az / ru
 
     
 
Ana səhifə > Time-out > Gözəl insanlar

Səmayə Məmmədova: “Rahatlıq və tənbəllik – bu, mənlik deyil

16.01.2015 | Zarina Oruc

"Biznesinfo oxucularına Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat rəhbəri Səmayə Məmmədova ilə müsahibəni təqdim edir.

- Hər vaxtınız xeyir, əgər mümkündürsə, söhbətimizi ondan başlayaq ki, bu sadə olmayan və gərgin işin öhdəsindən necə gəlirsiniz?

- Düzünü etiraf edim ki, rahatlıq və tənbəllik – bu, mənlik deyil. Həmişə özümü nə isə bir işlə məşğul etməyə çalışıram, çox oxuyuram, qeydlər edirəm. Hazırda kitab üzərində işləyirəm, ona görə də istənilən boş dəqiqədə – yazmaqla məşğul oluram. Güman edirəm ki, beləliklə PR sahədəki və media-qurumlarındakı təcrübəmi bölüşməyə nail olacağam. Karyerama televiziyada, 1999-cu ildən başlamışam, sonra müxtəlif dövlət orqanlarında işləmişəm və Böyük Britaniyada təhsil almışam. Danışmağa, deməyə sözüm var.

Mən yaradıcılıq və dinamikliyinə, bir də həmişə maraqlı insanlarla ünsiyyətdə olmaq imkanı verdiyiniə görə öz işimi çox sevirəm. Etiraf etməliyəm ki, enerjili rejimdə işləmək həm də özümü tonusda saxlamağıma kömək edir.

- Bəs, nazirliyin rəhbərliyi və komandanın özü bu işdə hansı rolu oynayır?

- Mənim işimin effektivliyinin yüksəlməsində çox mühüm rol. Bilirsinizmi, çox yaxşı bir yerdə işləyib böyük pullar qazanmaq olar. Ancaq kollektiv mehriban deyilsə, rəhbərlik isə sənin işini qiymətləndirmirsə və ya sənə yaxın adamı kimi münasibət bəsləmirsə, onda həmin yüksək əməkhaqqlı iş belə sənə maraqsız görünəcək. Bu məsələdə mənimki çox gətirib. Mənə münasibətinə, çoxsaylı yeniliklərə və planlarıma verdiyi dəstəyə görə Azad müəllimə minnətdaram. Dəstəyi hiss edəndə, dəfələrlə səmərəli işləyirsən.

- Zəhmətkeşlər düşünürlər, görəsən işdən sonra həyat varmı? Siz necə, əzmkar zəhmətkeş kimi necə istirahət edirsiniz?

- Səyahət etməyi çox sevirəm. Müxtəlif ölkələrə səfər etmək, cürbəcür muzeylərdə olmaq, tarixi və mədəni mərkəzləri ziyarət etməyi xoşlayıram.  Son illər isə Azərbaycanı gəzib-dolaşmağı, insanların həyat və məişət tərzləri ilə tanış olmaq, onlarla ünsiyyət qurmağı  çox sevirəm. Səfərə çıxmaq imkanının olması - əla bir şeydir. Və əlbəttə ki, kitablar – onlar mənim başlıca istirahətimdir.

- Jurnalistlər Sizin üçün kimdir?

- Jurnalistləri həmişə dostlarım adlandırıram, onlar həqiqətən də mənim dostlarımdı. Ancaq açığı – söhbət peşəkar jurnalistlərdən gedir (gülür – redaksiyanın qeydi). Yox deməyəcəyəm ki, onların hər biri ilə ümumi dil tapmaq asandır, əlbəttə anlaşılmazlıq yarandığı hallar da olur. Ancaq belə hallara çox az təsadüf olunur, mənim ətrafımda jurnalistlərin elə bir qrupu formalaşıb ki, onlar mənə kütləvi informasiya vasitələrinin nümayəndələri olmaqdan çox yaxındırlar. Başqa cür yanaşsaq, mətbuat xidmətində işləmək çox çətindir, yoxsa müdia ilə əlaqə sadəcə alınmayacaq.

- Sizin üçün həyatda və sənətinizdə hansısa qadağalar varmı?

