Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"Fitch Ratings" Unibank ASC üzrə reytinq proqnozlarını artırıb

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu həftə Unibank KB ASC-nin uzunmüddətli reytinqini "B" səviyyəsində təsdiqləyərək proqnozunu sabitdən pozitivədək yüksəldib. Bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq də "B" səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi "5" kimi göstərilib, dayanaqlıq reytinqi isə "b" səviyyəsində göstərilib.

"Fitch" mütəxəssislərinin fikrincə, reytinq üzrə proqnozun yüksəldilməsi Bankın sabit kredit göstəriciləri ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olan Unibank, kreditləşmədə iştirakını da iqtisadiyyatdakı mühütə uyğun genişləndirir. "Fitch" nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinq üzrə proqnozun yüksəldilməsi Bankın pərakəndə və mikro-kreditləşməni surətləndirilməsində böyük rol oynaması ilə də bağlıdır.

Xatırladaq ki, "Fitch Ratings" agentliyi ötən illərdə də Unibank ASC-nin reytinqini yüksəldiyi zaman, kredit portfelinin artımını, yüksələn gəlirliyi, korporativ idarəetmədə müsbət təcrübəni əsas götürmüşdü.

Bankın reytinqləri barədə daha ətraflı məlumatı 117 nömrəli telefondan və ya www.unibank.az saytından əldə etmək olar.

Unibank - hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.