az / ru
 
     
 
Ana səhifə > Time-out > Gözəl insanlar

Mənim vicdanım təmizdir... demək olar ki

25.10.2013 | Ləman Namazova

İşdən sonra bir az yorulmuş Emin Musəvi ilə elə onun ofisində görüşdük. Teleaparıcı jurnalistikadakı uğurlarının sirlərindən həvəslə danışdı.

Jurnalistikadakı əsl karyeram “ANS ÇM” radiostansiyası ilə başlayıb. “Günbəgün” verilişində gündüz efirinin aparıcısı idim. O vaxtlar bu, çoxlarının dinlədiyi, dəbdə olan radiostansiya idi.

Radiodan televiziyaya keçmək çox asandır, çünki, artıq sən müstəqil ünsiyyət qura bilirsən, fasilə vermədən efiri doldura bilirsən. İlk dəfə televiziyaya 2002-ci ilin sonlarında çıxaraq, “SPACE” telekanalında səhər verilişlərini aparmağa başladım.

Birinci efir vaxtı məndə elə bir hiss var idi ki, sanki hamı ancaq mənə baxır. Əslində, bu səhv fikir idi (gülümsəyir). Birbaşa efir vaxtı Bakı və rayonlardakı tanışlarım məni yoxlamaq üçün  mobil telefonuma zəng edirdilər ki, görsünlər zəngi qəbul edəcəm, ya yox. 

Hazırda elə məşhur teleaparıcılar var ki, əgər onları efirdən çıxarsan ya ürəkləri partlayar, ya da, insult keçirərlər. Özünü sevdiyin işə həsr etmək bir şeydir, nəyin hesabına olursa-olsun, efirdə qalmaq, narkotik kimi ondan asılı vəziyyətə düşmək isə başqa şey. Bizim vaxtımızda televiziya daha mürəkkəb və maraqlı idi, aparıcılar daha çox cavabdehlik daşıyırdılar. Mən işə sevimli məşğuliyyət kimi yanaşırdım, məndə ulduz xəstəliyi yox idi.

Tanınmayanda özümü daha rahat hiss edirəm. Əgər insanlar məni primitiv formada tanıyırlarsa, məsələn, məni görən kimi barmaqla göstərirlərsə, onda özümü xüsusən xoşagəlməz vəziyyətdə hiss edirəm.

Məşhurluq xüsusi imtiyazlar qazandırmır. Bəs o, nədəsə kömək edə bilərmi? Bəlkə yol polisi səni saxladıqdan sonra tanıyıb buraxar. Mən adımdan istifadə etməyə cəhd etmirəm.

Təsadüfən və ya kiminsə hesabına cəmiyyətdə müəyyən mövqe qazanmış primitiv adamlar özlərini olduqca pafoslu və əlçatmaz aparırlar. Bütün uğurlarını özü qazanan insanlar isə özlərini sadə və səmimi aparırlar.

Libermanı sualımla təəccübləndirdim. Üç il əvvəl İsrailin xarici işlər naziri Libermandan müsahibə almışdım. Rusiya və bir çox xarici ölkələrin mətbuatından onun haqqında bütün informasiyaları, o cümlədən, tərcümeyi-halını öyrəndim, təzadlı məqamları araşdırdım, əldə etdiyim məlumatları yoxladım. Müsahibə zamanı Libermandan soruşdum: “Doğurdanmı, siz təzə gələn vaxtı aeroportda yükləyici fəhlə və barda mühafizəçi işləmisiniz”. Müsahibim təəccübləndi və anladı ki, mən görüşə yaxşı hazırlaşmışam.  

Özəl həyatım barədə suallardan qaçmıram, sadəcə mən artıq hər şeyi demişəm. Evliyəmmi? Hələ yox. Bizdə hal-hazırda bayağı bir adət var: jurnalist sizinlə guya ciddi məsələlər haqqında bir saat söhbət edir, sonra şəxsi həyatından suallar verir, axırda isə hansısa absurd sərlövhə çıxarır, məsələn, onun on məşuqəsi var, yaxud evlidir / evli deyil.

Mənim vicdanım təmizdir... demək olar ki (gülümsəyir). Demək olar ki, hamıda təmizdir, amma, insanlar başqa cür düşünür. Nə qədər pozitiv, yumşaq, mehriban olsan da, bəlkə özün də bilmədən, hökmən kiməsə qarşı neqativ hərəkət etmisən. Kimsə səndən inciyə bilər... Belə şeylər olur.

Oxucularda təəssürat yaratmağa çalışmıram. Sadəcə mən danışanda düşünürəm. Mənim mənfi xüsusiyyətlərim çoxdur. İşçilərim hesab edirlər ki, mən səbrsizəm, istəyirəm işlər sürətlə görülsün. Sadəcə, insanların fasilə rejimində işləməyini sevmirəm.

Deyirlər, mənim qızım var. Təəssüf ki, hələ mənim uşağım yoxdur. İctimai adamlar haqqında həmişə şayiələr uydururlar. Belə şeylərə öyrəşmək və əhəmiyyət verməmək lazımdır. Mənimlə gördükləri qızın qardaşım qızı olduğunu insanlara sübut etməyə artıq tənbəllik edirəm.

Mən çox şənliklərə gedən deyiləm. Ancaq, aparıcısı olduğum, yaxud dostlarımın və ya çox hörmət etdiyim adamların təşkil etdikləri tədbirlərə gedirəm. Dostlarımla, yaxın adamlarla oturmaq, vaxt keçirmək mənə daha xoşdur, nəinki görünmək xətrinə harasa getmək.  

Düşünmürəm ki, mən ulduzam. Sadəcə nisbətən tanınmış adamam.

Müsahibə vermək bir az qəribə gəlir. Niyə məndən müsahibə alınmalıdır ki? Mən ki fövqəladə bir iş görməmişəm, mən nə kosmonavtam, nə də təyyarəçi.

Heç zaman marka arxasınca qaçmamışam. Bahalı malları keyfiyyətinə və uzunömürlülüyinə görə alıram. Hal-hazırda əynimdə cinsdən başqa marka yoxdur. Meşşan xarakterli adamlar var ki, özlərini göstərmək üçün yaşayırlar. Nələrisə çatmayan adamlar bunu xarici görkəmləri ilə kompensasiya etməyə çalışırlar. Mən bunları onlardan yaxşı görünmək üçün demirəm.

Tələbəlik həyatını kədərlə xatırlayıram, onda daha çox şey istəyirdim, amma pulum yox idi, bəzən yol pulu belə tapmırdım.

Qısa sorğu

Cümləni davam elətdirin:

Gözəllik – bu ...

İndi mən ağıllı söz deməliyəm? Gözəl adam - təmiz aurası olan adamdır.

Gözəl yaşamaq ...

Rahat, komfortlu yaşamaqdır. Mən “yeni “Range Rover” çıxıb, təcili ondan almaq lazımdır” kimi  düşüncələrdən uzağam. Bu yolla özünütəsdiq mənlik deyil. Vacib olan məni əhatə edən şeylərin mənim rahatlığımı təmin etməsidir. 

Heç zaman geyinmərəm ...

Dar köynək. Təəssüf ki, arıqlamalıyam.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.