Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«UNİBANK» KREDİTLƏRİ DAHA SƏRFƏLİ OLDU

Artıq «Unibank»-da hər 1000 AZN kreditə görə aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 AZN-dən başlayır. Müştərilər üçün kreditlər üzrə maksimal məbləğ də 7.500 AZN-dən 10.000 AZN-ə artırıldı.

Mətbuata verdiyi açıqlamada «Unibank» filiallarına müraciət edən müştərilərə kredit qərarının cəmi 20 dəqiqə ərzində çıxarmağa hazır olduğunu bildirir. Bu zaman kredit cəlb edənlərə 6 faiz bəndinədək endirim kampaniyasının şərtləri də şamil oluna bilər.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək ölkə vətandaşları şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, «Unibank»-dan 10.000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.

Müştərilərə bütün həftə ərzində xidmət göstərən «Unibank»-ın 35 filialı, şənbə günlərini də tam iş cədvəlində nahar fasiləsiz çalışırlar. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud «Facebook» səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

«Unibank» – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.