Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Mükafatlar və layihələr

“Unibank” Kommersiya Bankı ASC Futbol üzrə Azərbaycan çempionatının rəsmi baş sponsoru oldu.

“Hyatt Regensy” mehmanxanasında Bankın İdarə Heyətinin sədri Faiq Hüseynovla Futbol Liqasının prezidenti Ramin Musayev arasında imzalanmış üç illik müqaviləyə əsasən “Unibank” futbol üzrə çempionatın rəsmi baş sponsoru statusu aldı. O, Bankın reklam spotlarını və bannerlərini yerləşdirməyi, Liqa oyunlarını işıqlandırarkən, sponsorun simvolikasından istifadəni, həmçinin futbol üzrə çempionatın keçirildiyi dövrdə “Unibank”ın xüsusi reklam kampaniyalarının hazırlanmasını nəzərdə tutur.

“Premyer-liqanın sponsorluğu Bankla Futbol Liqasının birlikdə necə əməkdaşlıq etdiyinin canlı nümunəsidir”, - “Unibank” ASC İdarə Heyətinin sədri Faiq Hüseynov bəyan edir. – “Biz Azərbaycan futboluna inanır və dəstəkləyirik, Peşəkar Futbol Liqasının Baş sponsoru olmağa hazırıq, çünki bu sponsorluq Azərbaycanda idmanın bu növünün inkişafı üçün daha əlverişli şərait yaradacaq”, - o imzalanma mərasimində qeyd etmişdir.

“Unibank”la “PFL” arasında sponsorluq müqaviləsinin şərtlərinə əsasən, futbol üzrə milli birincilik “Unibank Premyer Liqası” kimi yeni rəsmi ad almışdır. Bundan əlavə, çempionat çərçivəsində “Liqanın ən yaxşı oyunçusu” nominasiyasında xüsusi mükafat təsis edilmişdir ki, o da futbolçuların hansı kluba aidiyyatından asılı olmayaraq, hər ay çıxışlarının nəticələrinə görə təqdim ediləcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.