Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unbank müştərilərinə Yeni ildə Nissan avtomobili hədiyyə edir

Unibank növbəti yeni il aksiyası keçirir. Aksiyanın iştirakçısı bankdan 100AZN-dən başlayan məbləğdə kredit götürən hər bir kəs ola bilər. Baş mükafat – yeni Nissan avtomobilidir! Məhz hansı? – Nissan Tiida, Nissan Altima və Nissan Sunny. Xəyal etdiyiniz avtomobil arzunuzu cəmi bir neçə dəqiqə ərzində reallaşdıra bilərsiniz.

Müsabiqədə iştirak etmək üçün 2013-cü ilin 10 dekabr tarixindən 2014-cü ilin 10 mart tarixinə qədər bankdan kredit götürmək lazımdır. Yadiniza salmağa tələsirik ki, hazırda Unibank 3% endirimlə kredit verir. Bu,sizin üçün aksiyada iştirak etmək və banka getmək üçün növbəti bir səbəb ola bilər.

Mükafatlar 3 tirajda oynanılacaq və hər dəfə baş mükafat Nissan avtomobili olacaq. Birinci tirajda Nissan Sunny, ikinci tirajda – Nissan Tiida və üçüncüdə - Nissan Altima oynanılacaq. Bu hələ hədiyyələrin hamısı deyil! Digər prizlər arasında 15 nəfər İPhone 5 telefonu oynanılacaq, 90 nəfər isə müxtəlif pul uduşları qazanacaq.

Nəzərə alın ki müştərinin bankdan götürdüyü nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi dəyərləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü kreditin hər tam 100 AZN/USD –si 2 şans kimi qiymətləndiriləcək. Məsələn, müştəriyə 800 AZN kredit rəsmiləşdirilərsə, bu zaman müştəri lotereyada iştirak üçün 8 şans əldə edir. Əgər kredit birinci dəfə götürülürsə, bu zaman təptəzə Nissanlardan birini əldə etməyə 2 dəfə artıq- yəni 16 şans əldə edilir. Kreditin məbləgi çox olduqca avtomobil qazanmağın şansı artır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefonlardan, bankın veb-səhifəsindən (www.unibank.az) və ya Facebook səhifəsindən (www.facebook.com/unibank.az) ala bilərsiz.

Unibank – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.