Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank müştərilərə xəbər çatdırma sisteminə səsli mesaj tətbiq edir

Unibank Müştəriləri xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə bank bazarında bir yenilik edərək, rabitə texnologiyalarının bank sistemində istifadəsinin yeni standartına keçid edir.

Yeni layihə bank müştərilərinin istifadə etdikləri mobil cihazlara səsli mesajların göndərilməsini nəzərdə tutur. Mesajlar yeni aksiyaları, xidmətləri, məhsulları, eyni zamanda götürülmüş kreditin ödənmə tarixi və üsulları haqqında xəbər verəcək.

Öz müştərilərini bütün həftə boyu keyfiyyətli bank xidmətləri ilə təmin etmək məqsədi ilə isə, Unibank filialları şənbə günlərində də tam iş günü qrafikinə keçmişdir.

Üstəlik, Unibankda rəsmiləşdirilmiş kreditlərin aylıq ödənişlərini müştərilərin vaxt itirmədən ödəyə bilməsi üçün bank çoxfunksiyalı platforma yaratmışdır. Bunu poçt bölmələrində, www.unibank.azwww.hesab.az  veb-səhifələrində, həmçinin MilliOn və Unibank ödəmə terminallarında etmək olar.

Bankın xidmətləri və məhsulları barədə əlavə məlumatları (012) 117 nömrəsindən, bankın veb-səhifəsindən (www.unibank.az) və ya Facebook sosial şəbəkəsində səhifəsindən (www.facebook.com/unibank.az)  ala bilərsiz.

Unibank – hər kəsin bankı.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.