Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank yüzdən artıq müştərisini şad etdi

Unibank müştəriləri arasına keçirilən və məcmu mükafat fondu 100 min manatdan çox olan lotereyalarının növbəti qaliblərini elan etdi.

“Kreditinizi ödəyin və qazanın” adlı lotereyanın ilk tirajında 76 nəfər qalib seçildi. Tirajda ümumi məbləği 5 500 AZN təşkil edən mükafat fondu müştərilər arasında aşağıdakı qaydada bölündü - 1 qalib 500 manat, 25 qalib 100 manat və 50 nəfər 50 manat dəyərində pul mükafatı qazanıb.

Bundan başqa, Unibank kredit alan müştəriləri üçün keçirdiyi “Nağd kredit alın və qazanın” adlı lotereyanın 3-cü tirajının yekünlarını açıqladı. Bu lotereyada bəxtigətirənlərin sayı 26 oldu və onlardan 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 xoşbəxt müştəri isə 1000 manat məbləğində pul mükafatı qazandı. Unibank`dan nağd kredit cəlb edən müştərilər arasında lotereya 15 tirajdan ibarətdir, hər bir tirajın uduş fondu isə 6000 manata bərabərdir.

Qeyd edək ki, lotereyalar üzrə tirajların nəticələri 525-ci qəzet`də (17.01.2014 tarixli sayında) və http://unibank.az/az/about-bank/news/ ünvanında açıqlanıb.

Unibank- hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.