az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Uğurlara gedən yol uğursuzluqlardan keçir

16.02.2015

Aysel İsmayılova, Lady Sharm mağazalar şəbəkəsinin marketinq direktoru

Marketoloqlar emosiyasız insanlar olurlar, onlar işə sistemli bir karyera yolu kimi baxırlar. Mənim üçün bu sahəyə yanaşma bir qədər fərqlidir. Ümumiyyətlə, bir qədər ətraflı yanaşsaq, marketinq istehsaldan istehlaka qədər gedən yolu izləyən bir sahədir. Məsələn, bir fabrikdən söhbət gedirsə, məhsulun istehsalına başlanmasından tutmuş bazara çıxarılması, satışı, bu prosesin tam idarəolunması bütövlükdə marketinqə aiddir. Mən marketinqi belə görürəm, ancaq tam belə idarə edə bilmirəm. Bir qədər emosional insanam, hər hansı bir sahədə axsama, çətinlik gördükdə buna müdaxilə etməkdən çəkinmirəm, çünki bu hal sonda mənim və ümumilikdə çalışdığım şirkətin işinə mənfi təsir göstərə bilər. Hesab edirəm ki, marketoloq hissiyatlı, uzaqgörən insan olmalıdır. Bu gün dünya marketoloqları 3-5 il sonraki iqtisadi trendlərə dair proqnozlar verirlər, düzdür onlar bunun üçün iqtisadi əsaslar toplayırlar. Mən isə intiusiyamla hərəkət edirəm və əminliklə deyə bilərəm ki, hissiyyatım heç vaxt məni aldatmayıb.

İxtisasca jurnalist olsam da, hazırda marketoloq kimi fəaliyyət göstərirəm. Əmək fəaliyyətimə on beş yaşından başlamışam. Müxtəlif sahələrdə çalışmışam, fiziki əməyin də nə olduğunu bilirəm. Təcrübəm əsasında bir şeyi dərk etdim ki, insan nə qədər çox fiziki əmək sərf edirsə, beynini işlətmirsə, o qədər az pul alır və əziyyət çəkir. Amma nə qədər zehni əməyin artırsa, əziyyətin azalır və müvafiq olaraq, qazancın da çoxalır. Ona görə də həmişə öyrənmək, oxumaq, həmkarlarının fəaliyyətini izləmək, onların uğurlarını və uğursuzluqlarını özün üçün analiz etmək lazımdır.

İlk dəfə ofis meneceri kimi işə başlamışam. Deyərdim ki, marketinq işinin əlifbasını da orada öyrənmişəm. Sonra bir müddət öz dizayn studiyamı işlətmişəm və şəxsi emalatxanamda kiçik heykəllərin hazırlanması ilə məşğul olmuşam. Bundan aldığım mənəvi zövq həm də əmək haqqıma verilən yüksək dəyər məni qane edirdi. Lakin bəzi səbəblərdən fərdi fəaliyyətimi dayandırdım və şirkətlərdən birində marketinq-menecer kimi  işləməyə başladım. Beləcə, bu sahədə Marketing və PR  direktor vəzifəsinə qədər yüksəlmişəm və öz sahəmdə mütəxəssis kimi qəbul olunuram.

Yeni yaranan şirkətlər menecmentə, marketinqə bir o qədər də önəm vermir onu “qaraçı poçtu” adlandırırlar. Halbuki, dünyada hər bir şey satışın üzərində qurulub. Satışın əsasında hansı malın və ya xidmətin  dayanmasından asılı olmayaraq, sonda müştəri amili dayanır. Burada isə marketinq mütləq faktordur. Bir sözlə, istənilən məhsul pula çevrilirsə, demək orada marketinqin iştirakı vacib xarakter daşıyır. Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir. Marketinqin gətirdiyi irəliləyişləri görən iş sahibləri onun vacibliyini başa düşür və ilk yaratdığı vakansiyalardan biri məhz marketinq-menecer olur. Marketinq və PR bir arada işlənir, çünki məhsulun tanıtımı və satışı vahid konsepsiya əsasında həyata keçirilir. Hesab edirəm ki, ağıllı marketinq uğurun əsasını təşkil edir və buna əhəmiyyət verən iş adamı öz biznesində nailiyyət qazanacaq. Mən özüm bir iş sahibi olsam, marketinq mütəxəssisi olmağıma baxmayaraq, ətrafıma savadlı marketoloqları toplamağı ilk ümdə vəzifə hesab edərəm. Gəlin, bir düşünək, dünyadakı hegomon holdinqlərin bugünkü uğurlarında marketinq siyasətinin rolu danılmazdır.

Marketinqdə qadın və ya kişi faktorunun önəmi var. Gender bərabərliyi qlobal dünyanın hüquq müstəvisində əsas şərtlərdən biri olsa da, düşünürəm ki, bir reallığı qəbul etmək lazımdır ki, kişilər düşüncələrində daha çevik, analiz etmək qabiliyyətində daha hərtərəfli və səbirli və çıxış yolu tapmaqda, qərar verməkdə daha cürətlidirlər. Qadınlar da heç də zəif deyillər. Məsələn, mən hesab edirəm ki, əlimdən gəlməyən iş yoxdur, hansı işin qulpundan yapışsam, orada mütləq uğur qazanacağam. Buna yaşım da, təcrübəm də imkan verir. Ötən illər ərzində özüm üçün bir amili tam dəqiqləşdirmişəm və əminliklə deyə bilərəm ki, bütün uğurların əsasında məhz uğursuzluqlar dayanır. İnsan öz səhvləri üzərində öyrənir, kamilləşir və peşəkarlığı yüksəlir.

“Coca-Cola” şirkətinin marketinq siyasətini diqqətlə izləyirəm. Bu şirkət məhz düzgün marketinq sayəsində dünyada çox sürətlə tanına bilib və hazırda dünya əhalisinin bir faizi Coca-Coladan istifadə edir. Bu, böyük  rəqəmdir. Ancaq adıçəkilən şirkət bununla kifayətlənmir və kofeni, çayı üstələməyi qarşısına hədəf qoyub, təsəvvür edirsinizmi(?!) Bu bir aksiomadır ki, hədəflər nə qədər böyük olarsa, qazanılan uğurlar da onunla nisbət teşkil eder. Bu isə ilk növbədə marketinqin düzgün idarəedilməsinə dayanır.      

Həyatda uğursuzluqlardan qorxmuram. Torpaq döyüldükcə bərəkət yetirər. İnsan da belədir. Həyatda qarşımıza çıxan çətinliklər bizi daha da gücləndirir. Həyatı bir dağa bənzətsək, çətinliklər onun uzərindeki çıxıntılar, sərt qaya parçalarıdır, onlar olmadan dağa dırmanmaq mümkün olmaz.

Lady Sharm mağazalar şəbəkəsi artq Azərbaycanın retail sferasında yetərincə tanınır. Bu uğurlar marketinq alətlərinin düzgün seçilməsi, qarşıya qoyulan hədəflərin yerinə yetiriliməsi üçün qoyulan səylərin nəticəsidir. Mənim əsas hədəfim Lady Sharm brendini dünyaya tanıtmaq və şəbəkəni Azərbaycan hüdudlarından kənara çıxartmaqdır.

Hələ məktəb vaxtlarından poeziya ilə məşğul oluram. Şerlərimi isə inşaallah ilk kitabım işıq üzü gördüyü zaman oxuya bilərsiniz. Artıq romanımı bitirmək üzrəyəm və nəfiz bir tərtibatla çap etdirməyi düşünürəm. Məncə bəyənəcəksiniz. 

 
Açar sözlər: Lady Sharm
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.