Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

ALBALI kart sahibləri Unibank-dan hədiyyə alacaqlar

Aksiyanın qüvvədə olacağı 1 ay ərzində iyul ayının həftə sonu istirahət günlərində 3 və ondan yuxarı alış-veriş edən müştərilərə, əlavə olaraq bankdan 3 ay istifadə müddəti hədiyyə ediləcək. Məsələn, müştəri mağazadan 3 ay ödəmə müddətli malı alır, lakin banka 6 aya ödəyir.

Qısa müddət ərzində populyarlıq qazanmış ALBALI kart Azərbaycanın nağdsız ödənişlər üzrə dövriyyəsinin artmasına şərait yaradır.

Hər bir ALBALI kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var: (www.onlineservices.unibank.az/AlbaliInfo/index.jsp).

İndi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az  saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ ALBALI kartındakı son səkkiz rəqəmi daxil etməklə, kartın tranzaksiyalarını izləyə, borclar və bonuslar haqqında məlumat ala bilər.

ALBALI kartı Unibank-ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, tamamilə pulsuz olaraq almaq olar. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini www.albali.az/sifarish-et/ ünvanından doldurmaq olar.

ALBALI kart vasitəsilə siz şəhərin 700-dən çox mağazasında alış-veriş edərək onların pulunu aybaay, hissə-hissə ödəyə bilərsiniz. 3 il müddətinə 3 000 manatadək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir.

ALBALI kartları üzrə ödənişləri Unibank-ın istənilən filialında quraşdırılmış Cash-in terminalları, MilliÖn ödəniş terminalları və ya www.unibank.azhesab.az saytları vasitəsilə onlayn rejimdə həyata keçirmək mümkündür.

Ödənilmiş məbləğ kartda bərpa olunur və bu məbləğdən kartın qüvvədə olduğu bütün müddət ərzində istifadə etmək olar. Beləliklə, ALBALI kart büdcəyə ziyan vurmadan lazımi mal və xidmətləri ödəməyə imkan verir.

Albalı kart barədə ətraflı məlumatı 117 nömrəli telefondan, habelə www.albali.az saytından, yaxud bankın korporativ facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.