az / ru
 
     
 
Ana səhifə > Time-out > Brendlər və trendlər

Holcim şirkətindən innovasiyalar: yol çəkilişində inqilab

22.09.2015

Holcim Azərbaycan ASC – nin Yol yapışdırıcı materialı layihəsinin rəhbəri Elnur Qurbanov ilə müsahibə

- Şirkətin yaranma tarixi və fəaliyyətinin əsas istiqamətləri haqqında qısa məlumat verərdiniz...

- “Holcim Azərbaycan” ASC ölkədə klinker və sement istehsalı ilə məşğul olan aparıcı müəssisələrdən biridir. Xüsusi ilə qeyd edək ki, bizim məhsullar yüksək keyfiyyəti ilə fərqlənərək istər yerli, istərsə də beynəlxalq standartlara cavab verir. Holcim şirkətinin Azərbaycanda fəaliyyəti 1999-cu ildən başlayır ki, bu zaman “Holcim İsveçrə Qrupu” Qaradağ Sement zavodunun əsas səhmlər zərfini aldı. İlk iş illərindən indiyə qədər şirkət əsas investisiyalarını bütün ekoloji və sosial standartlara ciddi əməl edən yeni inşaat layihələrinə yönəldir. 2015-ci ilin iyulundan sement sənayesinin iki qlobal oyunçusu Holcim və Lafarge şirkətlərinin birləşməsi nəticəsində LafargeHolcim adı altında yeni dünya sement istehsalçısı yarandı. Holcim Azərbaycan bu şirkətlər qrupunun bir hissəsidir. Hazırda müəssisə hər il 1.7 tona qədər müxtəlif markalı sement buraxır.

- Bu gün Holcim Azərbaycan hansı innovasiyaları təklif edə bilər?

- Holcim son 15 ildə Avropa ölkələrində torpaq yatağını yaxşılaşdırmaq və bərkitmək və “yol geyimi” əsasının tikintisi işlərində Doroport və Dorosol hidravlik yapışdırıcı materiallarından istifadə edir. Təcrübə göstərmişdir ki, bu gün bu, xaricdə yol çəkilişində tətbiq olunan ən effektiv və etibarlı hidravlik yol yapışdırıcı materialıdır.Yol çəkilişi sferasında məhsulun kompleks tədqiqi, yerli bazarın analizi və öyrənilməsi, laboratoriya hesabatlarından sonra biz bu qərara gəldik ki, yuxarıda xatırlanan yapışdırıcıların istifadəsi ilə yol çəkilişinin Avropa təcrübəsini bizim ölkəmizdə də tətbiq etmək zərurudir.

- Bu yapışdırıcı komponentlərinin əsas təsir prinsipi nədən ibarətdir?

- Ənənəvi olaraq hazırlıq işləri ilkin əsasın – torpaq yatağının salınmasını nəzərdə tutur, çünki avtomobil yollarının keyfiyyəti və onların uzunömürlüyü əsasın etibarlılığından asılıdır. Texnologiya çox zəhmət tələb edəndir, belə ki, əvvəlcə bütün yararsız torpaq təbəqəsini qazmaq lazımdır, yalnız sonra müvafiq yararlı materiallarla çoxqatlı əsasın salınması prosesi başlayır. Bir qayda olaraq bu işə müxtəlif xüsusi texnika cəlb olunmaqla çox vaxt sərf olunur.

Holcim Azərbaycan şirkətinin yol çəkilişində, torpaq qatının möhkəmləndirmək prosesində təklif etdiyi xüsusi hidravlik yolyapışdırıcı materialları Doroport və Dorosol – yol geyiminin əsası və torpaq yatağının yükgötürmə qabiliyyətini və suya davamlılığını dəfələrlə artırır. Onların istifədəsi zamanı yaramayan təbəqənin çıxarılmasına zərurət olmur. Torpaqda ilkin laborator analizlər aparıldıqdan sonra Holcim şirkətinə məxsus olan xüsusi texnika vasitəsi ilə yapışdırıcı materialın kifayət qədər miqdarını həmin yararsız torpağa qarışdırmaq və kipləşdirmək kifayətdir. Torpaq qatının keyfiyyətini dəfələrlə artırmaqla yanaşı yol çəkilişi prosesini iqtisadi cəhətdən daha rentabelli edir. Bununla  inşaat materiallarına və işin icra vaxtına kifayət qədər qənaət olunur, eləcə də daha az miqdarda texnika və işçi qüvvəsi cəlb edilir.

