Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank-da depozit yerləşdirin və avtomobilə sahib olun!

Unibank yeni kampaniyaya start verib. Kampaniyanın şərtlərinə görə, avqustun 31-dək bankda depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və əsas mükafata - avtomobilə sahib olmaq imkanı qazanacaq.

Kampaniyada aşağıdakı müştərilər iştirak edə bilərlər:

  • ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyanlar
  • mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər

Müştəri tərəfindən yerləşdirilmiş hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək.

Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə baş mükafat - Chrysler 200 avtomobili qazanacaq.

İllik 12%-dək yerləşdirilən, 30 min manatı ötməyən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Unibankda depozitlər maksimal 15.7%-lə və ən çoxu 36 aylıq müddətədir.

Unibank iki kommersiya bankının – MBANK və  PROMTEXBANK-ın birləşməsi nəticəsində yaranıb. Hazırda Unibank ölkənin aparıcı banklarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə geniş spektr xidmətlər təklif edir.

Unibank ölkənin paytaxtını və rayonların əksəriyyətin əhatə edən geniş filial şəbəkəsinə malikdir.

Kampaniya haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, bankın saytından (www.unibank.az)və yaxud bankın facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank - hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.