az / ru
 
     
 
Ana səhifə > Time-out > Gözəl insanlar

Bahalı geyimlər geyinirdin və buna görə sənə hörmət edirdilər - o zamanlar keçdi

04.10.2013 | Ləman Namazova

“Gözəl insanlar” rubrikasının yeni qəhrəmanı məşhur fotoqraf Orxan Aslanov oldu. Müsahibəni həmsöhbətimizin bizi israrla cağırdığı yerdə - foto studiyasının arxa həyətində apardıq. Burada, yaradıcılıq dağınıqlığıyla əhatə olunaraq, biz həyat haqda söhbət etdik. Söhbət canlı və çox dolğun alındı.

Şəkil çəkməyə həvəs bekarçılıqdan başladı. Bir dəfə atam mənə dedi: “Sən hec nə ilə məşğul olmursan, bizim fotoaparatımız var, heç olmasa, şəkil çəkməyi öyrən”. Bununla da mən bu işə başladım.

Çəkdiyim bütün mənasız şəkillər tədricən yaxşı işə çevrilirdi. Sən peşəkarların necə oxuduğunu eşitməyənə qədər özünün hamamda oxuduğunu əla hesab edirsən. Sonra anlayırsan ki, bu oxumağın necə dəhşətmiş. Burada da eynən belə vəziyyət idi.

Playboy stilindən fərqlənən bədii şəkillər yaratmağa çalışıram. Mən yalnız nyu stilində qadın səkilləri cəkirəm və bunu yalnız xaricdə edirəm. Mənim elə də sərt nyu tipim yoxdur. Bax, beşinci ölçü sinə, iri arxa. Bu elə də iştahaçıcı deyil. Mən maraqlı qızlar, kiçik formalar seçirəm.

Bizdə rəqiblər yoxdur, lakin heç zaman dayanmayan mən varam. Məndə belə bir hissiyat var ki, arxamca kimsə qovalayır. Bütün gün səhərdən gecəyə qədər işləyirəm,buna görə də, bizim studiyamız ən məhsuldar studiyadır. Biz hər həftə yeni videoçarxlar buraxırıq, fotosessiyalar, albomlar edirik, yeni ideyalar irəli sürürük. Hər şey mənim və studiyadakı dostların üstündədir. Buna görə də mən onlara hədsiz minnətdaram.

Mən sərt deyiləm, sadəcə işi düzgün təşkil etməyi bacarmışam. Demirəm ki, məhz mənə rəqib yoxdur, ümumiyyətlə, bizim studiyamıza rəqib yoxdur. Əgər siz şəhərdə bizimkindən daha böyük studiya tanıyırsınızsa, şad olaram. Mənə deyin –  mən gedib onlarla tanış olaram.

Mənim ulduz xəstəliyim yoxdur, lakin əgər mən özümü əlçatmaz yüksəkliyə qoymasam, tezliklə burada məndən, onların endirimlə və ya pulsuz şəkillərini çəkməyimi istəyən tanışlardan ibarət növbə yaranacaq. Mən bizim uşaqlardan heç birinə icazə vermirəm ki, nəyisə havayı etsinlər. Sən peşəkarsan, sən öz həyatını, öz zamanını qiymətləndirirsən – deməli, pul qazanmalısan.

Bahalı geyimlər geyinirdin və buna görə sənə hörmət edirdilər - o zamanlar keçdi. Əgər sənin əynində DSQUARED cinsləri və bahalı ayaqqabılar varsa, bu hələ o demək deyil ki, sən insansan.

Artıq şənliklərə getmirəm. Şənliklərə getdiyin zaman sən vaxtında yata bilmirsən, düzgün olmayan həyat tərzi keçirirsən, səhərlər oyana bilmirsən. Biznes nöqteyi-nəzərindən bu heç yaxşı deyil. Amma indi, şükür Allaha, mən nişanlanmışam, tezliklə evlənirəm, Bir sözlə hər şey dəyişilib (gülümsəyir)

Nişanlanana qədər pərəstişkarlarım çox idi, indi daha da artıb. Onlar mənə - Orxan Aslanova deyil, mənim yaradıcılığıma pərəstiş eləyirlər.

