Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank ilk avtomobil sahibinin adını açıqladı

Gəncə sakini Əli Xəlilov Unibank tərəfindən keçirilən “Kredit al, Nissan qazan” kampaniyasının ilk qalibi olub. Unibank’dan kredit cəlb etməsi sayəsində yaxın günlərdə o, özünün “Nissan Sunny” avtomobilinin sükanı arxasında əyləşəcək.

Latereyanın birinci tirajının yekunlarına əsasən qalib gəldiyini müştəriyə tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı çatdırıb. Gəncə sakininin etirafına görə, taksi xidməti və mənzilləri təmir etməklə öz ailəsini dolandırıb, qalib gəlməsi ilə bağlı xəbər isə onu gözlənilmədən yaxalayıb və həyatının ən xoş gözlənilməzliyi olub. “Xoşqədəm xanım uduş barədə mənə bildirəndə, sadəcə öz xoşbəxtliyimə inana bilmədim. Mən bir ay əvvəl Unibank’dan kredit götürmüşəm, bu da mənim Nissan qazanmağıma və öz həyatımı əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək etdi”.

2013-cü il dekabrın 10-da start götürən “Kredit al – Nissan qazan” lotereyası çərçivəsində Bankın daha 2 müştərisi baş priz – “Nissan” markalı avtomobil qazanmaq şansı qazanacaq. İkinci tirajın qalibi “Nissan Tiida”, üçüncü tirajın qalibi isə “Nissan Altima” əldə edəcək. Bundan başqa, 90 bəxtigətirən müştəri 100 AZN məbləğində pul mükafatı, 15 nəfər isə “iPhone-5”telefonları qazanacq. Lotereyanın birinci tirajının qaliblərinin adları ilə bankın saytından (www.unibank.az) və “525-ci qəzet”in bugünkü sayında tanış ola bilərsiniz.

Unibank’dan martın 10-dək kredit alan bütün müştərilər lotereya kampaniyasını iştirakçısı ola bilərlər. Şərtlərə əsasən, kreditin hər 100 AZN-i bir uduş şansı kimi qiymətləndirilir. Müştəri Unibank`dan ilk dəfə kredit götürdüyü təqdirdə onun aldığı nağd kreditin hər 100 AZN–i lotereyada qalib gəlmək üçün iki şansa bərabər olur.

Xatırladaq ki, kampaniya çərçivəsində kreditlər endirimlə - 6 faiz bəndində rəsmiləşdirilir. Unibank`ın kreditləri, lotereya kampaniyası barədə daha ətraflı məlumatı (012) 117 nömrəli telefondan, www.unibank.az saytından və yaxud bankın Facebook səhifəsindən - www.facebook.com/unibank.az əldə etmək olar.

Unibank – hər kəsin bankı!

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.