Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Kredit alarsan, lotereyada qazanarsan!

Sevincinin həddi-hüdudu yoxdur, çünki 300 AZN məbləğində kredit alırsan, sonra 1000 AZN qazanırsan və öyrənirsən ki, bank artıq sənin kreditini özü ödəyib. Bu sürpriz Mələknisə Qurbanovanın, Günel Abbasovanın, Elmira Kazımovanın və Şükür Şükürovun Unibank ASC-nin istehlak kreditləri barədə təsəvvürlərini dəyişdi.  Onların hamısı “Alkredit Plus  nağd krediti əldə edin və  qazanın” lotereyasının növbəti qalibləridir.

Bankın press-relizində qeyd olunduğu kimi, götürülən hər 1000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 27 manatdan başlayır. Üstəlik, Unibankdan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir.Həmçinin Bank istehlak kreditlərinin maksimum həddini əhəmiyyətli dərəcədə artırıb. İndi 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, Unibank-dan 10.000 AZN-dək və 60 ay müddətədək kredit götürə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, www.unibank.az saytından və ya Bankın Facebook səhifəsindən - www.facebook.com/unibank.az əldə etmək olar.

Unibank – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.