az / ru
 
     
 
Ana səhifə > Time-out > Biznes-lunch

Layihə meneceri – gəminin kapitanıdır, o, komandanı öz ardınca aparmağı bacarmalıdır

04.12.2014 | Zarina Oruc

Layihə menecmenti – Azərbaycanın biznes sahəsində hələ gənc bir sferadır. Hələ bir neçə il əvvəl, layihələrin idarəolunması sahəsində treninqlərin təşkili və məsləhətlər üçün öz şirkətimi yaratmağı düşünəndə ölkədə sertifikatlaşmış menecerlər demək olar ki, barmaq hesabı idi. Ancaq bu sahə Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklərə müvafiq olaraq böyüyür.

Ölkədə yeni baxış, operativ həllər və yanaşma tələb edən böyük layihələr həyata keçirilir. Layihə menecmenti hələki yeni anlayışdır və son 2-3 ildə aktuallaşıb. Artıq bazarda layihə menecerlərinin tələbolunmasının vacibliyi də qəbul olunur. Bu, ilk növbədə insanlarla dialoq aparmaq bacarığına, peşəkar planlaşdırma, hesabat aparmaq biliklərinə malik olan mütəxəssislərdir.

Layihə nədir? Hər bir layihənin başlanğıcı və sonu var, onun həyata keçirilməsinin nəticəsi isə yeni məhsula və ya mala, göstərilən xidmətə, dövriyyəyə nail olmaqdır. Əgər şirkət öz işində dəyişikliklər etməyi qərara alıbsa, onda dəyişikliklər öz-özlüyündə yeni layihənin yaranması üçün səbəbdir. Layihə meneceri həmişə dərk etməlidir ki, onun idarə etdiyi layihə ömürlük deyil və müəyyən vaxtdan sonra yekunlaşacaq. Və buna hazır olmaq lazımdır. Təcrübə göstərir ki, Azərbaycanda menecerlərin əksəriyyəti daimi iş yerlərini müvəqqəti iş yerlərinə dəyişməyə hazır deyillər. Buna həmçinin bir çox Azərbaycan şirkətləri də hazır deyil. Axı, layihə rəhbəri peşəsi çox gəncdir, həm də yalnız bizim ölkəmiz üçün yox. Hətta Qərbi Avropa və Şimali Amerika ölkələrində bu ötən yüzilliyin sonunda meydana çıxıb.

Layihə mecereri işinə düzəlməkdə sertifikatlaşma mühüm həlqəyə çevrilib. Elə bir hiss yaranıb ki, insanlar sadəcə olaraq sertifikat ardınca qaçırlar. Müvafiq olaraq, təcrübə və biliklərə xüsusi yer vermək əvəzinə, təhsil haqqında şəhadətnamələrin sayına və sertifikatlaşma statusuna əhəmiyyət verilir. Setifikatların sayının vacibliyini inkar etmirəm, hesab edirəm ki, öz sahəsində müvafiq iş təcrübəsi olmasa, nəzəri biliklər layihə menecerinin peşəkarlığının yüksək olmasına  elə də güclü təsir etmir. İxtisaslaşmış mütəxəssislərin sayı ölkədə çoxaldıqca və bizim bazar sertifikatlı layihə -menecerləri ilə dolanda ola bilər ki, sertifikatlaşma dalğası ötüb-keçəcək. Ancaq liderlik bilikləri və setrifikatlaşdırma iş təcrübəsi ilə birlikdə tələb olunanda onun ardınca başqa dalğa başlanacaq.   

