az / ru
 
     
 
Ana səhifə > Time-out > Gözəl insanlar

Şakir Eminbəyli: "Zəhmətkeş insan uğursuz ola bilməz!"

10.07.2014 | Zarina Oruc

Biz Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya dövlət teleyayım  şirkətinin Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli ilə görüşüb onun dolğun həyatı, peşəkar uğurları və yaradıcılıq planları haqqında daha çox öyrənməyə çalışdıq.  Müsahibə maraqlı alındı, çünki bizim qəhrəmanımız nadir rast gəlinən müsbət auralı, öz sahəsi üzrə “universal əsgərdir”.  

 - Sizə baxanda elə təəssürat yaranır ki, bəxtigətirən həyatsevər insansınız. Həyat enerjisini nədən götürürsünüz?

- Bu, ətrafımdakı insanlarda formalaşan bir fikirdir. Mənə həmişə öyrənmək maraqlıdır ki, mənim haqqımda nə düşünürlər, axı, hər şey kənardan daha yaxşı görünür. Həmişə özün haqqında nəsə yeni fikirlər eşidə bilirsən. Ancaq əsas odur ki, mənim haqqımda rəyi işim formalaşdırsın. Belə deyək, mən bağbanlığı sevirəmsə və bitkilər haqqında saatlarla danışa bilərəmsə, deməli mənim həyətimdə boz kollar bitməməlidir. Bu halda, demək mən pis bağbanam. Həmişə öz imkanlarını məhz işinlə sübut etməlisən. (Ş.Eminbəylinin bağı çox gözəldir – redaksiyanın qeydi)

Ancaq sizinlə razılaşıram ki, sevinc saçan gözləri olan və zahirən enerjilə dolu bir insan kimi formalaşmışam. Əgər ömür yolunun müəyyən mərhələsində uğura nail olursansa və ya əksinə hər-hansı qırılma baş verirsə, bu, insanın mənəvi aləmində öz əksini tapır. Ancaq düzünü deyəcəyəm, arzuladığım zivəni hələki fəth etməmişəm.

- Bəs, işləriniz barədə nə deyə bilərsiniz? Axı, Siz ölkə sərhədlərindən kənarda Azərbaycanın imicinin formalaşmasına az töhfə vermirsiniz...

- Bəli, etiraf etmək lazımdır ki, uğurla həyata keçirdiyimiz layihələr həqiqətən də ölkənin müsbət imicinin formalaşmasına öz töhfəsini verir. Bu mənim böyük zövq alaraq gördüyüm bir işdir – mən işləyəndə dincəlirəm.

- Xarici həmkarlarınızla birlikdə həyata keçirdiyiniz sonuncu layihəniz hansıdır?

- Sonuncu layihə Azərbaycana həsr olunan 26 dəqiqəlik filmin çəkilməsilə bağlıdır. Çəkilişlər çox əyləncəli oldu. Düşünürəm ki, tez bir zamanda öz işimizi “Mənim planetim” telekanalının “Kadrarxası” verilişi çərçivəsində efirdə görəcəyik. Onun premyerası həmçinin “Rossiya-2” telekanalında da gedəcək.

- Siz uzun illər müxtəlif telekanallarla əməkdaşlıq etmisiniz, onların Azərbaycan haqqında fikirləri necədir?

- Biz fransız, alman, britaniya, ərəb, yapon və s. media qurumlarının daxil  olduğu səksən xarici telekanal və agentliklə birbaşa əməkdaşlıq edirik. Ancaq mənim mövqeyim belədir – bizim gözəl ölkəmiz haqqında rəyi özümüz yaratmalıyıq, bunun üçün təşəbbüs göstərmək və Azərbaycanda öz həmkarlarını maraqlı layihələrə cəlb etmək kifayətdir.

- İnsan kimi məqsədyönlüsünüz, yəqin ki, gələcək üçün planlar qurursunuz, bizimlə bölüşə bilərsinizmi?

