Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"Unibank" sahibkarlığın kreditləşdirilməsini 23% artırıb

2014-cü ilin yanvar-avqust aylarında "Unibank" kiçik və orta sahibkarlara ayırdığı kreditlər üzrə portfelin həcmi  22% artırıb. Bu barədə bankın  mətbuat üçün bugünkü açıqlamasında qeyd olunur.

Bankın Korporativ Departamentinin rəhbəri  İqor Okayevin sözlərinə görə, bu, bankın Azərbaycanda  biznes sahəsinin inkişafına göstərdiyi dəstəyin daha da  artmasının göstəricisidir:  Bankın Müşahidə Şurası tərəfindən qəbul edilən yeni strategiyaya görə, Unibankuniversal bankinq konsepsiyası çərçivəsində inkişaf etməkdə davam edir: "Buna görə də biz gələcəkdə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini inkişaf etdirməyi planlaşdırırıq".

Qeyd edək ki, ölkə biznesinin inkişafına diqqətini günü-gündən artıran Unibank, bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filial şəbəkəsini də genişləndirməkdə davam edir. Bankın yalnız bizneslə məşğul olan müştərilərə xidmət edən “Qara Qarayev” biznes-filialı hazırda sahibkarların və korporativ müştərilərin bank xidmətləri üzrə istənilən sorğusunu həyata keçirməyə hazırdır.

Unibank - biznesinizə daimi dəstək!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.