Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"Unibank" ixtisaslaşdırılmış biznes-filiallar şəbəkəsi açmağı planlaşdırır

"Unibank" kiçik və orta bizneslə məşğul olan müştərilər üçün ilk ixtisaslaşdırılmış filialını açıb. Bu barədə Bankın korporativ bank xidmətləri  departamentinin rəhbəri İqor Okayev məlumat verib. Yeni filial metronun Qara Qarayev stansiyasına yaxın, A.Manafov küçəsi 9 ünvanında yerləşir. Paytaxtın ən aktiv biznes mühitində yerləşən və yeni vizual tərtibata uyğun “Qara Qarayev” filialında, hər bir müştəri üçün fərdi xidmət nəzərdə tutulur.

İqor Okayevin sözlərinə görə, "Unibank" pərakəndə və korporativ müştərilərə xidmət göstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirib və korporativ biznes seqmentində lider və novator bank olaraq qalıb: “Bankımızda ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək  və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq", deyə qeyd edib. 

Yaxın gələcəkdə Bank kiçik və orta bizneslə məşğul olan müştərilərin xidməti üçün istisaslaşdırılmış filialların açılmasını və biznes sahəsinin rebrendinqini planlaşdırır. Qeyd etmək lazımdır ki, bu müştəri seqmentininə xidmət üçün yeni “Biznesinizə daimi dəstək” sloqanı da seçilib. Bankın simvolundakı narıncı rəng isə  tünd qırmızı ilə əvəzlənib. 

Unibank- Biznesinizə daimi dəstək!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.