Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank müştərilərini 90 000 AZN-lik uduş fondu gözləyir

Bu gün Unibank`ın daha bir lotereyasının qalibləri açıqlanıb. “Nağd kredit əldə edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının 4-cü tirajında artıq 26 nəfər müştəri qalib seçilib.

Lotereyanın müsabiqə komissiyasının iştirakı ilə elektron qaydasında keçirilən püşkatma zamanı 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər. Ötən ilin oktyabrın 1-dən başlayan və hər ay keçirilən lotereya tirajlarında cəmi 390 qalib elan ediləcək. Lotereyada məcmu uduş fondu 90 000 AZN təşkil edir. Onun oynanılması 15 tirajla həyata keçirilir. “Nağd kredit əldə edin və qazanın” lotereya qaliblərinin siyahısı Bankın saytında (http://www.unibank.az/az/about-bank/news/221/) və 525-ci qəzet`in bu günkü sayında açıqlanıb.

Unibank`dan kredit cəlb edənlər həmçinin Nissan avtomaşını qazanmaq şansına sahib olurlar. Cari ilin martın 10-dək davam edəcək “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin” adlı lotereyası çərçivəsində, Bankın daha 2 müştərisi avtomobil əldə etmək şansındadır.

Qeyd edək ki, 10 mart 2014-cü il tarixinədək Unibank`dan nağd kredit cəlb edən müştərilər, bu lotereya oyununun iştirakçısı sayılırlar. İkinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə Nissan Altima markalı avtomobilin sahibi olacaq. Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 İphone-5 smartfonları da oynanılır. Eyni zamanda 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.

Xatırladaq ki, Unibank tərəfindən keçirilən lotereyaların şərtlərinə görə, müştərinin Bankdan aldığı Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Müştərinin Unibank`dan ilk dəfə kredit cəlb etdiyi təqdirdə isə, bu şanslar ikiqat artır. Bundan başqa, kampaniya çərçivəsində müştərilərə 6 faiz bəndinədək kredit faiz dərəcələrində endirim təqdim olunur.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytı (www.unibank.az) və yaxud Facebook səhifəsi vasitəsi ilə (www.facebook.com/unibank.az) əldə edə bilərsiniz.

Unibank – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.