Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Albalı Plus” - arzuları reallaşdıran kart

Artıq yalnız 1 karta sahib olmaqla, müştərilər müxtəlif bank xidmətlərindən yararlana bilərlər. “Albalı Plus” beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir. Bu kartla 1000-dən artıq ticarət və xidmət mərkəzlərində, onlayn ödəniş və alış-veriş saytlarında istədiyiniz məhsul və xidməti sərfəli şərtlərlə alaraq, dəyərini hissə-hissə (12 ayadək) ödəyə bilərsiniz. Bundan başqa, təcili pul lazım olduqda, sərfəli şərtlərlə 10 000 AZN-dək kredit xətti açdıra bilərsiniz. Hansı ölkədə olmasından asılı olmayaraq, müştərilər «Unibank»-dakı kredit xəttindən istifadə edə bilər. Kartın və kredit xəttinin istifadə müddəti 60 aydır, növbəti ayın 10-dək borcunu tam ödədiyi halda, istifadə edilmiş məbləğə faiz hesablanmır. Nəticə kimi, müştəri 40 günə qədər faizsiz güzəşt dövründən yararlanmaq imkanına sahib olur.

“Albalı Plus” həmçinin depozit kartıdır, kart hesabında yerləşdirilən əlavə vəsait üzrə hər gün Bank tərəfindən faiz hesablanır. Müştərinin Bankda olan kredit reytinqindən asılı olaraq, onun kartındakı öz vəsaitinə illik dərəcəsi 6%-dək depozit faizi əlavə edilir.

Nəhayət, dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət şəbəkədə, arzuladığınız məhsul və xidmətləri əldə edə bilərsiniz. Debet kartı qismində istifadə edə biləcəyiniz “Albalı Plus” kartı həmçının internetdə sadə və təhlükəsiz alış-veriş imkanı yaradır. Üstəlik bu kartlarla “Unibank” bankomatlarında vəsaitinizi komissiyasız nağdlaşdıracaqsınız. Bu zaman “Albalı Plus” digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər.

Xatırladaq ki, 18-70 yaş arası Azərbaycan vətəndaşları “Albalı Plus” kartının imkanlarından yararlana bilər. Daha ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən - https://www.facebook.com/unibank.az/photos/a.95797086237.89666.95588021237/10152049975016238/?type=1&theater əldə etmək olar.

“Albalı Plus” - arzuları reallaşdıran kart. “Unibank” – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.