-Bu inqilabi yol çəkilişi yeniliyinin yerli bazarda irəliləməsi üçün hansı addımlar atılmışdır?

Mübaligəsiz desək, Holcim Azərbaycan ölkədə dayanıqlı fərqli  çeşidlərdə portland sementin istehsalında pioner olmuşdur. Ənənəyə sadiq qalan şirkət Doroport və Dorosolyol tikintisində istifadə olunan hidravlik yapışdırıcı materiallarının istehsalına başlayan ilk müəssisə olmuşdur ki, bu materialların da geniş tətbiqi Azərbaycanda yol çəkilişi sahəsində həqiqətən inqilab edəcək.

Sizin hansı addımların atıldığı haqqında sualınıza qayıdaraq deyim ki, FHN və “Azəryolservis” ilə birlikdə müxtəlif yol layihələri sahələrində laborator testlər və sınaq işləri aparılımışdır. Xüsusi ilə qeyd edim ki, sınaqlar yol çəkilişinin indiki metodu ilə əldə edilən göstəriciləri dəfələrlə aşan keyfiyyət göstəriciləri aşkara çıxartmışdır. Bütün bunlardan başqa bataqlıq və gilli yol sahələrində yeniliyin sınaqları uğurlabaşa çatdırılmışdır.

- Tədqiqatlar hansı nüfuzlu təşkilatlar tərəfindən aparılmışdır və işlərin nəticələrinə görə sertifikatlar vardırmı?

- Bizdə Fövqəladə Hallar Nazirliyinin tərkibindəki Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin tərkibindəki S.Dadaşov adına Tikinti Materiallarının Elmi-Tədqiqat və Layihə-Konstruktor  İnstitutunun apardığı sınaq işləri və hesablamaları əsasında tərtib edilmiş hidravlik yapışdırıcı maddələrin bütün parametrləri üzrə rəsmi texniki hesabatlar var.

Daha sonra, bu il Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Doroport üçün- AZS 831-5-2015 (EN 14227-52013) və Dorosol üçün – AZS 830-5-2-15 (EN 13282-1-2013) milli standartını təsdiq etmişdir və bu standartlar əsasında AzSERT tərəfindən hər bir yapışdırıcı materiala uyğunluq sertifikatı verilmişdir. Bundan başqa, testləndirmədən sonra Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryolservis”  şirkətinin  tərkibində olan  “Azəryol Elmi Tədqiqat Layihə” İnstitutu tərəfindən rəsmi müsbət rəylər daxil olmuşdur.

- Və axırıncı sual: Şirkət ətraf mühiti qorumaq üçün hansı addımlar atır?

İlkin materialların müntəzəm analizi, ölçü avadanlığı üzərində, eləcə də xammalın saxlanması, nəqli və emalını texniki prosesləri üzərində daimi nəzarət əsas istehsal prosesləri zamanı atmosferə tullantıları minimallaşdırmağa imkan verir. Bütün aparıcı parametrlərin daimi monitorinqi sayəsində tullantıların mövcud həcmləri və onlarda maddələrin konsentrasiyası yol verilən normalar həddində olur.Bundan başqa, verilənlərin qeydiyyatı və nəzarəti sistemlərində səhvlərin baş verməsinin qarşısını almaq üçün şirkət hər il qurğularının testləndirməsini həyata keçirir. Heyətə istehsalatda ətraf mühitin qorunması daim aşılanır.

Müsahibəyə görə təşəkkür edirik!

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.