Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank ev və mənzillərin təmiri üçün kredit təklif edir

Ev və ya mənzilin təmiri adətən kifayət qədər böyük məbləğə başa gəlir. Lakin Heç də hamının birdən birə bu qədər xərc üçün vəsaiti yoxdur. Unibank-ın yeni kredit proqramı bu problemi həlll etməyə kömək edəcək.

İndi hər kəs təmir üçün lazım olan məbləği kreditə götürə bilər. Unibank maksimal məbləği 7500 AZN olmaqla, 4 il müddətinədək təmir kreditlərinin verilməsinə başladı, həm də 3% endirimlə.

Kreditin götürülməsi üçün zamin və ya gəlirlər haqqında arayış gərək deyil. Təmir kreditlərini götürən müştərilərə kreditdən 3%-lik güzəşt və Unibank-dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz korporativ və ya şəxsi elektron ünvanlarından [email protected] ünvanına göndərməklə, kredit almaq üçün elektron poçt vasitəsilə də müraciət edə bilərlər. Unidirect - elektron müraciətlərin işlənməsi xidməti lazım olan zəruri sənədlər paketini müştəri üçün rahat olan istənilən ünvana operativ şəkildə çatdıracaq.

Unibank-da kredit ödənişləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarında,  www.unibank.azwww.hesab.az saytlarında, Unibank-ın ödəniş terminallarında həyata keçirmək olar.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.