Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"Moody’s" "Unibank" ASC üzrə reytinq proqnozunu artırıb

«Moody’s Investors Service» beynəlxalq agentliyi «Unibank» ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını «müsbət»-ə qədər yüksəldərək, bir daha Bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib. «Unibank»-ın maliyyə dayanıqlılığı reytinqi agentlik tərəfindən «E+» səviyyəsində dəyərləndirib.

Beynəlxalq agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb, Bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentliншт ekspertlərinin rəyinə görə, «Unibank» son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub. Çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və  pərakəndə müştərilərin françayzinqinin aktivliyi «Moody’s» agentliyinin «Unibank»-la bağlı reytinq proqnozlarının «sabit»-dən «müsbət»-ə yüksəltməsinə səbəb olub.

«Moody’s» ekspertləri hesab edirlər ki, Bank reytinqinin daha da yüksəlməsi imkanları, gələcəkdə əsas maliyyə göstəricilərini davamlı yaxşılaşdırmaq iqtidarında olmasından asılıdır.

Xatırladaq ki, bu günlərdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də “Unibank” KB ASC-nin uzunmüddətli reytinqi üzrə proqnozlarını «sabit» səviyyəsindən B «müsbət»-ə qədər yüksəldib.

«Unibank»-ın reytinqləri və xidmətləri barədə ətraflı məlumatı 117 nömrəsindən əldə etmək olar.

«Unibank»- hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.