Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Şirkət haqqında

27 may 1992-ci il tarixində keçirilmiş səhmdarların təsis yığıncağında "MBANK" Kommersiya Bankının əsasının qoyulması barədə qərar qəbul edilmişdir. 27 iyul 1992-ci il tarixində "MBANK" Kommersiya Bankı təsisçilərin qərarı ilə Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrildi 27 iyul 1992-ci il tarixində Azərbaycan Respublikasının Milli Bankı bank əməliyyatlarının aparılması üçün Banka lisenziya vermişdir.

"Unibank" müxtəlif mülkiyyət və fəaliyyət formalarında fəaliyyət göstərən korporativ və fərdi müştərilərə maliyyə xidmətləri təqdim edən universal maliyyə-kredit təşkilatıdır.

Bankınsiyasəti Azərbaycanın özəl sektoruna dəstək məqsədini daşıyır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Unibank arasında aparılmış uğurlu danışıqlar nəticəsində Bankın səhmlərinin 20% əldə edilməsi yolu ilə AYİB Unibank-ın səhmdarları sırasına daxil olması barədə ikitərəfli sazişi rəsmi imzalanmışdır.

Bank TACİS Azərbaycanda fond bazarının inkişafı proqramı çərçivəsində 5 milyard manat məbləğində istiqrazların ilk buraxılışını Bakı Fond Birjasında yerləşdirmişdir. Societe Generale sənədli əməliyyatların maliyyələşdirilməsi üçün Banka $ 1.5 mln dolları məbləğində kredit xətti ayırmışdır.

Unibank AYIB tərəfindən "2003-cü il üzrə Azərbaycanda AYİB-ın Ticarətin Maliyyələşdirilməsi Proqramı üzrə daha aktiv inkişaf edən bank" nominasiyasında mükafata layiq görülmüşdür.

Unibankın İnstitutsional inkişafı proqramı çərçivəsində AYİB, Unibank və Lloyds bankları arasında üçtərəfli müqavilə imzalanmışdır.

Unibankın bank xidmətləri  - təkcə əhalinin və biznesin kreditlə təmin edilməsi demək deyil, həm də keyfiyyətli, professional və operativ maliyyə xidmətlərinin geniş spektri deməkdir. Fərdi müştərilər üçün Unibank – sərfəli depozitlər, kreditlər və pul köçürmələri, operativ dəyişmələr və hesab-kassa əməliyyatları xidmətləri, həmçinin 24 saatlıq internet-bankinq xidmətləri, POS-termialları deməkdir. Korporativ müştərilər üçün isə - individual müştərilərə təqdim edilən xidmətlərin tam spektri, üstəgəl əlavə ticari maliyyələşmə, maaş layihələri və iskassaciya imkanları deməkdir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.