Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank real sektorda ən böyük layihəni maliyyələşdirdi

Unibank real sektorun inkişafına  verdiyi dəstək fonunda  Avropa Yenidənqurma və İnkişaf  Bankı ilə birlikdə neft xidmətləri üzrə ixtisaslaşmış "Dalğıc" MMC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Vəsait həmin şirkətin  fəaliyyətinin genişləndirilməsinə, anbarın tikintisinə, sualtı işlərin  aparılması üçün tələb olunan yeni avadanlıqların alınmasına sərf olunacaq.

Kredit müqaviləsinin imzalanması mərasimində çıxış edən  Bankın icraçı direktoru Cəlal Qasımov bildirib ki, “Dalğıc” MMC kimi şirkətlər ölkə iqtisadiyyatının real sektorunun inkişafını və modernləşməsini təmin edir: “Bu cür innovativ şirkətlərin daim dəstəklənməsi bankımızın prioritet istiqamətlərindən biridir. Yeni layihə hesabına yaradılacaq yeni iş yerləri, ixtisaslı yerli kadrların işə cəlb olunması imkanlarını daha da artıracaq”.

C.Qasımov qeyd edib ki, bu layihə AYİB-in Azərbaycanda yerli banklarla birgə maliyyələşdirdiyi layihələr arasında miqyasına görə ən böyüyüdür. O, ölkədə fəaliyyət göstərən digər şirkətləri də, bu alətdən istifadə edərək əlverişli şərtlərlə maliyyələşməyə dəvət edib.

AYİB-in Azərbaycan ofisinin rəhbəri Neil MakKeyn, təmsil etdiyi qurumun belə uğurlu layihələrin dəstəkləməsindən məmnun olduğunu vurğulayıb. “Dalğıc” şirkətinin direktoru  İlqar Sadıqov isə  AYİB və Unibank-ın  ayırdığı maliyyə vəsaitinin şirkətin inkişafı, xidmət səviyyəsini daha da yüksəltməsi üçün böyük təkan adlandırıb.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.