az / ru
 
     
 
Ana səhifə > Time-out > Gözəl insanlar

Dilarə Kazımova: «Təslim olmamaq – həyat prinsipimdir»

06.05.2014

«Eurovision-2014» müsabiqəsi ilə bağlı gərgin iş cədvəlinə baxmayaraq, Azərbaycanın təmsilçisi Dilarə Kazımova Biznesinfo.az oxucuları üçün vaxt tapa bildi. Bakının tanınmış vokalisti bizə daha çox nüfuzlu yarışmaya necə hazır olduğu və özünə qarşı tələbkarlığından danışdı.

 - Dilarə, bugün sənin üçün ən vacib günlərdən biridir. Deyə bilərsənmi, hansı emosiyaları, hissləri yaşayırsan, əlbəttə, əgər bunu sözlə ifadə etmək mükündürsə... Kimi əsas rəqib sayırasan?

 - Əlbəttə ki, emosiyalar və hisslərim sevinclə çulğalanıb. Xüsusən də “Böyük səhnə”-də dayanıb nəticələri gözlədiyim anlar qarşıma gəlir. Seçim mərhələsində adımı elan edəndə, mən heç inana bilmirdim. Bu, çox xoş xatirələrdir.

Əksər ifaçıları artıq dinləmişəm, bu il «Eurovision-2014» müsabiqəsi güclü və gözəl mahnılarla seçiliri. İnciməyin, amma rəqabət barədə danışmayacam, istənilən halda – seçim tamaşaçılarındır.

 - Müsabiqənin iştirakçılarından kiminləsə dostlaşmağa imkan tapmısan?

 - Bəli, hər il Amsterdamda keçirilən “Eurovision in concert” konserti ilə bağlı promo-səfər çərçivəsində “TWIN TWIN” fransız qrupunun üzvləri, Yunanıstanın “Freaky Fortune” qrupunun təmsilçiləri və Avstriyanın nümayəndəsi, ifaçı Konçita Vurst ilə tanış olmuşam. Birlikdə əla vaxt keçirdik.

 - Hər birimiz üçün dəstək çox vacibdir. Deyə bilərsənmi kimlər sənə kömək edirlər?

 - Əlbəttə ki, ilk növbədə doğmalarım və yaxınlarımdən dəstək alıram. Onlar yaradıcılığımın bütün mərhələlərində mənə dayaq olublar. Yaxşı bilirəm ki, istənilən an zəng vursam, dəstək sözünü eşidə biləcəm. Doğmalarım həmişə mənim yanımdadır, buna görə onlara dərin təşəkkür edirəm.

 - Bilirik ki, müsabiqə çərçivəsindəki çıxışına çox vaxt ayırmalı olursan. Bu yolda hansı qurbanlar qaçırılmazdır?

 - Əsas qurban – əlbəttə ki, yuxudur. O, çox çatışmır (gülür – redaksiyanın qeydi).

 - Bəs çıxış ərəfəsində özünü necə kökləyirsən? Ola bilər ki, hansısa “adətlər” var, yoxsa bu sirrdir?

 - Xeyr, heç bir xüsusi adət və ya sirrlərim yoxdur. Mənə elə gəlir ki, müəyyən adətlər əksinə insanı çaşdıra bilər. Bundan başqa, onu yerinə yetirməyi çatdırmayanda nə baş verə biləcəyini heç kim düşünmür. Sadəcə həmişə özümə deyirəm ki, tamaşaçılarla bölüşmək üçün yetərincə istedadım var və bu əminliklə də səhnəyə çıxıram.

 - Sən artıq kifayət qədər peşəkar ifaçısan. Yeni başlayan musiqiçilərlə nə məsləhət görərdin?

 - Məsləhət verməyi heç sevmirəm. Mənə elə gəlir ki, yaradışılığa yeni başlayan hər bir ifaçı öz üzəriyinin səsinə qulaq asmalı və hisslərinə arxalanmalıdır.

 - Yaradıcılığın və obrazın Şərq motivləri ilə doludur. Sənin üçün Şərq sözü nə deməkdir və şərqdən olan xanımın özəllikləri nədən ibarətdir?

 - Demək olmaz ki, Şərq xanımarı xüsusi olaraq fərqlənirlər. Ola bilər ki, ciddiliyi, müdrikliyilə seçilsinlər. Şərq – mənim üçün tapmacadır. Şərq dünyası ümumiyyətlər bir incəlikdır.

 - Yerigəlmişkən, niyə səni romantik adlandırırlar...

 - Kimsə məni böyük romantik adlandırır, doğurdan bu elədir? Bax, bunu eşitməmişdim (gülür – redaksiyanın qeydi).

 - Deyirlər ki, ulduzlar sadə insanlardan özlərinə və ətrafındakılara qarşı həddən artıq yüksək tələbkarlıqla fərqlənirlər. Bu fikirlə razısınızmı?

 - Həqiqətən özümə qarşı çox tənqidi yanaşan bir insanam və tələbkaram. Ətrafımdakı insanlara qarşı isə bunu deyə bilmərəm. Düşünürəm ki, ulduzları fərqləndirən əsas cəhət – istedaddır, tələbkarlıq isə istənilən peşə sahibində ola bilər.

 - Azərbaycanı bu müsabiqədə təmsil etmək böyük məsuliyyətdir. Həyəcanınla necə mübarizə aparacaqsan?

 - Mənim üçün cari il çox gərgin keçib və həyəcanlı vəziyyətdə olmaq artıq adət halını alıb. Amma “Eurovision” səhnəsi elə bir miqyas və elə bir məsuliyyətdir ki! Əlbəttə, çox həyacanlıyam. Buna baxmayaraq düşünürəm ki, həyacanın da öhdəsindən gələ biləcəm. Ən azı ona görə ki, böyük məsuliyyət hiss edirəm. Çalışacağam ki, Azərbaycanı layiqincə təmsil edim və mənə inanan insanların ümidini doğruldum.

 - Mayın 20-də ad gününü qeyd edəcəksən, ən böyük arzun nədir?

 - Arzular lap çoxdur, əsasən yaradıcılıqla bağlı. Ancaq bugün üçün ən fövqəladə hədiyyə əlbəttə ki, qələbə ola bilər.

 - Nümunən ibrətamizdir, 2008 və 2010-cu illərdə uğur səndən üz dondərsə də, bugün bukmeykerlərin proqnozlarında müsabiqənin favoritləri sırasındasan. Bu barədə nə düşünürsən?

 - Təslim olmamaq – mənim həyat prinsipimdir. 2008 və 2010-cu illərdə milli seçimlərdə iştirak sayəsində mən gərək olan təcrübəni topladım. Elə o təcrübə bu il mənim köməyimə çatdı.

 - Sənə pərəstiş edənlərə arzun...

 - Hamıya göstərdikləri dəstəyə və mənə inandıqlarına görə minnətdaram. Çox sağ olun! Siz ancaq irəli getmək üçün mənə böyük stimul verirsiniz.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.