az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Satıcılar Azərbaycan alıcılarının şikayətlənməməsindən istifadə edirlər

30.08.2013 | Ləman Namazova

Rafiq Vəliyev, ətriyyat və kosmetika mağazaları şəbəkəsinin marketinq departamentinin rəhbəri, 28 yaş

İlk təhsilimi Azərbaycanda almışam. Azərbaycan Dövlət İqtisad Universitetini marketoloq ixtisası üzrə bitirmişəm. Hərbi xidmətdən sonra Anadolu Universitetinə daxil olub ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis diplomunu almışam.

Bizim ali məktəblər marketinq sahəsində keyfiyyətli təhsil vermirlər. Düşünmürəm ki, Azərbaycanın təhsil müəssisələrindən birini bitirib, marketoloq diplomunu almış hər hansı şəxs bu və ya digər şirkətin tələblərinə uyğun gələ bilsin.

Karyeraya analitik jurnalist kimi başlamışam. Müxtəlif jurnal və veb-saytlarda yüzdən artıq analitik məqaləm dərc olunub.

Marketinq meneceri vəzifəsinə yüz namizəd içindən mənim namizədliyimi bəyəndilər. Üçüncü kursda oxuyarkən Nurgün şirkətlər qrupunda işə düzəldim. Təsəvvür edin, tələbə olduğum halda mənə bildirdilər ki, tabeliyimdə 26 nəfər çalışacaq. Həm də onların bəziləri mənim babamla yaşıd idilər. Əlbəttə, ilk vaxtlar çətinliklər var idi, lakin artıq bir ay sonra mən mühitə uyğunlaşdım.

Yeni iş yerimdə mən hər şeyi təzədən başlamalı oldum. Hərbi xidmətdən sonra İDEAL ətriyyat və kosmetika mağazalar şəbəkəsinin marketinq departamentinə işə düzəldim. Həmin vaxt mən bu struktur bölmədə yeganə işçi idim. Mən hər şeyi sıfırdan başlamalı, işçiləri yığmalı oldum. Hazırda bizim departamentin beş bölməsi var və onlarda 20-dən artıq insan çalışır.

Yerli ətriyyat və kosmetika bazarı və burada iştirakçıların pay bölgüsü barədə heç kimdə dəqiq məlumat yoxdur. Statistik məlumatlar etimad doğurmur.

Bu yaxınlarda oxudum ki, Azərbaycanda ətriyyat və kosmetika bazarında aylıq gəlir $20 milyona bərabərdir. Orta hesabla ölkəmizdə bir nəfər ildə bu qəbildən olan malların alınmasına 600 AZN xərcləyir. Bu məsələdə biz MDB və bəzi Avropa ölkələrini qabaqlayırıq.

Çoxları indiyə qədər düşünürlər ki, ölkəmizdə orijinal ətriyyat və kosmetika malları yoxdur və ya onun miqdarı azdır. Əlbəttə bunun obyektiv səbəbləri də var. Onlardan biri budur ki, bazara qeyri-leqal şəkildə mənşəyi şübhə doğuran mallar daxil olur. Əsasən, bu mallar Çində, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində istehsal olunur.

Holoqram hələ hansısa malın saxta olmamasına zəmanət vermir. O yalnız malın hansı ölkədə alındığını göstərir. Əgər sizdə keyfiyyətsiz malı haradan almağınız barədə bir sübut yoxdursa, siz fərsiz satıcıdan heç yerə şikayət edə bilməyəcəksiniz.

Azərbaycan alıcıları şikayət etməyi xoşlamırlar. Əgər özünə qarşı haqsızlıqla üzləşmiş hər kəs müvafiq dövlət strukturlarına müraciət etsəydi, vəziyyət başqa olardı.

Bizim ölkəmizdə kosmetika və ətriyyat satışı ilə məşğul olan rəsmi internet mağazalar yoxdur. Üç-dörd onlayn-mağaza var, lakin onlar qeyri-rəsmi fəaliyyət göstərir və onların satdıqları mallar orijinal mallar deyil.

Yaxın vaxtlarda ətriyyat və kosmetika mağazaları ticarət mərkəzlərinə «köçəcəklər». İndi insanlar öz vaxtlarının qədrini bilirlər. Onlar Vaxt itirməkdənsə, pul xərcləməyə hazırdırlar.

Yerli şirkətlərin 95%-i satıcı məntiqi ilə işləyir. Onlar belə düşünürlər: müştəri məndən hansısa malı istədi, mən bu malı ona satdım və bununla da mənim işim bitdi. Bu isə düzgün deyil. Əgər siz alıcı ilə uzunmüddətli münasibətlər qurmaq istəyirsinizsə, o zaman onun tələbatlarını anlamağı bacarmaq lazımdır.

İşçi öz-özlüyündə bir kapitaldır, ona heç vaxt məsrəf kimi baxmaq olmaz. Öz əməkdaşlarını daim inkişaf etdirmək lazımdır, onları müxtəlif kurslara, təlimlərə yollamaq lazımdır. Lakin zənnimcə, ən səmərəli üsul insanın üzərinə vəzifə qoymaq və ona səhv etmək hüququ verməkdir. İnsan səhv etdikdə o daha çox öyrənir.

İş insandan deyil, sistemdən asılı olmalıdır. Azərbaycanda 90% hallarda vəziyyət tam əksinədir. Əgər, məsələn, menecer işə gəlməyibsə, o zaman onun işçiləri işə gecikirlər, işə gəlmirlər, fırıldaq edirlər.

Əksər hallarda top-menecerlər öz mövqelərinin mahiyyətini düzgün başa düşmürlər. Belə bir vəzifədə olan insan həmişə tabeliyində olanların səhvini tutmağa çalışmamalıdır. O şirkətin inkişaf strategiyasını qurmalıdır, daha kimin işə nə vaxt gəldiyini, neçə dəqiqə gecikdiyini və iş prosesində hansı səhvləri etdiyini güdməməlidir.

Əvvəllər mənim tabeliyimdə olanlarla sırf işgüzar münasibət saxlayırdım. Lakin zaman keçdikcə, komandamda 20-dən çox insan toplandıqdan sonra, mən başa düşdüm ki, bu düzgün deyil. Bəzən elə olur ki, insan iş vaxtı bitdikdən sonra da işdə qalmalı olur, və yaxud, ona elə bir tapşırıq verirsən ki, onun vəzifə borclarına aid deyil. Əgər sizin işçi ilə dostluq münasibətləriniz olmasa, o həmin işi ürəkdən deyil, yalnız tapşırıldığı üçün yerinə yetirəcək.

Biznesdə yaşdan daha çox təcrübə vacibdir. Elə gənc top-menecerlər var ki, onlar bazarı yaşda daha böyük olan həmkarlarından hiss edir və işlərini daha yaxşı bilirlər.

İşçi və şirkət paralel olaraq böyüməli və inkişaf etməlidirlər. Əgər şirkət özü böyüdüyü halda onun işçiləri inkişaf etmirsə, bu çox pis haldır. Mən öz işimi çox sevirəm və öz inkişafımı şirkətin inkişafında görürəm.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.