- Çətin sualdır. Bəzən elə olur ki, bəyan edirsən ki, bunu bir daha özünə rəva görməyəcəksən, ancaq həyatda elə hadisələr və vəziyyətlər yaranır ki, sən öz prinsiplərini boğmağa məcbur edirsən. Təbii ki, mən öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üzərində qura bilmərəm, xəyanəti özümə sığışdırmıram. Yaradandan xahiş edirəm ki, prinsiplərim əsasında hərəkət edən zaman şəxsi MƏN-i itirmək təhlükəsindən məni hifz eləsin.

- Harada işləməyi özünüzə rəva görməzdiniz?

- Maraqsız yerdə.

-Əgər birdən işdən çıxsanız, hara gedərdiniz?

- Mütləq təhsillə məşğul olaram. Başqa bir işlə məşğul olmaq vaxtı gələndə bunu özüm hiss edəcəyəm.

- Bəs, bu düzdürmü ki, siz digər həmkarlarınızdan daha emosional yanaşma ilə fərqlənirsiniz?

- Düzdür, ədalətsizliyə göz yuma bilmirəm. Həqiqətdir ki, dəfələrlə emosiyalarımı büruzə verməsəm də, bundan çox təəssüflənmişəm. Yaxın və doğmalarıma həmişə deyirəm ki, əgər mənim əzab çəkməyimi istəyirsinizsə, məni əsəbləşdirin. Hirsli olanda opponentimin külünü və tozunu göyə sovuraram. Sonra bundan elə özüm əzab çəkirəm. Ona görə də körpüləri yandırmamaq və əsəbləri tarıma çəkməmək üçün mənə nöqsanları başqasında deyil, özümdə axtarmaq daha asandır.

Başqa bir yol da var – bəzi şeylərə əhəmiyyət verməməyə çalışmaq. Razılaşın ki, ən yaxşısı əsəb hüceyrələrinizi araşdırmalara: kim haqlıdır, kim günahkardır kimi suallara cavab tapmağa sərf etməməkdir. Bu baxımdan xoşagəlməz halların təkrarlanmasına yol verməmək daha çox məntiqə uyğundur. Ancaq mən haqlı olduğuma tam əminəmsə, etiraf edim ki, onda öz sözümün üstündə sona kimi duracağam.

- İdman və gənclər nazirliyində işləmək Sizin idmanla məşğul olmağınızı necəsə öhdənizə qoyurmu?

- Mən idmanın bir çox növünü sevirəm, ancaq özüm peşəkar idmanla məşğul olmuram. Əgər əlbəttə ki, idman gəzişi ilə məşğul olmağımı və səhərlər qaçmağımı nəzərə almasaq.

- Siz evcanlı insansınız? Sizin üçün ev, məişət qayğıları nə demədkir?

- Ev, valideynlərim – bu, mənim rahatlığımdır. Bizim evdə valideynlərim tərəfindən qoyulan qaydalar və qadağalar hökm sürür və biz onları nəzərə alır və hörmət edirik. Ancaq bununla yanaşı, atam və anam bizə seçim azadlığı veriblər, həyatda bizə düzgün yol göstəriblər, dəstək olublar, müstəqil, ədalətli, səmimi olmağı öyrədiblər.

Blis sorğu:

Sevimli kitablar və müəlliflər… Zyüskindin "Parfümer", Mopassanın kiçik hekayələri, Rabindranat Taqor, Çexovun hekayələri, Con Faulzun "Fransız leytenantın həyat yoldaşı", Onere de Balzakın "Otuz yaşlı qadın", Emil Zolyanın "Həkim Paskal". Ən sevimli kitabım isə Kobo Abenin "Qumluqda qadın"  kitabıdır.

Daima əsəbləşdirir...bu hadisədən asılıdır. Ancaq bir qism insanlar özlərindən çox razıdırlar. Sadə olun, qoy sizə yaxınlaşsınlar, başa düşsünlər və qəbul etsinlər.

Mən… bu elədir ki, başlanğıcda onu xüsusi olaraq sevmirlər, ancaq daha sıx ünsiyyətdə olanda isti münasibətlər yaranır. Belə deyirlər (gülümsəyir – redaksiyanın qeydi).

 
Açar sözlər: Səmayə Məmmədova gənclər və idman nazirliyi
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.