Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

ALBALI Şoppinq Festivalı başlanır

Unibank 28 MALL ticarət mərkəzi ilə birlikdə AIBALI Şoppinq Festival adlı möhtəşəm layihəyə start verir. Tədbir mayın 20-dən 28-nə qədər 28 Mall binasında keçiriləcək.

Layihənin əsas məqsədi ALBALI kart sahibləri üçün unikal imkanlar yaratmaq və onların Unibank üçün xüsusi statusa malik olduqlarını vurğulamaqdır. Belə ki, AIBALI kart sahibləri festival çərçivəsində 28 MALL ticarət mərkəzindəki Zara, Mango, İdeal, Romantic və digər tərəfdaş mağazalarda etdikləri bütün alış-verişlərdə, əlavə olaraq 3 aya ödəmə imkanı qazanacaqlar.

Bundan başqa, Unibank-ın 28 MALL-dakı seçilmiş tərəfdaş mağazalarından ALBALI kartla ödəniş edənlərə müxtəlif endirimlər ediləcək, hədiyyələr veriləcək.

LBALI kart qısa müddət ərzində ölkədə ən çox tələbat duyulan kart məhsuluna çevrilib.Bu kart paytaxtdakı 700-dən artıq tərəfdaş mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. Kredit xətti üzrə illik faiz dərəcəsi və komisyon haqları 0% təşkil edir.

Ödənişi Unibank-ın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə və ya www.unibank.az saytında onlayn aparmaq mümkündür. Qeyd edək ki, ödənilmiş məbləğ kartda bərpa olunur və ALBALI sahibi onun qüvvədə olduğu müddət ərzində gələcəkdə də istifadə edə bilər.

Kartı tamamilə pulsuz olaraq http://www.albali.az/sifarish-et keçidi vasitəsilə və ya Unibank-ın ən yaxın filialına müraciət etməklə almaq mümkündür. ALBALI kart barədə əlavə məlumatı 117 qısa nömrəsinə zəng vurmaqla, saytdan (www.albali.az) və ya Bankın Facebook səhifəsindən (https://www.facebook.com/albalikart) əldə etmək mümkündür.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.