Tural Əsədov: Xoşbəxtlik – asan və sadədir, bunun üçün yeni heç nə kəşf etmək lazım deyil |

Tural –hər şey haqda öz fikri olan, düşüncəli, sakit və çox pozitiv adamdır. Onun cavabları müfəssəldir, tələsməyən söhbəti isə daha çox özünüdərk prosesini xatırladır. Üstəlik onun haqqında yaxşı mənada bizi təəccübləndirən xoş bir xəbər aldıq – şoumen və aparıcı bu yaxınlarda ata olub...
Ata olmaq - əla hissiyyatdır. Bir neçə həftə götür-qoy elədik ki, ona nə ad qoyaq. Axırda körpə öz adını özü tapdı – adlar yazılmış bir yığın kağızların arasından birini seçib itələdi.
Anam arzulayırdı ki, mən ya təyyarəçi olum, ya da cərrah. Təyyarələri uşaqlıqdan sevirəm. Amma həm də təyyarənin yüksəlişi və enişi zamanı özümü yaxşı hiss etmirəm. Anam buna görə çox narahat olurdu, axırda mən də təyyarəçi olmaq fikrindən daşındım. Cərrah isə ona görə olmadım ki, qandan qorxurdum. Nəticədə aparıcı oldum.
Yalnızlıqdan da zövq ala bilərəm. Özünəyetərli, yetkin insanın özü ilə təkbətək qaldıqda düşünəcəyi çox şey var. Baxmayaraq ki, ünsiyyətə çox açığam, amma susmağı da xoşlayıram. Yeri gəlmişkən, elə bu da ətraf insanlarda özündən razı olmağım təəssüratı yaradır.
Şəxsi həyatım – ancaq mənə aiddir. Ətraflmda kifayət qədər ruhuma yaxın insan var ki, onlarla istənilən mövzunu müzakirə edirəm. Bu çevrəyə yad adamları buraxıb, onların qarşısında ürəyimi açıq qoymaq arzum yoxdur. Bir az eqoistliyim də var axı.
İnsanların haqqımda nə uydurduqları məni qətiyyən maraqlandırmır. Bunun əhvalıma təsir etməyinə imkan vermirəm, bundan narahat olmuram, buna reaksiya vermirəm. Onu deyim ki, haqqımda necə şayiələrin gəzdiyindən xəbərim var. Deyim ki, bunların içərisində ən gülməlisi – mənim qadınların hesabına yaşamağım haqqında olan şayiə olmuşdu.
Çevrəm zamanın və özümün sınaqlarından çıxıb, çox kəskin filterlərdən keçib. Bu elə adamlardır ki,onlarla hər gün ünsiyyətdə olmaq istəyirəm, onlara bircə sms qədər yaxındayam. Ətrafımda yaxşı insanlar var. Hamısı yaxşıdı, sağlamdı, rahat yaşayırlar, şükür. İnsana xoşbəxtlik üçün bundan başqa nə lazımdır? Əgər hər şey yaxşıdırsa, narahatçılıq doğuran bir hal yoxdursa, üstəlik səni sevindirən şeylər də varsa, sən kifayət qədər xoşbəxt adamsan. Xoşbəxtlik bizim ruh halımızdır, bu an ətrafımıza qarşı hiss etdiyimizdir.
Zarafatlar etmək və tamaşaçıları şənləndirmək mənim işimdir. Bu işi görməyi həm bacarıram həm də sevirəm. Əgər neqativ əhval-ruhiyyə varsa, onu tamaşaçılara da sirayət etdirmək yaxşı heç nə vəd etmir.
İstənilən ekspromt yaxşı düşünülmüş hazırlığın nəticəsidir. Elə həlledici momentlər var ki,onlara toxunmaq , auditoriyanı bir dalğaya kökləmək lazımdır. Şən və Hazırcavablar Klubunda oynamışam.
Mənə Urqantın apardığı veriliş kimi bir veriliş hazırlamağı təklif etmişdilər. İmtina etdim. Tək aparıcı faktoru çox kiçik faktordur. Ciddi müəllif, redaktor işi lazımdır. Belə komanda var, sadəcə televiziya proqramları bu əməyin qarşılığını ödəmək imkanında deyillər. Elə bu səbəbdən də digər layihələrə başlamıram.
Blits-müsahibə (sürətli sual-cavab)

-Sizcə müasir sivilizasiyanın ən yüksək nailyyəti hansıdır?
- “Multivarka”, çünki o cizgi filmlərini bişirir.
- “Gözəl yaşamaq” sizcə nə deməkdir?
- Həyatımızda baş verən hər xırda yaxşı şeyə sevinə bilmək. Əgər bu neqativdirsə, onu düzgün anlayıb qəbul etməyi bacarmaq. Bəlkə də dərs almaq , bilmirəm...
- Özünüzü üç sözlə xarakterizə edin.
(gülümsəyir)… - Üç sözə sığmaram....
- Tural Əsədovun qızıl qaydası
- Ədalətli olmaq.
- Nəyə pul xərcləməyə təəsüflənmirsiz?
- Məni və yaxınlarımı gülümsədən şeylərə. Yaxın adamların sənin yanındarsa və xoşbəxtdirsə, bu əla bir şeydir.
- İndiyədək yumruq vasitəsilə münasibət aydınlaşdırmağa məcbur olmusuzmu?
- Əlbəttə, bu günə qədər də maşında beysbol dəyənəyi gəzdirirəm.
- Özünüzdə nəyi dəyişdirmək istəyərdiz?
- Səhərlər tez oyanmağı öyrənmək istəyərdim.
|