- Bugün prinsipcə, özümü hazır hesab etdiyim başqa bir mərhələ haqqında düşünürəm. Böyük kino ilə ciddi şəkildə məşğul olmaq niyyətindəyəm. Azərbaycan kinomatoqrafiyasında böyük kino künc-bucağa sıxılıb. Bu işlə məşğul olan insanlar elə futbolçularımız kimi ancaq mövcud olmaları ilə fəxr edirlər. Onlar "Milan", "Barselona" və ya "Real" kimi nüfuzlu klublarda oynamaq üçün ciddi planlar qurmayan oyunçularımız kimi, qarşılarına dünya filimlərinə layiq daha əhəmiyyətli zirvələri fəth etmək kimi məqsədlər qoymurlar. Yüksək zirvələrə çatmaq  imkanı varsa, mövcud olanlarla kifayətlənməyə dəyməz. Davam etmək lazımdır, çünki bu elə inkişaf deməkdir. Alınır yoxsa yox, bu artıq başqa məsələdir, ancaq istəmək və məqsədinin ardınca getmək – heç kimə qadağan edilməyib.

- Bəs, hal-hazırda Azərbaycanda iri kinolayihə nə qədər aktualdır? Bir qayda olaraq, bu qism iri layihələrə həmişə kamil tamaşaçı da lazımdır.

- Siz haqlısınız, yaxın 3-4 il ərzində bizdə böyük kino haqqında düşünmək və danışmaq böyük təəssüflə, çətin olacaq. Axı, kino həm də öz müştərisinə - kinotamaşaçısına yönəlmiş, özünəməxsus istehlak məhsuludur. Bütün məhsullarda olduğu kimi, film məhz satış üçün istehsal edilməlidir, rəflərdə saxlanmaq üçün deyil. Bu mənada Azərbaycan kinoistehsalçılarını ancaq məyusluq gözləyir, çünki boş yerə kifayət qədər pul xərclənəcək.

Buna görə də kinoda necə pul qazanmağın mümkün olduğunu fikirləşmək lazımdır. Belə deyək ki, əgər mən investor kimi gəlir götürmək üçün film istehsalına pul yatırıramsa, ilk növbədə tamaşaçı üçün maraqlı olanı savadlı şəkildə necə çəkməyi düşünməliyəm. Başqa sözlə desək, auditoriyanı yaxşı mənada təəccübləndirməyə qadir olan filmlər hazırlamaq lazımdır. Bizim halda isə pullar sağa-sola tökülür, özü də onun az olduğu bir şəraitdə bu müflisləşməyə aparan birbaşa yoldur. Hamıya dahi Vudi Allen kimi ağlına nə gəlirsə çəkməyi özünə rəva görmək nəsib olmur.

  • - Sizin böyük kino haqqında fikirləriniz bu tələblərə cavab verirmi?    

- Daha çox bəli, nəinki yox. Bu illərimdə, yerigəlmişkən 45  yaşım var, mən pul hesablamağı öyrənmişəm. Mənim iki film üzrə ssenarilərim hazırdır, onlardan birini köhnə dostum Timur Vaynşteynlə müzakirə etmişik. Bu çox ciddi layihədir, xüsusən də böyük siyasi çalarlarına görə onu kommersiya filmi adlandırmaq mümkün deyil. Çox istərdim ki, bizim birinci filmimiz təbliğat xarakteri daşımasın. Əgər onu özüm çəkə bilməsəm, onda ssenarini satacağam və ya tərəfdaşlar axtaracam. İkinci ideyam, tam kommersiya filmidir, komediya səpgili bu filmdə türk aktyoru Cem Yılmazı görmək istərdim. Hər iki kinolayihə hələki müzakirə mərhələsindədir. Məsələn, tezliklə türk aktyoru ilə danışıqlara başlayacağıq. Razılaşa bilsək – çəkəcəyik, razılaşmasaq, yox. Ancaq güman edirəm ki, bacararıq, çünki ssenarimiz çox yaxşıdır. Bu, Azərbaycan oliqarxının ətrafında baş verən hadisələrlə bağlı komedik tarix üzərində qurulub. Çox məzəli süjetdir, düzgün marketinq nəticəsində uğurlar bütün gözləntiləri ötüb keçə bilər. Populyar türk aktyorunun dəvət olunmasına baxmayaraq, filmi Azərbaycan dilində və yalnız Azərbaycanda çəkməyi planlaşdırıram.

