Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank bütün Türkiyə üzrə pul köçürmələri həyata keçirir

Bu pul köçürmələri Unibankın yeni qoşulduğu UPT (Universal Payment Transfer) sistemi vasitəsilə edilir. UPT sistemi 14 000 yaşayış məntəqəsini əhatə edən Türkiyənin bütün ərazisi üzrə etibarlı və sürətli pul köçürmələrini həyata keçirən bir sistemdir.

Unibank hər il yeni yeni beynəlxalq pul köçürmə sistemləri ilə əməkdaşlıq edərək sərhədlərini genişləndirir. Bu göstəriciyə görə bank analoji xidmətlər göstərən maliyyə strukturları arasında liderlik edir.

Bankın əməkdaşlıq etdiyi pul köçürmə sisteminə malik olan istənilən ölkəyə pul köçürmək mümkündür. Ödəmələrin göndərilməsi üçün 190 nöqtə, həmçinin pul göndərmək və qəbul etmək üçün 500 000 məntəqə var. Tariflər sərfəli olması ilə seçilir - 0,2%-dən başlayır və son təyinat məntəqəsindən asılı deyil.

Bankın əməkdaşlıq etdiyi pul sistemlərinin sayı 12-yə çatmışdır. Hazırda bank “WesternUnion”, “Contact, "Faster", "Xpress Money", "Migom", “LİDER”, “Zolotaya korona”, "BLİZKO", “Coinstar”, “PrivatMoney“ и “Monex” kimi pul köçürmə sistemləri ilə əməkdaşlıq edir.

Məhsullar və xidmətlər haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefonlardan, bankın veb-səhifəsindən (www.unibank.az) və ya Facebook səhifəsindən (www.facebook.com/unibank.az) ala bilərsiz.

Unibank – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.