təmin etmək və kadr çatışmazlığı problemini aradan qaldırmaqdır. Burada əməkdaşlar xüsusi təlimlər keçir, lazımi nəzəri biliklər əldə edir, sonradan həmin bilikləri uğurla təcrübədə tətbiq edirlər.

Yerli şirkətlərin əksəriyyəti işçiyə pul qazanmaq üçün alət kimi baxırlar. Qərb işəgötürənləri kadrların inkişaf etdirilməsində daha çox maraqlıdırlar. Onlar üçün insanın mənəvi və peşəkar inkişafı çox vacibdir. Onlar öz əməkdaşları üçün iş və tam qiymətli istirahət üçün zəruri şərait yaradırlar.

Rəqabətsiz inkişaf yoxdur. Əgər şirkətin rəqibləri yoxdursa, o zaman o durğunluq dövrünə düşür. Rəqabət şirkəti yeni məhsullar və xidmətlər təklif etməyə, öz xidmətinin keyfiyyətini yaxşılaşdırmağa, daim irəliləməyə vadar edir.

Öz biznesi olmaq həmişə riskli işdir. Heç vaxt bilmirsən ki, şirkətin üçün hansı imkanlar açıla bilər. Başqalarına işləmək asandır. İnsan öz işini yerinə yetirir və aylıq əməkhaqqı alır. Buna görə də, onun şirkətin inkişafına görə narahat olmağa, müxtəlif strategiyaların işlənib hazırlanması üzərində baş sındırmağa, qərar qəbul etməyə ehtiyacı yoxdur.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (278)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (542)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (343)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.