- Bəs Siz necə ata, ailə başçısı və həyat yoldaşısınız?

- Yəqin ki, mən bir qədər qəddar atayam. Oğlanlarıma möhkəm-möhkəm tapşırıram ki, bir saniyədə olsun rahatlaşmayın. Rahatlaşmağı həyatda həmişə avtomobilin sükanına diqqətsizliklə müqayisə edirəm. Həyatda sən öz avtomobilinin sükanı arxasındasan, rahatlaşarsan və illərlə yığdığını itirmək riskilə qarşılaşarsan.

20 ildən çoxdur ki, evliyəm, həyat yoldaşımla təkcə ər-arvad deyil, həm də ruhən bir-birinə yaxın, bir-birini əla başa düşən dostlarıq. Bizim məhəbbəmiz heç zaman görüntü xatirinə olmayıb. Heç nədə, xüsusən də hisslərdə bu ümumiyyətlə yolverilməzdir.

- Şakir, deyə bilərsinizmi, heç bir halda nə ilə məşğul olmazsınız, hətta ödənişli olsa belə?

 - Yəqin ki, dövlət qulluğuna getmərəm. Bir də “yad dayıya” işləmərəm. Mənim ən böyük uğurum odur ki, özüm özümün ağasıyam. Əgər bir azca ciddi desək, hər şey bir də həmin pulun məbləğindən asılıdır! (gülür – redaksiyanın qeydi)

- Siz özünüzü uğurlu insan hesab edirsinizmi, əgər edirsinizsə, onda bu uğurun sirri nədədir?

- Əslində “uğurlu olmaq” nə deməkdir?! Uğurlu karyera? Çoxlu pul, dəbdəbəli vilalar, bahalı avtomobillər, yaxtalar, qadınlar, bəlkə bu gecə əyləncələridir? Təəssüf ki, bizim zamanımızda niyəsə bu və ya başqa şəxsin uğur meyarının ölçüsü kimi məhz bu saxta göstəricilər əsas gətirilir. Koordinatın məhz bu sahələrində dəqiq deyə bilərəm ki, ən uğurluların arasında mən ən uğursuz insanam. Bununla yanaşı, cəsarət edib özümü bəxtigətirən adlandırıram. Prinsipcə, zəhmətkeş uğursuz ola bilməz. Təəssüf və ya xoşbəxtlikdənmi bilmirəm, mən elə insanlardanam, həmişə inanıram ki, stəkan yarısına kimi doludur. Bizim xoşbəxtliyimiz öz əlimizdədir. Çox zaman biz onu görə bilmirik. Mənim uğurum ondan ibarətdir ki, ətrafımdakı insanlar üçün deyil, özüm və öz yaxınlarım üçün məhz istədiyim kimi yaşayıram. Sirr ondadır ki, heç kimə həsəd aparmadan bugünkü günlə yaşamağa adət etmişəm. Hamıya öz qarşısına çoxda çətinliklə həyata keçirilməyən məqsədlər qoymağı arzulayıram. Məsələn, çox da bahalı olmasa da avtomobilin varsa, nəyin bahasına olursa olsun “Lamborghini” əldə etmək kimi “məqsədlər” istənilən tənasüblüyü və gücü poza bilər. Belə olsa, yaxşılıq yerinə siz özünüzə zərər vuracaqsınz, ən qiymətli olan – sağlamlıq və xoşbəxtlikdən məhrum ola bilərsiniz, bunları isə heç bir pulla almaq mümkün deyil. Niyəsə, biz fövqəladə yüksəkliklərə çatmağı planlaşdıranda, bugünün necə gözəl olduğunu unuduruq. Sabahkı gününüzü planlaşdıranda bunu itirməyin. Həftə, il, sabah olmaya da bilər, amma sabah siz bugünü itirdiyinizə görə təəssüflənəcəksiniz.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.