Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank Bərdə şəhərində filial açıb

Unibank xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Bankın daha bir filialı Bərdədə açılıb. Filial Bərdə şəhəri, Nizami küçəsi 72 ünvanında (İcra Hakimiyyətinə yaxın) yerləşir.

Bankın yeni xidmət nöqtəsi nağd istehlak kreditləri, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikro-kredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa fərdi müştərilər üçün həmçinin  kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları  və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Filial şəbəkəsinin genişləndirilməsi Unibank-ın strategiyasının əsas istiqamətlərindən biridir. Bərdə filial Unibank-ın Azərbaycanın rayonlarında açılmış 12-ci filialıdır. Qeyd etmək lazımdır ki, bankın xidmət şəbəkəsinə 30 filial daxildir ki, bunlar da Bakı, Gəncə, Kəpəz, Şəki, Sumqayıt, Quba, Mingəçevir, Lənkəran, Xırdalan və Şəmkiri əhatə edir.

Artıq Unibank-ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində, keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə «Unidirect» xidməti də fəaliyyət göstərir. «Unidirect» xidmətinin məqsədi müştərilərə banka gəlmədən, xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək, krediti öz ünvanında əldə edir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected]-a göndərməlidirlər.

Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Bu kampaniya çərçivəsində hər kəs 6 ay müddətinə 6 % endirimlə kredit götürə bilər. Başqa banklara borcu olanlara da, kredit verilir.

Bankın məhsulları və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud  facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank - hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.