Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» 34-cü filialını Hövsanda açdı

"Unibank" ASC daha bir filialını Bakının Hövsan qəsəbəsinin mərkəzində açdı. Sayca 34-cü olan yeni filial qəsəbədə yaşayan sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.

Hövsan filialı pərakəndə kreditlərin verilməsi ilə bərabər kiçik və orta biznesin maliyyələşdirilməsi ilə də məşğul olacaq. Bundan başqa fərdi müştərilərə kassa-hesablaşma əməliyyatları, əmanət qəbulu, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar kimi xidmətlər təklif olunur. Qeyd edək ki, filialların genişləndirilməsi Bankın əsas inkişaf prioritetləri sırasındadır.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.