az / ru
 
     
 
Ana səhifə > Time-out > Gözəl insanlar

Kimsə boş-boş danışanda əsəbləşirəm

20.09.2013 | Ləman Namazova

Bu gün biz yeni “Gözəl insanlar” rubrikasına başlayırıq. Burda siz cazibədar və gülərüz insanlarla tanış olacaqsınız. Rubrikamızın ilk qəhrəmanı sənədli fotoqraf və sadəcə gözəl qadın Sitarə İbrahimova oldu. Sitarə lüks otellərdən birində fotosessiya keçirmək təklifimizdən qəti imtina etdi və parkda görüşməyi təklif etdi. Tezliklə bizə aydın oldu ki, Sitarə nə üçün  epataj obrazına üstünlük verir, heç vaxt şuba geyinməz və cəmiyyətdə hansı stereotiplərlə mübarizə aparmalı olur.

Çox vaxt mən necə gəldi, geyinirəm. Məsələn, elə indi olduğu kimi. Əsas odur ki, bu paltarda mən rahat olum.

Ətrafdakılar mənim geyimimə müxtəlif cür reaksiya verir. Bəziləri maraqla baxır, bəziləri mənfi reaksiya verir. Mən buna fikir vermirəm.

İnsanların fikri mənim üçün yalnız o halda əhəmiyyətlidir ki, onlar mənim şəxsiyyətimin formalaşmasında iştirak ediblər, amma bütövlükdə başqalarının mənim haqda nə düşündükləri önəmli deyil.

Kimsə boş-boş danışanda əsəbləşirəm, məsələn, indi olduğu kimi. Nə üçün mən parka itlə gələ bilmərəm? Onda bütün bu parklar və qazonlar kimin üçün düzəldilib? Mühafizəçi bu qazonu evinə aparacaq?

Mən fotoqrafiya ilə əlaqəli heç nəyə pul xərcləməyə xəsislik etmirəm: buraya lentlər, ştativlər və s. aiddir. Eləcə də, heyvanlar üçün pula xəsislik etmirəm. Keçən il itim Sezarın ölümündən sonra biql cinsindən olan, Mobbi adlı it götürdüm. O altı aylıq, balaca dələduzdur.

Gözəl yaşamaq – ətrafında itlər, pişiklər, uşaqlar qaçan böyük gölü olan evi olmaq deməkdir. Əsas odur ki, insan günü-günə satmasın, öz həyatından zövq alsın.

Mənim üçün gözəllik – bu insanın qəlbidir. Xarici görünüş və daxili dünyanın tarazlıqda olması çox vacibdir. Bəzən olur ki, çox gözəl bir qız görürsən, amma onunla danışandan sonra başa düşürsən ki, xarici gözəlliyin arxasında boşluq gizlənib.

Gözəl insanlar – digərlərinin həyatına pozitivlik və mehribanlıq gətirən insanlardır. Mənim üçün gözəllik insanın xarici görünüşündən çox daxili məziyyətləri ilə əlaqəlidir. Son vaxtlarda yolumda gözəl insanlara daha az rast gəlirəm.

İnsanların əvəzində bir-birindən heç nə gözləmədikləri təmənnasız ünsiyyəti məni təəccübləndirə bilər. İndiki dövrdə insanlar mənfəətpərəst olublar, “mən sənə, sən də mənə” prinsipi ilə yaşayırlar. Hətta dostlar mübahisə edəndə, bu ona görə baş verir ki, onlardan biri digərinə bir kömək edib, o biri isə buna qarşılıqlı cavab verməyib.

Olar və ya olmaz, yaxşı və ya pis barədə hərənin öz təsəvvürü var. Əgər insan kiminsə haqqını tapdalamadan, başqasının çörəyini əlindən almadan, başqasının ideyasını oğurlamadan pul qazanırsa, bu ona öz mənəvi gözəlliyini saxlamağa imkan verir.