Jurnalistləri çox da sevmirəm. Onların sualları çox mənasızdır. Onlar baxmırlar ki, respondenti kimdir, nə zaman və hansı mətbuata müsahibə verib, hansı sualları cavablandırıb. Elə telekanallar var ki, gəlirlər və eyni sualları on ikinci – on üçüncü dəfə verirlər.

İnsanlar sənətdən heç bir zərrə də anlamırlar. Bəlkə də cəmiyyətin yalnız 15%-nin fotoqrafiya haqda nəsə anlayışı var. Biz həftələrlə işləyə, hansısa layihəyə ozümüzü həsr edə, valehedici şəkillər seriyası yarada bilərik. Sonra mən beşinci sinə ölçüsü olan modeldən döşlərini sıxmağı xahiş edirəm və fotosunu çəkirəm. Hər iki versiyanı Facebook-da qoyaq. Hansına daha çox maraq, reaksiya olacaq? Əlbəttə ki, döşlərə,.

Sadəcə bəyəndiyim şeyləri edirəm. Əslində mən çalışıram ki, həyatın müəyyən anında qarşıya qoyulan hədəfə çatım və daha işləməyim. Parnikdə eşələnməyi, dənizə getməyi, idmanla məşğul olmağı, həyat yoldaşımla və uşaqlarımla gəzməyi daha üstün tutardım – başqa heç nə lazım deyil.

Mənim yaxın dostlarım azdır. Yoldaşlar, tanış uşaqlar çoxdur. Dostlar həmişə az olmalıdır. Belə daha rahatdır.

Mən həyatımdan razıyam, hər şey “good”. Mənim işim, dostlarım, nişanlım var. Mən idman, səyahət və s. barədə istədiyimi edirəm. Heç kimin ayağını tapdalamıram və heç kim məndən inciməyib.

İstərdim insanlar məqsədlərinə çatmaq üçün bütün qüvvələrini sərf etsinlər. Bəzi insanlar nəsə eləməyə cəhd edirlər, lakin onlarda heç nə alınmır və onlar tez təslim olurlar, bir işdən digərinə qaçırlar, bir peşəni digərilə əvəz edirlər. Mən istəyirəm, yanıma gələn adam mənə desin: “Mən öz işimin peşəkarıyam və nəyin bahasına olursa olsun, ən yaxşı olacam” (gülür)

Sən ən yaxşı olmayana qədər təslim olmamalısan. Əks halda ertəsi gün və ailədə də eyni hal yaşanacaq. Pis qadınla qarşılaşdıqda deyəcəksən: “Rədd ol, mən boşanıram və başqası ilə evlənirəm”. Övladın xəstə doğulanda sən deyəcəksən: “O, sağlam deyil, qoy mən bir daha evlənim və başqa uşağım olsun”. Amma, belə olmaz axı, mübarizə aparmaq lazımdır!

Blits-sorğu

Cümləni tamamlayın: yaxşı zövq – bu ...

İnsanın hədd və hədsdindən artıq arasındakı sərhədi anlaması, tarazlıq tapa bilməsidir.

Gözəl insan ...

Bu, sevdiyin insandır. Sevdiyin zaman ən yaraşıqsız insan belə, sənin gözündə gözəldir. Daha çox sevin! (gülümsəyir)

Xatırladaq ki,siz də ”Gözəl insanlar” rubrikasının qəhrəmanı ola bilərsiniz. Bunun üçün sizə lazım olan, mövzusu “Gözəl insanlar” olaraq göstərilmiş məktubunuzu [email protected] ünvanına göndərməkdir. Məktubda ad, soyad, fəaliyyət növü (şirkətdə iş, frilans, şəxsi biznes və ya başqa), sosial şəbəkə səhifələrinə istinad göstərilməlidir. Həmçinin məktuba, ümumi həcmi 5 MB-dan artıq olmamaq şərtilə, öz şəklinizi (bir və ya bir neçə) birləşdirmək lazımdır.

Diqqət! Şəkliniz və özünüz haqda məlumat olmayan məktublara baxılmayacaq.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (333)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.