Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Kreditlər elektron arayişla mümkün olacaq

Artıq iş yerindən arayış gətirmədən də «Unibank» filiallarına kredit üçün müraciət etmək olar. Rabitə və yüksək texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə imzaladığı müqaviləyə əsasən, Bank “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün artıq elektron arayışlardan istifadə edə biləcəklər. Evdən və ya iş yerindən e-gov.az portalında qeydiyyatdan keçərək, kredit cəlb etmək istəyənlər fərdi sürətdə müvafiq arayışı «Unibank»-a göndərmək olacaq. Bununla bərabər, qeydiyyatdan keçmək və kredit almaq fürsətini qazanmaq Bankın filialları və bütün poçt şöbələrində mümkündür.

Beləliklə “Elektron Hökumət” portalındakı kod və məxvi söz vaxt itirmədən kredit müraciətinizin baxılmasını təmin edəcək. Qeyd edək ki, e-gov.az portalına daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod/parollardan istifadə etmək kifayətdir. Qeydiyyat prosedurunu başa vurduqdan sonra “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsi ilə arayışı formalaşdırıb elektron şəkildə “Unibank”-a göndərmək lazımdır.

Məlumat Hesablama Mərkəzi ilə Bank arasında imzalanan müqavilənin şərtlərinə görə, bankın filiallarında da “Elektron hökumətin” qeydiyyat məntəqələri fəaliyyət göstərəcək. Bunun sayəsində kredit üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə, kod parol olan zərfləri “Unibank” filiallarından əldə edəcəklər. Növbəti mərhələdə vətəndaşların portalın xidmətlərindən daha rahat istifadə edə bilmələri üçün filiallarda xüsusi terminalların quraşdırılması da nəzərdə tutulmuşdur.

Layihənin icrası “Unibank”-ın Rəşid Behbudov, 55 ünvanındakı Baş idarəsində başlanılır. Çox qısa bir müddətdə isə elektron arayışla kreditlərin verilməsi Bankın bütün filiallarında mümkün olacaq. Daha ətraflı məlumatı (012) 117 nömrəli telefondan, www.unibank.az saytından və yaxud bankın “Facebook” sosial şəbəkəsindəki səhifəsində www.facebook.com/unibank.az əldə edin.

«Unibank» - hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.