Çox müxtəlif dostlarım var. Biz hansımızınsa emalatxanasında və ya qarajında yığışa bilərik və musiqiçi uşaqlar musiqi bəstələyir, kimsə Play Station oynayır. Bakıda toplaşıb şənlənəcəyimiz yer yoxdur, ona görə də özümüz hansısa əyləncələr fikirləşib tapmalı oluruq.

Öz ailəndən başlayaraq ətrafdakı hamıya nəsə izah etməyə çalışırsan. Tez-tez cəmiyyətimizdə olan stereotiplərlə rastlaşıram. Onlar mənim ailəmin baxışlarında da əks olunurlar. Mən fotoqrafiya oxumağa getmək istədiyimi deyəndə üstümə suallar yağdırmağa başladılar: “bu sənin nəyinə lazımdır?” Son vaxtlar bütün bunlara qarşı məndə aqressiya inkişaf etməyə başladı. Sizinlə müsahibəyə də aqressiv əhvalda gəlmişdim. Bəzən “qız belə geyinməlidir, qız ərə getməlidir” kimi fikirlər məni çox qıcıqlandırır.

Fotoqrafiya ilə məşğul olmağa ona görə başladım ki, nə iləsə məşğul olmaq istəyirdim. 16 yaşımdan fotoqraflar birliyinə gedirdim, həvəskar səviyyədə çəkilişlər edirdim. BDU-ni bitirdikdən sonra ikinci təhsil almağa qərar verdim, Praqa Art Akademiyasına qəbul oldum.

Sənədli fotoqrafiya sahəsi ölkəmizdə inkişaf etməyib. Bizdə fotoqraf toy, “love story” (tərcüməçinin qeydi: məhəbbət hekayəsi) çəkir və onun maraqları bununla da sona çatır. Mən sənədli fotoqrafiya ilə məşğul oluram. Azərbaycanda bununla pul qazanmaq olduqca çətindir, çünki münasib layihələr yoxdur. Çox vaxt yerli jurnal və saytlara qlamur fotosessiyalar lazım olur.

Blits-sorğu

Son oxuduğunuz kitablardan hansı sizi daha çox təsirləndirib?

Yəqin, mən bir az gecikmişəm, çünki Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərini bu yaxınlarda oxumuşam. Bu, çox təsirli kitabdır.

Fikrinizcə, müasir sivilizasiyanın ən yaxşı nailiyyəti nədir?

Tamponlar və tualet kağızı. Ümumiyyətlə, mən gigiyenik vasitələr olmadan insanların necə yaşadıqlarını başa düşmürəm. Və əlbəttə ki, insanlığın ən böyük nailiyyəti internetdir.

Elə bir geyim var ki, siz onu heç vaxt geyinməzsiniz?

Leopard naxışlı legginslər. Özümü onları geyinmiş halda təsəvvür etmirəm. Şuba da heç vaxt geyinmərəm, çünki heyvanlara qarşı zorakılığın əleyhinəyəm.

Qarderobunuzdan hansı əşyadan heç vaxt əl çəkməzsiniz?

Qarderobumdakı əşyalardan asanlıqla ayrılıram, mənim onlara bağlılığım yoxdur.

Cümləni tamamlayın: yaxşı zövq – bu ...

Təkrarolunmaz, fərdi stilin olmasıdır.

Xatırladaq ki,siz də ”Gözəl insanlar” rubrikasının qəhrəmanı ola bilərsiniz. Bunun üçün sizdən mövzusu “Gözəl insanlar” olaraq göstərilmiş məktubunuzu [email protected] ünvanına göndərmək tələb olunur. Məktubda ad, soyad, fəaliyyət növü (şirkətdə iş, frilans, şəxsi biznes və ya başqa), sosial şəbəkə səhifələrinə istinad göstərilməlidir. Həmçinin məktuba ümumi həcmi 5 MB-dan artıq olmamaq şərtilə, öz (mümkünsə, bir neçə) şəklinizi  birləşdirmək lazımdır.

Diqqət! Şəkliniz və özünüz haqda məlumat olmayan məktublara baxılmayacaq.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (355)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
   
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.