Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"Unibank" Facebook`da ən sosial yönümlü səhifə sahibinə çevrildi

SocialBakers beynəlxalq xidməti Unibank`ın Facebook sosial şəbəkəsindəki səhifəsini Azərbaycanda ən sosial yönümlü olduğunu açıqlayıb.

SocialBakers-in hesablamalrına əsasən, 2013-cü ilin son rübünün yekunlarına görə, sosial şəbəkədə öz səhifəsinin inkişafı sayəsində Unibank, “Socially Devoted” nominasiyasında milli qalib seçilib.

Qeyd edək ki, SocialBakers şirkəti (http://www.socialbakers.com) sosial şəbəkələrinin peşəkar monitorinqi və təhlili ilə məşğul olur və hal-hazırda 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir. Bu qurumun ekspertləri hesab edirlər ki, ötən ilin oktyabr-dekabr aylarında Facebook istifadəçiləri ilə qurduğu əlaqələrin səviyyəsinə görə Unibank ən yüksək səviyyə nümayiş etdirib. Nəticədə Bank maksimum 100% reytinqdən, 97%-ni toplayıb və sosial şəbəkədə müştərilərə göstərdiyi yüksək xidmət səviyyəsinə görə xüsusi sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, Facebook`da Unibank tərəfdarlarının sayı artıq 180 min nəfərdir. Hər gün minlərlə istifadəçi Bankın xidmətləri ilə bağlı suallarla onun səhifəsi vasitəsi ilə müraciət edir və operativ sürətdə peşəkar cavablar alırlar.

Facebook`dakı sonuncu şərhində Unibank bütün tərəfdarlarına ona göstərdikləri etimada görə dərin təşəkkürünü bildirir - www.facebook.com/unibank.az

Unibank – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.