Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank aktivlərinin qiyməti maksimuma çatdı

Bank sektorunun liderlərindən biri olan Unibank əldə etdiyi nailliyyətlərlə kifayətlənmir, daimi yüksəlişə can atır.

2002-ci ilin 15 dekabrında MBANK (1992) və PROMTEXBANK (1994) şirkətlərinin birləşməsi nəticəsində yaranmış Unibank hazırda istehlakçı kreditləri sahəsində liderlərdən biridir.

2003-cü ildə bankın aksionerlərinin arasına Avropa Yenidənqurma və İnkişaf Bankı (15,5 hissə payı ilə), 2005-ci ildə isə DEG şirkəti (8,33% hissə payı ilə) daxil olmuşdur.

İyirmi illik fəaliyyəti müddətində Unibank uğurlu biznes inkişafı və yüksək səviyyəli idarəçiliyə görə bir çox nüfuzlu mükafatlara layiq görülmüşdür.

Bankın geniş filial şəbəkəsi – paytaxtda və regionlarda yerləşmiş 33 filialı vardır.

Azərbaycan bank sektorunda uğurlu konsolidasiya nümunəsi olan Unibank həm korporativ, həm də fərdi müştərilərə geniş spektrli xidmətlər təqdim edir. Hazırda bankın 5 mindən çox korporativ və 440 mindən çox fərdi müştərisi var.

Bankın xidmətləri və məhsulları haqda geniş məlumatı (012) 117 nömrəli telefonlardan, veb-səhifədən (www.unibank.az) və bankın Facebook sosial şəbəkəsində korporativ səhifəsindən (www.facebook.com/unibank.az) almaq olar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.