Layihə menecmentliyinə mən təsadüfən düşmüşəm. Sırf təsadüfdən belə oldu ki, bu sahədə mütəxəssis tələb edilən bir təşkilatda işləməli və həmin illərdə Türkiyədə yaşamalı olduq. Şirkətə elə bir menecer lazım idi ki, o yalnız ingilis dilini bilməklə kifayətlənməsin, həm də Avropa və keçmiş sovet ölkələri üzrə əlaqələr qurmağı öz üzərinə götürməklə yanaşı, yerli kadrlarla ümumi dil tapmaq və işləri qaydasına salmağı bacarmalı idi. İş ürəyimcə oldu, bir türk şirkətində işləməklə çox şeyi öyrəndim. Sonra həyat yoldaşımın yeni işi ilə əlaqədar Ukraynaya köçməli olduq və biz burada təxminən 3 il yaşadıq. Təbii ki, mən əlimi-əlimin üstünə qoyub otura bilməzdim. Ona görə də özümü çox maraqlı bir layihə ilə məşğul etdim. Bu, həmçinin mənim səyahətlərim, işin spesifikasının dəyişməsi, fəaliyyət sahəsindən asılı olmayaraq, ümumilikdə layihələrin idarəedilməsi prinsiplərinin və standartların tətbiqini, onların başa düşülməsinin nə qədər vacib olduğunu açıq–aydın üzə çıxartdı. Layihələrin idarəedilməsində gələcək mütəxəssis, bank sektorunda elə cə də telekommunikasiya və ya tikinti sektorunda, fərq etməz, layihələri uğurla həyata keçirə biləcək. Əlbəttə, təcrübə və konkret sahə üzrə ixtisaslaşma da əhəmiyyət kəsb edir. Bugün Azərbaycanda - layihələrin idarəedilməsi  sahəsində gözəl imkanlar olan öz Vətənimdə işləyirəm. Düzünü deyəcəyəm, ölkədə 9 il olmamağıma baxmayaraq, Azərbaycan biznesinin şərtlərinə kifayət qədər tez adaptasiya olundum.

Zəhmətkeş olmaq elə də pis deyil. Xüsusən də siz öz biznesinizi qurmusunuzsa. Əgər vicdanlı bir iş açırsınızsa, gərək sizin işdən ayrı həyatınız olmasın. Siz kiminsə şirkətində işlədiyinizdən bir neçə dəfə çox çalışırmalı olacaqsınız. Ona görə də mən bir işin üstündə gecəyarıdək otura bilərəm. Özümü işsiz təsəvvür edə bilmirəm. Ancaq bu, o demək deyil ki, ailə ikinci plana keçir. Bugün mən iki övlad anası və qayğıkeş həyat yoldaşıyam. Məşğul olmağıma baxmayaraq, həyat yoldaşımla birlikdə uşaqları diqqətdən kənarda saxlamamağa çalışırıq.

Heç vaxt mühasib işində çalışmağa razı olmazdım. İxtisasıma görə gələcək iqtisadçı kimi heç zaman mühasib işləməyi  istəməmişəm. Ona görə yox ki, bu işi özümə layiq bilmirəm, bu mühasibliyin gündəlik təkrarlanan işi ilə bağlıdır. O yalnız yorucu deyil, həm də mühasib bir qayda olaraq yekunlaşmış fakt üzərində işləyir. Başqa bir tətəfdən mühasibat təhsilim karyeramın əvvəlində, xüsusən də maliyyəçilərlə ünsiyyətimdə mənə çox böyük kömək oldu. Şəxsən mənim üçün  bu, çox yorucu işdir, çünki mən öz naturamda həmişə dəyişikliklərə ehtiyac duymuşam. Hətta həyat yoldaşım deyir ki, bir evdə iki ildən çox qalmıram. Belə alınıb ki, biz həmişə dəyişiklik etmişik - ya mənzili, ya ölkəni. Əlbəttə, bəzən bundan yorulursan, ən azı ona görə ki, ailəvi şəkil albomunun harada saxlandığını bilirsən. Xoşbəxtlikdən, Azərbaycanda qalmağı qərara almışıq.

İstənilən biznesdə müsbət düşüncələr və arzulamaq bacarığı tapırıq. Biz dəfələrlə ölkədən-ölkəyə köçmüşük, çox çətin hadisələr yaranıb, iş yerini dəyişməli olmuşuq. Bugün mənim əhval-ruhiyyəm pis ola bilər, ancaq özümü daxili gərginlikdən çıxarmağa çalışıram. Çünki mənim vəziyyətim ailəmə, həyat yoldaşım və uşaqlarımın rahatlığına pis təsir edir. Mən yalnız optimist deyiləm, həm də xəyalpərəstəm. Çox nadir hallarda pis yuxular görürəm, çünki həmişə nəyisə arzulayıram. Adətən mənim arzularım hansısa layihənin ilkin mərhələsidir. Axı, layihə meneceri – gəminin kapitanıdır, layihə uğurlu alınsın deyə, o, komandanı öz ardınca aparmağı bacarmalıdır.  

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.