az / ru
 
     
 
Ana səhifə > Time-out > Gözəl insanlar

Cəmiyyətdə mədəni səviyyənin və zövqlərin aşağı düşməsi müşahidə olunur

18.10.2013 | Ləman Namazova

Bu dəfə biz 90-cı illərin məşhur rus müğənnisi Viktor Saltıkovla söhbət etdik. O, bizə özünün uğura gedən yolundan, müasir şou-biznesdə baş verən dəyişikliklərdən və gənc ifaçıların tez şöhrətlənməyə can atmaq arzularından danışdı.

Karyera yolunun ilk pillələlərində xüsusi çətinliklərdən keçməmişəm. Yəqin ki, onlar olublar, amma sevimli işlə məşğul olmaqdan yaranan eyforiya və musiqi ilə məşğul olmaq imkanı neqativ cəhətlər barədə düşünməyə imkan verməyib. O zaman problemlərin əksəriyyəti maddi problemlər idi. Məsələn, keyfiyyətli musiqi alətləri, avadanlıq əldə etmək çətin idi.

Mənim heç vaxt məqsədim məşhur olmaq olmayıb. Məni qastrol və məşq prosesləri özləri maraqlandırırdı. Məşhurluq nəticədə sevimli işimə xoş bir əlavə olub. Bu gün isə gənc ifaçıların əksəriyyəti şöhrət arzusu ilə səhnəyə can atırlar. Buna görə də yaradıcılığa sadəcə onların zamanı və enerjisi qalmır. Onların qısamüddətli məşhurluğunun səbəbi də budur.

Uşaqlıqda mən səma xəstəsi idim, təyyarəçi olmağı arzulayırdım. Sonra bir dəfə “Bitlz” qrupunun mahnılarını eşitdim və bu mənim həyat haqqında fikirlərimi həmişəlik dəyişdi. Beləcə mən səhnə xəstəsi oldum.

İlk dəfə ciddi məşhurluq kifayət qədər gec baş verdi. O zaman mənim 27 yaşım vardı. Bu yaşda insanlar artıq başqalarının talelərini həll edirlər, mən isə ilk dəfə böyük uğur qazanırdım... Amma digər tərəfdən baxanda, kimsə onu ümumiyyətlə qazanmır.

“Almaların üstündə atlar” mahnısını mən eyni zamanda həm sevirəm, həm də sevmirəm. Bir tərəfdən, insanların məni çox vaxt bu mahnı ilə assosiasiya etmələri və mənim bütün yaradıcılığım barədə onun əsasında təsəvvür formalaşdırmaları bir az xoşuma gəlmir. Axı mənim müxtəlif mahnılarım var vəonlar əsasən dərin mənalı lirik mahnılardır... Amma kütlə ilk növbədə “Almaların üstündə atlar” mahnısınıxatırlayır. Digər tərəfdən isə mən indiyə qədər səhnədə olmağıma, fəal şəkillərdə qastrollara getməyimə görə məhz bu mahnının ümumxalq məşhurluğuna borcluyam... Həyatda heç nə birmənalı deyil.

Bu gün şou-biznes tanınmaz dərəcədə dəyişib. Yenidənqurma baş verəndə biz, o cümlədən də musiqidə işıqlı, daha yaxşı bir gələcəyə inanırdıq... Amma yaradıcılığa getdikcə daha az rast gəlinir. Qazanc əksər artistlərin həyat məqsədlərinə çevrilib. Əgər əvvəl korporativ ziyafətlər konsert fəaliyyətinə bir əlavə idisə, indi bir çoxlarında onlar konsertləri tam əvəz edib. Köhnə nəsildən olan bəzi artistlər səhnəyə nə üçün can atdıqlarını unudublar, yeni nəsil nümayəndələri isə bunu ümumiyyətlə bilmirlər...

Tele- və radioefiri eyni şəxslər zəbt ediblər, heç bir müxtəliflik və alternativ yoxdur. Prodüserlik praktiki olaraq yoxdur, bu anlayış lazımi adamlarla əlaqələr qurmaq qabiliyyəti ilə əvəz edilib. Rusiyada keyfiyyətli məhsul təklif edən cəmi bir neçə iri prodüser var, onların adı hamıya məlumdur... Amma belə nəhəng ölkə üçün bu hədsiz dərəcədə azdır. Radio və televiziyada inhisarlaşma hətta müsbət də ola bilər. Hər şey onun hansı məqsədə xidmət etməyindən asılıdır. Cobsu misal göstərək. O, “Bitlz”, Rod Stüart, Erik Klepton kimi korifeylərin, “Keane”, “Frey” kimi gənc məşhurların və heç tanınmamış gənclərin kompozisiyalarının eyni hüquqlarla eyni qiymətə satıldığı “iTunes” yaratdı. Mahnıların belə inhisarlaşmış satışı heç kəsin mübarizə apara bilmədiyi piratlığa faktiki olaraq böyük zərbə vurdu.

Cəmiyyətdə mədəni səviyyənin və zövqlərin aşağı düşməsi müşahidə olunur. Problemin kökü ondadır ki, artıq uşaqlıqda musiqi zövqü tərbiyə olunmur. Axı əvvəllər uşaqların musiqi ilə  məşğul olması bir normaya çevrilmişdi...

Musiqi müxtəlif olmalıdır. Mən musiqidə gözəl erotikanın olmasının tərəfdarıyam, lakin bayağılığın əleyhinəyəm.

Mən də musiqi bazarının mövcud konyunkturasına uyğunlaşmışam, çünki başa düşürdüm ki, tamaşacıların istəklərinə uyğunlaşmasan, səni sadəcə unuda bilərlər. Amma mən öz repertuarımda “ürəkdən gələn mahnıları” və kompromis kommersiya variantlarını tarazlıqda saxlamağa çalışmışam. Uğur qazanmış “hit”lərin sayəsində insanlar,  dinləyərkən daha çox düşünmək tələb edən kompozisiyalara da diqqət yetirirlər. Özləri üçün “başqa” Saltıkovu kəşf etmiş dinləyəcilərdən məktublar almaq çox xoşdur.

Müsahibənin təşkilində göstərdiyi köməyə görə “Caspian” jurnalına təşəkkür edirik.

Foto: Ruslan Məmmədov (PhotoArt studiyası)

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.